Niyə ədalətli məhkəməmiz yoxdur və o niyə bizə lazımdır?

Məhkəmə öz- özlüyündə ədalətli, müstəqil, hakimiyyətdən və siyasi təsirdən azad olan orqan kimi nəzərdə tutulur.  Buna baxmayaraq, gürcü ədalət mühakiməsi haqqında  söhbət gedəndə bizdə belə bir hiss yaranırmı? Biz hakimlərə güvənirikmi? Bu məqalədə biz bu suallara cavab verməyə, ədalətli məhkəmə əslində nə demək olduğunu və onun rifahımızın, hüquqlarımızın, uyğun olaraq, həyat standartımızın yaxşılaşdırılması ilə necə əlaqəli olduğunu aydınlaşdırmağa çalışacağıq.

Hüquqşünas Giorgi Mshvenieradze izah edir ki, ədalətli məhkəmənin əsas ölçüsü sıravi insanları onlara qarşı siyasi motivlərdən nə qədər qoruya bilməsidir.

“Demokratik və hüquqi dövlətdə məhkəmə insan hüquqlarını qorumaq üçün, totalitar və avtoritar dövlətlərdə isə məhkəmə hakimiyyəti  adı ilə insanları cəzalandırmaq üçün mövcuddur.” – O qeyd edir.

Hüquqşünas fundamental problemi ictimaiyyətin qavrayışında görür, çünki Gürcüstan vətəndaşları müstəqil məhkəmənin nə demək olduğunu və belə bir məhkəmənin mövcudluğunda həyatlarının necə olacağını bilmirlər.

“İnsanları heç yerdə görmədikləri şeyin niyə yaxşı olduğuna inandırmaq çətindir. Digər tərəfdən, cəmiyyət insanların harada yaxşı yaşadığını, rifahın harada olduğunu bilir.

Rifah Qərbdə, Avropa İttifaqında, ABŞ-da, İngiltərədə var, çünki orada demokratiya işləyir. Məhkəmənin müstəqil olmadığı demokratiya, hüquqi dövlət yoxdur”, – Mşvenieradze  bildirir.

Gürcüstanda ədalətsiz məhkəmə

“Gürcüstanın ədliyyə sistemində bütün mühüm qərarlar siyasi, klan, özəl, dar, kasta maraqları ilə qəbul edilir” deyə Sosial Ədalət Mərkəzinin hüquqşünası Quram İmnadze izah edir və qeyd edir ki, bir neçə hakim buna ictimai maraqları qurban verirlər.

İmnadze bunun əsas səbəbi olaraq hazırkı institusional quruluşu qeyd edir, çünki Ali Ədliyyə Şurası həddindən artıq səlahiyyətə malik bir qurum kimi ictimaiyyət qarşısında hesabatlılığı aşağı səviyyədədir və orada əksəriyyəti klan maraqlarını rəhbər tutan hakimlərdən ibarətdir.

Məhkəmə sistemin qapalı olması da problemlidir. Hüquqşünasın sözlərinə görə, hakimlərin qeyri-kafi sayda olması işlərə baxılmasını ləngidir və vətəndaşlar yalnız müstəsna hallarda səmərəli və vaxtında ədalət mühakiməsinə nail olurlar.

“Gürcüstan Məhkəmə Gözətçisi”nin yaradıcısı Nazi Janezaşvili isə qeyd edir ki, “klan idarəçiliyi” bütövlükdə sistemə və hakimin fərdi müstəqilliyinə təhlükə yaradır, ölkədə demokratiyanın inkişafına mane olur, məhkəmənin səmərəliyinə təhlükə yaradır.

Onun izahatına görə, klan hakimiyyəti dövründə siyasi maraqlar ön plana çəkilir və prioritet hakimiyyəti ələ keçirmək olur, çünki nüfuzlu qruplar bu təsirləri saxlamaq üçün hər şeyi edir, sistemin inkişafı üçün isə  heç nə etmirlər.

“Klan mövcud olduğu müddətdə müstəqil məhkəməmiz ola bilməz”, – Janezaşvili deyir.

Ədalətli məhkəməyə niyə ehtiyacımız var?

Ədalətli məhkəmənin olması təkcə işdə tərəfləri təmsil edən şəxslər üçün deyil, hər bir vətəndaş üçün vacibdir. Sistemdəki proseslərin ədalətli, siyasi və digər təsir növləri olmadan aparılmasına zəmanətimiz olduqda, özümüzü daha azad və təhlükəsiz hiss edirik, çünki bilirik ki, əgər hökumət bizə qarşı səlahiyyətlərini aşarsa və ya özəl nüfuzlu şəxs bizə zərər vurarsa,işi məhkəmə yolu ilə həll edəcəyik. Son nəticədə, məhkəmənin qərarı hakimin şəxslə nə dərəcədə ədalətli yanaşdığına görə qiymətləndirilir.

Quri İmnadze izah edir ki, məhkəmə təkcə prokurorlar və hakimlər üçün deyil və hər birimiz dərk etməliyik ki, gündəlik münasibətlərimizdə o astanadayıq ki, nəticədə məhkəmdə sona çata bilər. Onun sözlərinə görə, bu gün siyasi ədalət mühakiməsinin əhatəli olmaması o demək deyil ki, sabah və ya birisi gün qərəzli, səriştəsiz, siyasi motivli hakim bizim işimizə baxmayacaq.

“İstər inzibati xətalar, istər əmək mübahisələri, istər dövlət qulluğundan qanunsuz çıxarılma, istər biznes mübahisələri, istərsə də ətraf mühitin mühafizəsi, hər şeyin sonunda bizə müstəqil məhkəmə lazım olur. Ona görə də müstəqil məhkəmənin mövcudluğu hər bir vətəndaşın marağındadır və təkcə dar peşəkar qrup üçün başağrısı deyil”, – İmnadze qeyd edir.

Daha sadə dillə desək, ədalətli məhkəmənin olmaması hansı partiyadan və nə qədər sadiq olmağınızdan asılı olmayaraq istənilən vaxt şəxsən sizə təsir edə bilər. Belə şəraitdə siz heç vaxt əmin ola bilməzsiniz ki, idarə olunan hakim qanuna əməl edəcək və kiminsə marağını sizin kimi dəstəklədiyinizdən və ya konkret siyasi partiyaya nə qədər ianə verdiyinizdən üstün tutmayacaq.

Bu məqalə On.ge tərəfindən USAID-in Qanunun Aliliyi Proqramının dəstəyi ilə hazırlanıb. Proqram ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilir. On.ge məqalənin məzmununa görə tam məsuliyyət daşıyır və məqalədə ifadə olunan fikirlər yuxarıda qeyd olunan beynəlxalq təşkilatların fikirlərini əks etdirməyə bilər.