CEAC – Marneulidə Mülki Məşğulluq və Aktivizm Mərkəzi

Marneulidə artıq 4 ildən artıqdır ki “Mülki Məşğulluq və Aktivizm Mərkəzi” fəaliyyət göstərir. Milli azlıqların hüquqlarının qorunması, onların gücləndirilməsi və qərarların qəbul edilməsi prosesində iştirakçılığı artırmaq – bu təşkilatın əsas məqsədidir.

Üç nəfər tələbə tərəfindən yaradılan təşkilat bir çox mühüm layihələr həyata keçirib. Təşkilatın rəhbəri Rəşan Ziyadəliyev bildirir ki, onların fəaliyyəti etnik azlıqların problemləri və ehtiyyacları çox olan bələdiyyələrə istiqamətlənib.

“Bizim “bələdiyyənin büdcəsinin təsdiqlənməsi prosesində milli azlıqların effektli iştirakı” adlı layihəmiz çərçivəsində, advokatlaşdırma kompanyası nəticəsində Marneuli meriyası 5 ədət ictimai nəqliyyat, 400 ədət zibil qutusu alıb və gənclərin idealarına dəstək olunması üçün xüsusi proqram hazırlayıb. Qeyd olunan layihə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyə dəstəyi ilə, Milli-Demokratya İnstutu (NDİ) tərəfindən həyata keçirilib”- Rəşan Ziyadəliyev.

Vətəndaş fəallığının müsbət dəyişikliklər gətirdiyini, təşkilat öz fəaliyyətləriylə dəfələrlə sübut edib. İllər əvvəl Marneuli Bələdiyyəsinin Meriyası facebook səhifəsində məlumatı yalnız gürcü dilində yayırdı. Gənclər məlumatın azərbaycan dilində yayılmasını tələb ediblər və  bu məqsədlə Marneuli meriyasının səhifəsində olayın fləşmob keçiriblər. Gürcü dilində dərc olunan məlumatlarda öz tələblərini hamı birlikdə qeyd edirdi. Bir həftə sonra qurum məlumatları azərbaycan dilində də dərc etməyə başlayıb.

Təşkilat həmçinin, Qaçağan icmasında uşaq bağçası tikilməsi advokatlaşdırma kompaniyası aparıb. İmzalar toplayıb, Marneuli meriyasına təqdim edib – tələb təmin edilib və 2024-cü ildə adıçəkilən icmanın məktəbəqədər təhsil müəssisəsi olacaq.

Milli azlıqların vətəndaş inteqrasiyası istiqamətində gördüyü işlər bununla bitməyib. Təlimlər, seminarlar, mübadilə proqramları – bu təşkilatın fəaliyyətinin natamam siyahısıdır.

Rəşan Ziadəliyev bildirir  ki, məhz onların təşkilatçılığı əsasında “Birlik müxtəliflikdədir” adlı Marneuli Gənclər Mərkəzi yaradılıb. Burada 100-dən çox gürcü, azərbaycanlı və erməni gənc birləşib.

Mərkəz bu ilin  noyabrında, Gürcüstan Birləşmiş Millətlər Təşkilatı Assosiasiyası tərəfindən, USAID-in maliyyə dəstəyi yaradılıb.

“Mülki Məşğulluq və Aktivizm Mərkəzi”-nin mərkəzinin fəaliyyəti pandemiya dövründə də dayanmayıb. Bu müddət ərzində təşkilatın üzvləri, bölgədəki etnik azlıqların ehtiyyaclarını müəyyən etmək və təmin etmək üçün çalışıblar. Rəşan Ziadəliyev Marneulinin “qırmızı zona” elan edildiyi vaxtları belə xatırlayır:

“Qırmızı zona elan olunanda Marneulidə məlumatsızlıq vakuum yaranmışdı, heç kim bu virusun nə olduğunu bilmirdi. Biz animasiya videosu hazırladıq, könüllülər qrupu yaratdıq. İcma mərkəzləri ilə əlaqə saxlayırdıq, könüllü olaraq kömək edirdik”.

Təşkilat internet üçün pul ödənməyə ehtiyacı olan insanlara kömək etmək üçün kampaniyaya başlayıb. Kəndləri gəziblər, pullar toplayıblar və toplanan vəsaitlə 50 ailənin internet pulunu ödəyiblər.

Marneulidə “Mülki Məşğulluq və Aktivizm Mərkəzində”  dezinformasiyaya qarşı mübarizə istiqamətində də işləyirlər.

Etnik azlıqların nümayəndələri ilə bu mövzuda danışırlar, videolar çəkirlər, radio verilişləri də var. Gürcüstanın Avroatlantik məkanda keçdiyi yol, Avropa İttifaqının, NATO-nun fəaliyyəti, Gürcüstanın siyasi tarixi – bu mövzularda tez-tez təlimlər keçirirlər. Komanda  üzvlərindən biri Naşir Orduxanovun fikrincə, CEAC çoxsaylı çətinliklərə və çağırışlara baxmayaraq, daha çox şey edə biləcək:

“CEAC hamımızı birləşdirən “ideyadır”. Bu ideya azad, güclü, bütöv və Avropa Birliyinə  üzv olan Gürcüstanda yaşamaqdır.

Bu təşkilatda məqsədimiz Gürcüstanda vətəndaş cəmiyyətini gücləndirmək, gəncləri gücləndirmək, ictimaiyyəti özünüidarəetmədə qərarlarının qəbulu prosesinə qoşmaq, müxtəlif məsələlərdə ictimaiyyəti məlumatlandırmaq, Gürcüstanın Avro-Atlantik məkanda inteqrasiya prosesinə töhfə vermək və s.

Çoxlu çətinliklərə və maneələrə baxmayaraq, yenə də biz illərdir ki,  regionda fəal işləyirik və hər il daha çoxunu etməyi bacaracağıq” – Naşir Orduxanov.

Müəllif: Guranda Putkaraia

Azərbaycanca tərcüməsi: Çiçək Hüseynova

İngiliscə tərcüməsi: Tamar  Cherkezishvili

Məqalə,  Vətəndaş Cəmiyyəti İnstitunun dəstəyi ilə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində hazırlanıb. Onun məzmununa görə tam məsuliyyəti Kvemo Kartli mediası daşıyır və o, Avropa Birliyi və Konrad Adenauer Fondunun fikirlərini əks etdirməyə bilər.

Layihəni, Konrad Adenauer Fondunun (KAS) rəhbərlik etdiyi konsorsium, sonrakı qeyri-hökumət təşkilatları ilə birlikdə – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) həyata keçirir.

QvemoQartli.ge

Materialdan, sadəcə saytı göstərərək istifadə edə bilərsiniz.