Tsalka bələdiyyəsində daxili audit fəaliyyət göstərmir

QvemoQartli.ge  bölgədə bələdiyyələrin daxili auditinin iş fəaliyyəti ilə tanış olur. 2022-ci ilin daxili auditin hesabatlarının və tövsiyələrinin istənilməsi barəsində olan rəsmi müraciyyətmizə birinci Tsalka bələdiyyəsi cavab verib.

Qurumdan məsələ ilə bağlı bizə bildirilib: „Xatırlatmaq istəyirik ki, bizdə audit xidmətinin rəhbəri vəzifəsi vakantdır, müvafiq olaraq nə yoxlama aparılmayıb, nə də nəticə mövcuddur.“

„Yerli Özünüidarəetmə Məcəlləsinə“ və Tsalka bələdiyyəsinin sakrebulosunun əsasnaməsinə əsasən, Tsalka meriasının daxili audit xidmətinin funksiyaları bunlardır:

  • Yerli özünüidarəetmə orqanlarının qarşısında duran riskləri müəyyənləşdirmək və qiymətləndirmək;
  • Merianın fəaliyyətinin qənaətlilik, effektlilik və produktivlik vəziyyətini artırmaq üçün tövsiyyələr hazırlamaq;
  • Daxili audutin illik və strateji planını hazırlamaq və hesabat ilə başlayanadək təsdiqlənməsi üçün meriaya təqdim etmək
  • Təsdiqlənmiş illik və strateji planı Gürcüstan Maliyə Nazirliyinin Harmonizasiya Mərkəzinə təqdim etmək;
  • Daxili audutin illik və strateji planını hazırlamaq və hesabat ilə başlayanadək təsdiqlənməsi üçün meriaya təqdim etmək;
  • Xidmət tərəfindən hazırlanmış və verilmiş tövsiyyələrin icra olunmasının monitorinqi və nəzarət;
  • Maliyə idarəsi və nəzarət sisteminin adekvatlılığını və effektivliyini qiymətləndirmək;
  • Meria sistemində assiqnasiyaların paylaşılması və xərclənməsinin qanuniliyi, məqsəd yönlü istifadə olunması, maddi dəyərlərdən və digər vasitələrdən rasional istifadə olunmasının təmin edilməsinin monitorinqi, qiymətləndirməsi, ehtimal olunan qanun pozuntuları və əskiklik barəsində riski müəyyən etmək;
  • Mühasibat uçotu və hesabatı yoxlamaq, qüvvədə olan standartlara onların uyğunluğunu müəyyən etmək;
  • Bələdiyyənin aktivliklərinin, digər resurslarının və məlumatın adekvat qorunmasını qiymətləndirmək;
  • Yerli özünüidarəetmə orqanının fəaliyyətini Gürcüstan qanunvericiliyi ilə müvafiqliyini qiymətləndirmək/monitorinq; Qanunvericiliyin tələblərinin qorunması və icra olunmasına nəzarət aparmaq, gözlənilən qanun pozuntularının və ya/və əskikliklərin təhlili və onun öncədən qarşısının almaq; Mer üçün müvafiq tövsiyyələr təqdim etmək;
  • Yerli özünüidarəetmənin işçiləri tərəfindən intizam və qanunun qorunmasına nəzarət etmək, iş xətaları və digər qanuna zidd əməllərin törədilməsi faktlarını aşkar etmək, bu faktlarla bağlı ərizələri araşdırmaq və müvafiq ölçü götürmək;
  • Maraqların toqquşması faktlarını aşkar etmək, yerli özünüidarəetmə orqanının işçiləri tərəfindən iş etikası qaydalarının qorunmasına nəzarət və rəhbərlik həyata keçirmək;
  • İş yoxlaması zamanı, cinayət əlamətlərinin olması aşkar olunarsa, merlə razılaşaraq materiyalları müvafiq orqana göndərmək;
  • Yerli özünüidarəetmə orqanınlarının fəaliyyətinin ictimayiliyini və şəffaflığını təmin etmək, ictimayi nəzarət mexanizminin yaradılmasını təşviq etmək və dəstək olmaq;
  • Öz səlahiyyətləri çərçivəsində , dövlət orqanları ilə, icma nümayəndələri ilə, qeyri-hökümət təşkilatları ilə və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq;
  • “Dövlət Daxili Maliyyə Nəzarəti haqqında” Gürcüstan qanunu ilə, Gürcüstan qanunvericiliyi ilə və bələdiyyənin hüquqi ilə müəyyən edilmiş digər funksiyaları həyata keçirmək.

Xidmətin əsas işi hesabatlar və tövsiyyələr hazırlayıb bələdiyyə orqanına təqdim etməkdir. Prosesə daxili audit xidmətinin rəhbəri rəhbərlik edir, onun öhtəliyi xidmət daxilində funksiyaları paylaşmaq və əsasnaməyə müvafiq şəkildə əməl etməkdir. Xidmət rəhbərinin olmaması və ya onun iş səlahiyyətlərini yernə yetirə bilməməsi halında, əsasnaməyə əsasan onun səlahiyyətlərini merin tapşırığı ilə xidməti digər üçüncü dərəcəli dövlət məmuru stasusu olan şəxs icra edir.

 

QvemoQartli.ge

Materiyaldan sadəcə saytı göstərərək istifadə edə bilərsiniz

Tərcümə: Çiçək Hüseynova

 

Donasiya

Biz fəxr edirik ki, müstəqil medyayıq. Sosial ədalətə və insan hüquqlarının qorunmasına dəstək oluruq.

Sizin tərəfinizdən göstərilən, istənilən pul dəstəyi bizə imkan verəcək ki, bu işi gücləndirək.