Avropa Komissiyasının 9 qeyd-şərtində ədalət mühakiməsi haqqında nə yazılıb?

Noyabrın 8-də Avropa Komissiyası Aİ-yə Gürcüstana namizəd ölkə statusu verməyi tövsiyə edib. Əgər status verilsə, üzvlük danışıqları başlayacaq, lakin bunun üçün Gürcüstan müsbət tövsiyə ilə yanaşı, Avropa Komissiyasının  təqdim etdiyi 9 qeyd-şərti yerinə yetirməlidir.

Gürcüstanda ədalət mühakiməsi problemləri

Avropa Komissiyası və Venesiya Komissiyası daim Gürcüstana ədliyyə sisteminin tərəqqisi üçün zəruri dəyişikliklərə ehtiyac olduğunu vurğulayırdı.

 Avropa Komissiyası bizə hansı islahatları tövsiyə edir?

Şəffaf və inklüziv proses vasitəsilə Venesiya Komissiyasının tövsiyələrini tam şəkildə yerinə yetirməklə, məhkəmə islahatlarının, o cümlədən Ali Ədliyyə Şurasının və Prokurorluğun hərtərəfli islahatının başa çatdırılması və həyata keçirilməsi vacibdir –  9 qeyd-şərtin altıncı bəndində qeyd edilir.

 Ali Ədliyyə Şurasının islahatı

Venesiya Komissiyası Ali Ədliyyə Şurasının islahatını əsas addım adlandırır və hesab edir ki, qanuna edilən kiçik və ya texniki dəyişikliklər bu tövsiyənin yerinə yetirilməsinə cavab vermir. İslahat prosesi bütün müvafiq maraqlı tərəfləri cəlb etməklə hərtərəfli və inklüziv olmalıdır.

Venesiya Komissiyası bildirir ki:

  • Ali Ədliyyə Şurasına üzvlərin seçilməsi qaydası dəyişdirilməlidir;
  • Şuranın məhkəmə-hüquq sistemində digər inzibati funksiyaları məhdudlaşdırılmalıdır;
  • Səlahiyyətdən sui- istifadə edilməsi riskini azaltmaq üçün şuranın səlahiyyətləri azaldılamlıdır;
  • Şuranın səlahiyyətlərinin digər orqanlar arasında bölüşdürülməlidir;

Hüquq mütəxəssisləri tövsiyənin əsas tələblərini necə başa düşürlər

Ekspertlərin fikrincə, əsas problem Ali Ədliyyə Şurasının əlində cəmlənmiş hakimiyyətin klana  verilməsidir (siyasi  hakimiyyətlə əlaqəsi olan nüfuzlu hakimlər belə adlandırılır).

“Məhkəmə klanının Ali Ədliyyə Şurası üzərində nəzarəti onlara bütün məhkəmə hakimiyyəti orqanı üzərində qeyri-məhdud, konsolidasiya edilmiş və cəmlənmiş səlahiyyət verir. Ölkədə siyasi hakimiyyətdə olanlarla əlaqəsi olan korrupsiyalaşmış məhkəmə bürokratiya elitası Gürcüstanda dövləti ələ keçirmə vahid sxeminin bir hissəsidir.” – Zedelaşvili bildirir.

Tədqiqatçılar və vətəndaş cəmiyyəti üzvləri hesab edirlər ki, məhz bu amil azad məhkəmənin yaranması üçün əsaslı islahatların  və sistemli dəyişikliklərin aparılmasına əngəl olaraq qalır.

“Avropa Komissiyasının qeyd etdiyi kimi, məhkəmə sistemində  korporatizmin elementləri var ki, bu da “güclü” hakimlərin hər şey üzərində təsirini bildirir.” –  Beynəlxalq Şəffaflıq – Gürcüstan layihəsinin meneceri Gia Ghilava deyir.

İkinci komponentə, kadr islahatlarına gəlincə isə bu, vəzifəyə uyğunluğun yoxlanılması prosedurunu nəzərdə tutur.  Bu prosesdə həlledici rol beynəlxalq ekspertlərə verilməlidir.

Hakimlərin ezamiyyət qaydasına yenidən baxılması

Venesiya Komissiyası hakimin ezamiyyət qaydası ilə bağlı qeyd olunan tövsiyəni oktyabr ayının yekununda təkrarlayıb. Komissiya hakimin razılığı olmadan onun başqa məhkəməyə ezamiyyətini birmənalı olaraq qeyri- mütanasib hərəkət kimi qiymətləndirib.

“Hakim bilir ki, əgər özünü yaxşı aparmasa, klan onu istəmədiyi məhkəməyə ezamiyyətə göndərə bilər və ya özünü yaxşı aparıb siyasi məsələlərdə klanın xeyrinə qərarlar qəbul edərsə, qəfildən onu istədiyi məhkəməyə ezamiyyətə göndərilə bilər. Bu stimullar fərdi hakim üzərində klan nəzarətini gücləndirir və hakimin fərdi müstəqilliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.” –  David Zedelaşvili qeyd edir.

Ali Məhkəmə ilə bağlı gözləntilər nədən ibarətdir?

Venesiya Komissiyasının rəyinə əsasən, digər məsələlərlə yanaşı, Ali Məhkəmənin hakimləri üçün həm yaş, həm də təcrübə baxımından daha sərt ixtisas tələblərinin müəyyən edilməsi üçün standart həll olunmamış məsələ olaraq olaraq qalır.
Komissiyanın qiymətləndirməsinə görə, 2023-cü ilin sentyabr ayında hakim namizədlər üçün 5 illik təcrübə tələbinin 10 ilə dəyişdirilməsi qərarı müsbət addımdır. Buna baxmayaraq, namizədin 3o il yaş həddi hələ də aşağı olaraq qalır.

Bundan başqa, komissiyanın digər tövsiyəsi də Ali Məhkəmə sədrinin səlahiyyət müddətinin azaldılmasıdır.

 İslahatın həyata keçirilməsinə nə mane olur?

Ekspertlərin fikrincə, bu yalnız siyasi iradədən asılıdır.

“Bu o deməkdir ki, hökumət və məhkəmə güclərinin məhdudlaşdırılmasında razılaşır.”- Gia Ghilava qeyd edir və əlavə edir ki, Avropa Komissiyası tərəfindən tövsiyə olunan istənilən islahatlar ədalət mühakiməsi zəncirinin əsaslı şəkildə dəyişdirilməsinə yönəlib və bu, hakimiyyət üçün ola bilər ki, qəbul edilməz olsun.

Bu məqalə On.ge tərəfindən USAID-in Qanunun Aliliyi Proqramının dəstəyi ilə hazırlanıb. Proqram ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilir. On.ge məqalənin məzmununa görə tam məsuliyyət daşıyır və məqalədə ifadə olunan fikirlər yuxarıda qeyd olunan beynəlxalq təşkilatların fikirlərini əks etdirməyə bilər.