Ağməmmədli İcma Mərkəzi

Marneuli bələdiyyəsində vətəndaş cəmiyyətinin gücləndirilməsi və gənclərin fəal olması məqsədi üçün artıq bir neçə ildir ki Ağməmmədli İcma Mərkəzi fəaliyyət göstərir.

4 il bundan əvvəl birinci kurs tələbəsi Zakir Ayvazov regionda gənc nəslin iştirakı və vətəndaş fəallığına daha çox ehtiyacın olduğunu görüb, öz avtomobil qarajında mərkəz yaradıb və layihələr həyata keçirməyə başlayıb.

“Ağməmmədli İcma Mərkəzinin məqsədi icmanı gücləndirmək, onu inkişaf etdirmək, gəncləri fəallaşdırmaq və güclü vətəndaş cəmiyyəti yaratmaqdır. Bu asan deyil. Bunun üçün mən çox çətin yol keçməli oldum. Tək idim, birinci kursda, həmçinin, həmin vaxt təcrübəm də yox idi. İnam qazanmaq asan deyildi”- təsisçi Zakir Ayvazov.

İcma mərkəzində 30-a yaxın üzv var. Onlar fəal olaraq işləməyə pandemiya dövründə başlayıblar. Həmin vaxt olan çətinliklə mübarizə aparmaq üçün, yerli əhali ilə fəal əməkdaşlıq edirdilər. Onları narahat edən məsələləri dinləyirdilər və onların həll edilməsində kömək edirdilər. Məsələn: belə problemlərdən biri korona virusu barəsində məlumat qıtlığı idi – əhali üçün həmçinin, məsul qurumların adına ərizələr yazmaq çətin idi.

Zakir, həmçinin qeyd edir ki, bu müddət ərzində mühüm məlumatlar azərbaycan dilində yayılmırdı və onlar, əhalini məlumatlı olmasına kömək edirdilər.

Onlar, müxtəlif təşkilatlarla əməkdaşlıq edərək ərzaq paylayıblar – əhalinin bir hissəsinə internet xərclərini  ödəməkdə kömək ediblər.

Vaksinasiya barəsində məlumat kompaniyasının aparılması da mühüm olub. Nəticədə kənddə 200-ə qədər şəxs peyvənd olunub.

“Ağməmmədli İcma Mərkəzində” gənclərlə, şagirdlərlə və valideynlərlə tez-tez təlimlər, məlumat xarakterli görüşlər keçirilir. Tədbirlərdə yerli sakinlər fəal olaraq iştirak edirlər. Mərkəzin rəhbəri qeyd edir ki, buna nail olmaq üçün o, qapı-qapı gəzib, hər kəslə onların ictimai fəaliyyətlərdə iştirakçılığın nə dərəcədə vacib olması barəsində danışıb.

“Artıq nəticəyə nail olmuşuq. Bizim mərkəzimizə tez-tez gəlirlər. Nə etdiyimizi bilirlər və bizə inanırlar. Əhali üçün, icma üçün birlikdə işləyirik. Hər şeyi könüllü  olaraq edirik” – bildirir Zakir Ayvazov.

Ağməmmədli İcma Mərkəzində “yaşıl fəallar” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində yaşıl fəallar klubu yaradılıb və klub üzvləri kənddə təmizlik aksiyası keçiriblər – Ağməmmədli məscidinin həyətinə və öz həyətlərinə ağaclar basırıblar. Layihə BMT inkişaf proqramının dəstəyi ilə həyətə keçirilib.

Ağməmmədli İcma Mərkəzinin ofisində kitab klubu da var. Kitabxana qurulub və burada olan azərbaycan, gürcü dillərində olan kitablardan istənilən yerli sakin istifadə edə bilər.

Mərkəzin rəhbəri qeyd edir ki, komandada qonşu kəndlərdən də üzvlər var, bu mühümdür. Gənclər toplaşırlar və onlar üçün aktual olan mövzuları müzakirə edirlər.

Suvarma suyu, zibil qutuları, uşaq bağçasının tikilməsi məslələrinin həll edilməsi üçün artıq müəyyən töhfələr vermişlər. Fokus qruplar yaradıblar, araşdırma aparıblar, imzalar toplayıblar, meriyaya müraciət ediblər.

İcma mərkəzinin vacibliyi barəsində komanda üzvlərindən biri Rinat Məsimiov bizimlə danışır:

“İcma daxilində icma mərkəzinin olması çox vacibdir, həm biz gənclər üçün, həmdə ümumiyyətlə əhali üçün. Mərkəzin köməyi ilə bir çox insanlar yeni məlumatlar əldə edirlər və bu icmanı inkişaf etməyə təşviq edir”.

Müəllif: Guranda Putkaraia

Azərbaycanca tərcüməsi: Çiçək Hüseynova

İngiliscə tərcüməsi: Tamar  Cherkezishvili

Məqalə,  Vətəndaş Cəmiyyəti İnstitunun dəstəyi ilə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində hazırlanıb. Onun məzmununa görə tam məsuliyyəti Kvemo Kartli mediası daşıyır və o, Avropa Birliyi və Konrad Adenauer Fondunun fikirlərini əks etdirməyə bilər.

Layihəni, Konrad Adenauer Fondunun (KAS) rəhbərlik etdiyi konsorsium, sonrakı qeyri-hökumət təşkilatları ilə birlikdə – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) həyata keçirir.

QvemoQartli.ge

Materialdan, sadəcə saytı göstərərək istifadə edə bilərsiniz.