“Qırmızı Körpü” – Kvemo Kartlidə fəaliyyət göstərən ictimai təşkilat

Marneuli bələdiyyəsində 2020-ci ildən “Qırmızı Körpü” təşkilatı fəaliyyət göstərir. Təşkilatın nümayəndələri bizə bildirirlər ki, onların məqsədi, gənclərin təhsil, inkişaf və inteqrasiyasına diqqət yetirməkdir.

“Qırmızı Körpü”-nün yaradılması ideyası barəsində bizimlə, təşkilatın təsisçilərindən biri Natalia Calağonia danışır:

“Təşkilatı yaratmaq ideyası universitetdə oxuduğumuz dövrdə yarandı, burada bir təhsil mühitində müxtəlif etnik qrupun nümayəndələri ilə birlikdə oxuyurduq. Təəssüflər olsun ki, o vaxtlar da, indi də ayrı-seçkilik, təcrid etmə və sair kimi halları çox nəzərə çarpırdı. Qısa müddət ərzində etnik azərbaycanlılar və gürcülər təşkilat yaratdıq, məqsədimiz məhz bu problemləri aradan qaldırmaq və insanların tapdalanmadığı ölkənin qurulmasında birlikdə iştirakdır”.

“Qırmızı Körpü”-nün altı təsisçisi var. Onlardan biri Ceyhun Məhəmmədəlidir.

Ceyhun təşkilatın işlərində fəal olaraq iştirak edir. O, bildir ki, etnik azərbaycanlı gənclərə, müxtəlif istiqamətlərdə dəstək olunması mühümdür. “Qırmızı Körpü” vasitəsi ilə onlar daha geniş cəmiyyətlə özlərini tanış etmə imkanlarına malikdirlər.

Bu məqsədlə onlar tərəfindən video bloqqlar hazırlanıb və aktiv azərbaycanlı gəncləri, cəmiyyət tanıyıb.

Uğurla həyata keçirilən layihələr barəsində danışdığımız zaman, Ceyhun Məhəmmədəli – “Məni qəbul et“ adlı filmi ayrıca qeyd edir.

“Qırmızı körpü” tərəfindən çəkilən bu filmin 4 qəhrəmanı var. Onlar, Gürcüstanda yaşayan məhdud imkanlı şəxslərdir. Onların necə yaşaması, gündəlik həyatlarının necə olması – bu faktlar kadra alınıb.

Təşkilat həmçinin vətəndaş cəmiyyəti məktəbi yaradıb. 30 azərbaycanlı gəncin 6 ay ərzində vətəndaş təhsili və media istiqamətində, bu sahənin peşəkarlarından bilik alma imkanları olub. Ceyhun Məhəmmədəli bildirir ki, kurs yekunlaşdıqdan sonra, 2 nəfər şagirdə təqaüd təyin edilib, iki nəfər isə qanunverici orqanda işlə təmin edilib.

Bu fəallıqlarla birlikdə, universitetlərdən biri ilə əməkdaşlıq edərək, onlayn gürcü dili kursu keçirib. Ceyhun qeyd edir ki, gürcü dilini yaxşı bilmək, vətəndaş hüquqları barəsində məlumatlı olmaq və vətəndaş fəallığı istiqamətində inkişaf etmək, azərbaycanlı gənclər üçün mühümdür, “qalan hər şey asandır”.

“Qırmızı Körpün”-nün nəticələri barəsində Natalia Calağonia da danışır. O bildirir ki, gənclərin həyatı rəngarəng olmağa başlayıb:

“Gənclərin də qeyd etdiyi kimi, bu fəallıqlar, ilk növbədə onların həyatını rəngarəngləşdirib. Eyni zamanda, hüquqlar, məsuliyyətlər, vətəndaş fəallığı, media savadlılığı barəsində onların bilikləri daha da zənginləşib. Mövcud, ayrı-seçkiliyi olan mühiti dəyişmələri üçün müvafiq biliyə və təcrübəyə malikdirlər”.

Ceyhun Məhəmmədəli də məqsədə nail olduğunu düşünür.

“Bizim əsas məqsədimiz, gənclərin vətəndaş düşüncəsini yüksəltmək və onların həyatında yaxşılığa doğru dəyişikliyə nail olmaq idi və bunu bacardıq”.

Müəllif: Guranda Putkaraia

Azərbaycanca tərcüməsi: Çiçək Hüseynova

İngiliscə tərcüməsi: Tamar  Cherkezishvili

Məqalə,  Vətəndaş Cəmiyyəti İnstitunun dəstəyi ilə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində hazırlanıb. Onun məzmununa görə tam məsuliyyəti Kvemo Kartli mediası daşıyır və o, Avropa Birliyi və Konrad Adenauer Fondunun fikirlərini əks etdirməyə bilər.

Layihəni, Konrad Adenauer Fondunun (KAS) rəhbərlik etdiyi konsorsium, sonrakı qeyri-hökumət təşkilatları ilə birlikdə – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) həyata keçirir.

QvemoQartli.ge

Materialdan, sadəcə saytı göstərərək istifadə edə bilərsiniz.