Qasımlı Gənclər Mərkəzi

Marneuli Bələdiyyəsinin Qasımli kəndində, bir neçə ildir ki, İcma Mərkəzi fəaliyyət göstərir. Bu, gənclərin sıx-sıx toplandığı və birlikdə  müxtəlif məsələlər üzərində işlədiyi məkandır.

“Qasımlı İcma Mərkəzi”nin hekayəsi 2017-ci ildə başlayıb.

Onuncu sinif şagirdi qız, gürcü dilini yaxşı öyrənmək qərarını gəlib. Bunu, artıq özünün qeyd etdiyi kimi “məktəb direktorunun köməyi ilə” bacaracaq. Təlimlərdə iştirak edəcək-layihə yazmağı öyrənəcək. Sonra isə layihəni özü yazacaq və həyata keçirəcək. Söhbət Arzu Bayramovadan gedir. Arzu, artıq “uşaqlıq arzusunu reala çevrildiyini” deyir.

O, bizə deyir ki, ilk problem yeni yaradılmış mərkəz üçün yer tapılması olub. Əvvəl kəndən keçmiş ambulatoriya binasında olublar. Bu gün isə, ofis Arzu Bayramovanın ailəsinə məxsus qarajda qurulub.

Bugün mərkəzdə, yerli sakinlər ingilis və gürcü dilində ödənişsiz kurslar keçə bilərlər. Arzu deyir ki, kurslara yaşlı nəslin nümayəndələri də gəlir.

“Qasımli Gənclər Mərkəzi”-nin fəallaşması ilə paralel olaraq, mərkəzin üzvlərinin sayı da artdı. Onun artıq 17 əvəzinə 265 könüllüsü var. Arzu Bayramova uğurla həyata keçirilmiş layihə haqqında danışır və onlardan bir neçəsini xüsusi ilə qeyd edir.

“Yaşıl Gənclər”  layihəsi çərçivəsində  bir neçə dəfə “Şənbə günləri” təşkil olunub. Şagirdlər, gənclər, yerli sakinlər kəndi təmizləyiblər-ağaclar əkiblər.

Gürcüstanın Birləşmiş Millətlər Təşkilatı Assosiasiyası, Qasımlı Gənclər Mərkəzi ilə həmkarlıq edərək, müxtəlif aktual mövzular haqqında Səyyar Xalq Universiteti mühazirələri keçirib.

Mərkəzdə “Azərbaycan Respublikasının Diasporayla İş Üzrə Dövlət Komitəsi” ilə birlikdə həyata keçirilmiş layihələr çərçivəsində gürcü, ingilis və jurnalistika ödənişsiz kursları keçirilib.

Arzu Bayramova  deyir ki, onlar bütün bununla birlikdə qadın hüquqları haqqında 4 layihə həyata keçiriblər. Qızlar və onların valideynləri bu layihələrdə iştirak ediblər.

Həkimlə görüş, həmçinin Tbilisidə ali və peşə təhsil ocaqlarına ziyarət təşkil edilib.

Arzu Bayramova deyir ki, “Yeni Düşüncə Institutu” və “Qafqaz Evi” ilə fəal şəkildə əməkdaşlıq edir. Müxtəlif aktual mövzular üzrə danışmaq üçün spikerlər dəvət etmək, onların xidmətlərinin bir hissəsidir. Eyni zamanda bizə kitab klubunun yaranması barəsində də danışır. Tbilisidən gələn tələbələr, həmyaşıdlarına kitablar hədiyyə edirlər. Birlikdə oxuyurlar və sonradan təqdimatlar (prezentasiyalar) hazırlayırlar.

Mərkəzin rəhbəri Arzu Bayramova həmçinin pandemiya dövründə də əhalinin yanında olduqlarını qeyd edir. “Pandemiya zamanı daha çox layihə həyata keçirdik, nəyinki pandemiyaya qədər”-deyir Arzu Bayramova.

Mərkəz gələcəkdə yeni layihə həyata keçirməyi planlaşdırır. Əsas məqsədi- müxtəlif istiqamətlər üzrə şagirdlərə, gənclərə, icma nümayəndələrinə kömək etmək və onların inkişaf etdirməkdir.

“İnkişaf edək və inkişaf etdirək – bu bizim mərkəzin gənclərə mesajıdır. Bizim mərkəzin məqsədi, gənclərin inkişafı və kəndin yaşlı əhalisinə müxtəlif məsələlər üzrə kömək etməkdir.

“Qasımlı Gənclər Mərkəzi”-nin fəaliyyətinin effektivliyi haqqında mərkəz üzvlərinin qiymətləndirməsini də dinlədik.

“Mərkəzdə olması bir çox şeydə bizə kömək etdi. Həyatımız yaxşıya doğru dəyişdi. Bizdə qeyri-formal təhsilə qarşı maraq böyüdü. Bu isə, mütləq gələcək həyatımızda bizə faydalı olacaq”- Günel Gülməmmədova.

Müəllif: Guranda Putkaraia

Azərbaycanca tərcüməsi: Çiçək Hüseynova

İngiliscə tərcüməsi: Tamar  Cherkezishvili

Məqalə,  Vətəndaş Cəmiyyəti İnstitunun dəstəyi ilə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində hazırlanıb. Onun məzmununa görə tam məsuliyyəti Kvemo Kartli mediası daşıyır və o, Avropa Birliyi və Konrad Adenauer Fondunun fikirlərini əks etdirməyə bilər.

Layihəni, Konrad Adenauer Fondunun (KAS) rəhbərlik etdiyi konsorsium, sonrakı qeyri-hökumət təşkilatları ilə birlikdə – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) həyata keçirir.

QvemoQartli.ge

Materialdan, sadəcə saytı göstərərək istifadə edə bilərsiniz.