Tsalka LAG – Tsalka Yerli Inkişaf Qrupu

Tsalka LAG, ENPARD layihəsinin bir hissəsi olan “Bu Tsalkadır” layihəsi çərçivəsində yaradılıb, CENN tərəfindən həyata keçirilib.

Bura, Tsalkanin gündəlik həyatını yaxşılaşdırmaq istəyən insanlar toplaşıblar. Bu gün o, 200-dən artıq üzvdən ibarətdir. Layihənin həyata keçirilməsi, adi insanların həyatlarını yaxşılaşdırmaqla başlayıb.

Mziuri Markoidzenin açdığı dərzixana zirzəmidə olub və müvafiq texniki ləvazimatları olmadığına görə, çox müştəriyə xidmət edə bilməyib. Məhz LAG-ın səylərinin nəticəsidir ki, bu gün o, öz fəaliyyətinə abad yerdə və yaxşılaşdırılmış texniki resurslarla davam edə bilir.

Mziana Rezvadze üçün yerli ailə işi, qida obyekti açılması ilə davam edib. O, əgər illər əvvəl müxtəlif qida məhsulları üçün sifarişləri evdə qəbul edirdisə, bu gün artıq sahibkar statusuna malikdir. Bugün Mziana Rezvadzenin açdığı qida obyekti, belə obyektlər üçün tələb olunan bütün tələblərə cavab verməyi də Tsalka LAG-ın səylərinin nəticəsidir.

Layihə rəhbəri Melano Tkabladze qeyd edir ki, Tsalka LAG-nın bütün layihələri uğurlu olub. O bildirir ki, Tsalkanın turizm potensiyalının artması və daha çox nəzərəçarpan olması, Yerli İnkişaf Qrupunun fəaliyyətinin nəticəsidir. 18 turizm inkişaf obyektinin açılması nəticəsində 200-dən çox Tsalka sakini işlə təmin olunub, Tsalka isə, “turizm istiqamətində brendləşib”.

“Pontia” restoranı, “Anna Kafesi”, “Çeri” – bu obyektlərdə xidmətin yaxşılaşdırılması LAG-ın əməyinin nəticəsidir. “Dondurma evi”-ni də elə LAG açıb.

Melano Tkablaze qeyd edir ki, gənclərin inkişaf etməsi, onların fəal olması və müxtəlif layihələrdə iştirak etməsi Tsalka Yerli İnkişaf Qrupu üçün vacibdir. Bu məqsədlə 160-dan çox gənc “Yaşıl Düşərgə”-dən istifadə edib və müxtəlif istiqamətlər üzrə öz biliklərini dərinləşdirib.

Tsalka LAG-nın üzvləri üçün əsas prioritetlərdən biri etnik qrupların inteqrasiyasıdır. Müxtəlif etnik qrupların nümayəndələri üçün “sosial axşamlar” təşkil edilir, burada onlara imkan verilir ki, müzakirə etsinlər və öz ehtiyyaclarını aydınlaşdırsınlar.

Məktəblərdə təhsil mühitləri yaradılması / müasir texnika və mebellə təmin edilməsi, uşaq bağçalarına infrastruktur dəstək, kəndlərdə içməli suyun əlçatanlığını artırmaq, COVİD-19 pandemiyası zamanı şagirdlərin onlayn tədrisə qoşulmasına dəstək –  bu layihələrə Tsalka LAG-ın icraçı şurasının üzvü, Nino Tsipiani diqqət göstərir. O, qeyd edir ki, bu layihələrdən hər  hansısa birini seçmək çətindir.

Tsalka LAG, yaradılmasının 6-cı ilində də fəal mərhələdədir. Hal-hazırkı mərhələdə iqlimə davamlı kənd təsərrüfatının inkişaf etdirilməsi yönündə işləyirlər, 4 benefisiar seçiblər, nümayiş sahələri qurulacaq və sonradan onları digər fermerlərə göstərəcəklər. LAG eyni zamanda su təminatı və su resurslarının qorunması istiqamətində maarifləndirmə səviyyəsinin yüksəlməsi üzrə də işləyir. Avropa Şurası və Mestia LAG ilə birlikdə, Tsalka Yerli İnkişaf Qrupu kəndə dəstək proqramı çərçivəsində, yerlilər tərəfindən seçilmiş layihələrin monitorinqini aparır.

Melano Tkabladze LAG-ı dövlət və əhali arasında mediator adlandırır.

“Tsalka LAG-nın missiyası güclü yerli vətəndaş qrupu yaratmaqdır, o, fəal advokatlaşdırma, rəngarəng və yerli ehtiyyaclara uyğun layihələr həyata keçirməklə, vətəndaş iştirakçılığı mexanizmlərini tətbiq etməklə, vətəndaşların məlumatlılıq səviyyəsini artırmaqla, qrantlar verməklə, iqtisadiyyatı diversifikasiya etmək, araşdırma-təhlil və effektli vasitəçilik (mediasiya) yolu ilə regionda iqtisadi vəziyyəti və sosial mühiti yaxşılaşdırmağa təşviq edəcək, bu isə güclü vətəndaş cəmiyyətinin yaranmasına və yerli demokratiyanın inkişaf etməsinə təşviq edəcək” – Melano Tkabladze.

Tsalkada LAG-ın fəliyyətinin konkret nəticələri var. Tsalka LAG-ın icraçı şurasının üzvü Nino Tsipiani bu barədə danışır. O, qeyd edir ki: “Tsalkada LAG təhsil, sosial, turizm, kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı təşəbbüslərini/layihələrini dəstəkləyib və bələdiyyə əhalisinin sosial-iqtisadi vəziyyətini dəyişib. LAG-a üzv olan şəxslərə imkan yaradılıb ki, öz sosial qabiliyyət-bacarıqlarını inkişaf etdirsinlər, vətəndaşlara, bələdiyyəyə kömək etsinlər və əhali arasında təşəbbüsləri dəstəkləməyə davam etsinlər”.

Müəllif: Guranda Putkaraia

Azərbaycanca tərcüməsi: Çiçək Hüseynova

İngiliscə tərcüməsi: Tamar  Cherkezishvili

Məqalə,  Vətəndaş Cəmiyyəti İnstitunun dəstəyi ilə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində hazırlanıb. Onun məzmununa görə tam məsuliyyəti Kvemo Kartli mediası daşıyır və o, Avropa Birliyi və Konrad Adenauer Fondunun fikirlərini əks etdirməyə bilər.

Layihəni, Konrad Adenauer Fondunun (KAS) rəhbərliyi ilə, sonrakı qeyri-hökumət təşkilatları ilə birlikdə – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) konsorsium olaraq həyata keçirir.

QvemoQartli.ge

Materialdan, sadəcə saytı göstərərək istifadə edə bilərsiniz.