Rus qanunu Gürcüstanın seçimi deyil!

Biz, Gürcüstan vətəndaşları, parlament sədrinin və çoxluğunun digər üzvlərinin də dəstəklədiyi, parlament çoxluğunun üzvlərinin Xarici Təsir Agentləri haqqında qanun təşəbbüsünə qəti şəkildə qarşıyıq. Hesab edirik ki, bu rus qanununun qəbul edilməsi sadəcə azad vətəndaş cəmiyyət təşkilatlarına və kritik mediaya qarşı deyil, eyni zamanda Gürcüstan vətəndaşlarına qarşı yönəlib.

🔸 Bu qanunun məqsədi odur ki, şiddət qurbanı qadınlar və uşaqlar müdafiəsiz qalsınlar; Məhdud imkanlı şəxslər, azlıqlar, alimlər, valideynlər və gənclər; Sosial təminatsız ailələrə, fermerlərə, şaxtaçılara, qanunsuz işdən azad edilənlərə, qaçqınlara, evsizlərə, azadlığı məhdudlaşdırılmış şəxslərə və öz azadlığı üçün mübarizə aparan digər şəxslərə yardım edilməsin; Yüksək dağlıq ərazidə və bölgələrdə yaşayan insanların istəkləri yayımlanmasın, bu şəxslər sadəcə yerli, azad media vasitəsi ilə cəmiyyətə öz ehtiyyaclarını çatdırırlar.

🔸 Bu qanun layihəsi azad medianın araşdırdığı və ictimayiləşdirdiyi şiddət, korrupsiya, qanunsuzluq və qərəzli hüquqla bağlı olan yüzlərlə fakta cavabdır.

🔸 Rusiyada analoji qanun qəbul edildikdən sonra, təşkilatların çoxu onu icra etməkdən imtina etdi və bağlandı. Fəaliyyətinə davam edən təşkilatlar isə, güclü nəzarət, sıxışdırma və represiya qurbanı oldu. Rus qanunu Gürcüstanın seçimi deyil, bunun üçün onlarla illərdir ki mübarizə aparırıq.

🔸 Bu qanunun qəbul edilməsi, əsas gürcü dəyərləri-ləyaqəti hissinə, azadlıq və vətəndaşlıq həmrəyliyinə qarşı hücumdur. Bundan əlavə qanunun qəbul edilməsi, ölkənin avropa inteqrasiyası prosesinə ciddi dərəcədə ziyan vuracaq, eyni zamanda Gürcüstanın Avropa Birliyi istiqamətində getməsinə maneəçilik törədəcək, bura üzv olan ölkələrin heç birində oxşar qanun qüvvədə deyil. Həmçinin yüz minlərlə Gürcüstan vətəndaşına ölçüyəgəlməz ziyan vermədən bu qanunun icra olunması mümkün olmayacaq.

 

QvemoQartli.ge

Tərcümə: Çiçək Hüseynova