Zaur Darğallı, 2022-ci ildə parlametdə çıxış etmə hüququndan sadəcə bir dəfə yararlanıb

QvemoQartli.ge parlamentdən Kvemo Kartli majoritar deputatlarının fəaliyyəti haqqında məlumat tələb edib. Cavab məktubuna əsasən, Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı 2022-ci ildə parlamentin plenar iclasında sadəcə bir dəfə çıxış edib.

Tələb etməyimizə baxmayaraq, parlament Zaur Darğallının neçə qanun layihəsinin müəllifi və ya təşəbbüsçüsü olması barəsində bizə məlumat verməyib.

Parlament üzvünün halhazırda təqdim etdiyi son əmlak deklarasiyasına əsasən, 2021-ci ilin yanvar ayının 1-dən 31 dekabradək müddətdə maaş gəlirləri 44 612 lari olub.

QvemoQartli.ge

Materiyaldan sadəcə saytı göstərərək istifadə edə bilərsiniz

Tərcümə: Çiçək Hüseynova

 

Donasiya

Biz fəxr edirik ki, müstəqil medyayıq. Sosial ədalətə və insan hüquqlarının qorunmasına dəstək oluruq.

Sizin tərəfinizdən göstərilən, istənilən pul dəstəyi bizə imkan verəcək ki, bu işi gücləndirək.