Tsalka Gənclik İdeyası

Tsalka Bələdiyyəsində artıq bir neçə ildir ki ” Tsalka Gənclik İdeyası” fəaliyyət göstərir. Tsalkada mövcud olan problemləri aşkar etmək və həll yolları axtarmaq, üzvlər üçün gündəlik fəaliyyətdir.

Təşəbbüs qrupu “Avropa Fondunun” proqramlarından biri çərçivəsində yaradılıb və bu gün 10-a yaxın Tsalkalı gənci birləşdirir. 15 yaşdan 21 yaşadək olan yerli gənclər, onun üçün çalışırlar ki, icma daxilində mövcud olan problemlərin öhdəsindən gəlsinlər.

Gənclər əsasən sorğular keçirirlər. Məsələn: 2021-ci ilin 5 dekabr tarixində “Tsalka Gənclik İdeyası”-nın üzvləri 100 nəfər şəxslə sorğu keçiriblər. Üç prioritet məsələ müəyyən edilib:

Gənclər üçün məktəbdən kənar fəallıqlar;

Mədəni tədbirlər;

Tullantıların idarə edilməsi;

“Avropa Fondunun” gənclərin inteqrasiyası proqramının köməkçisi Nana Tsikvadze Tsalkada gənclərin hansı imkanlarının olması barəsində danışır.

“Gəncləri sadəcə ölkənin gələcəyi və potensiyal vətəndaş olaraq görməməliyik. Onların indi və burada ehtiyyacları, demək istədiyi sözlər və çox sayda maraqlı ideyaları var. Onlara müvafiq imkanlar, təhsil, resurslar versək – cəmiyyətdə mövcud olan aktual problemlərin həlli ilə bağlı, onlar bizə çox maraqlı və innovativ həll yolları təklif edə bilərlər.

“Tsalka Gənclik İdeyası”, sahibsiz heyvanların qorunması, təhsilin keyfiyyəti və tullantıların idarə olunması kimi məsələlər üzrə işləyir. Bu istiqamətlər üzrə artıq bir neçə addım atıblar. Bugün onlar, sahibsiz itlərin sterilizasiyası üçün müvafiq təşkilatlarla fəal əməkdaşlıq edirlər.

Qrup çoxmillətlidir və üzvlərin fəaliyyəti də rəngarəngdir. Tsalkanın bütün məktəblərinə səslərini çatdırmaq və öz layihələrinə qoşmağa cəhd edirlər. Tsalka məktəblərinin konfransının keçirilməsi də bunun təsdiqidir. Onun çərçivəsində şagirdlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında esselər yazıblar. Məktəbdaxili müsabiqədən sonra, qaliblər əsərlərini qeyd olunan konfransda təqdim ediblər.

Sameba kəndində, “Musiqili Parıltı” layihəsinin açılışı da önəmli idi. Məs bu gənclərin köməyi ilə, kənddə musiqi alətləri ilə təchiz olunmuş, musiqi dərsləri açılıb.

Layihə gənclərə, müxtəlif musiqi alətlərini öyrənmək imkanı verib. Həmçinin “Gənclik ideyası” tərəfindən, “Savadlı Nəsil” və “Tsalka Gənc Şahmat Klubu” layihələri maliyyələşdirilib.

Yerli gənclərlə görüşlər tez-tez olur. Onlar müxtəlif kəndlərə gedirlər və  həyata keçirilən və ya həyata keçiriləcək olan layihələr haqqında məlumat verirlər. Onlar qrant müsabiqələri elan edirlər və başqalarına da  öz ideyalarını reallığa çevirmə imkanı yaradırlar.

“Tsalka Gənclik Ideyası” üzvləri hər il müxtəlif istiqamətlər üzrə menecerlər seçirlər – üzvlərin özləri də dəyişir. Ehtiyacların araşdırılması başlayır və hər yeni üzv bir və ən mühüm məqsədə xidmət edir -Talskada vətəndaş cəmiyyətini gücləndirsin  və mühüm layihələr həyata keçirsin.

Nana Tsikvadze qeyd edir ki, hal-hazırkı mərhələdə “Tsalka Gənclik İdeyası”-nın üzvləri, həyata keçirilmiş layihələri cəmləşdirirlər və hesabat hazırlayırlar. Bu il komanda üçün müəyyən çətinliklər yaradan problemlər də vurğulanır. Məsələn, hava şəraitinə görə, bəzi məktəblərlə əlaqə çətinləşib.

“Tsalka Gənclik İdeyası” və onun fəaliyyətinin rolu və məhsuldarlığı haqqında  üzvlərindən biri olan İako Markoidze danışır.

“Tsalka Gənclik İdeyasının köməyi ilə, bir çox gəncə öz ideyalarını həyata keçirmək imkanı verilib. Cəmiyyətin inkişafı və yaxşılaşdırılmasının qayğısına qalsınlar. Bu, qrupun bir üzvü olaraq mənim üçün çox böyük və çox maraqlı təcrübə oldu. Tsalka Gənclik İdeyası təkcə mənə deyil, bir çox gənclərə göstərdi ki, biz də cəmiyyətimizdə müsbət dəyişikliklər edə bilərik və bizim fəaliyyətimiz, iştirakımız və təşəbbüslərimiz Tsalkanın inkişafı üçün çox önəmlidir”.

Müəllif: Guranda Putkaraia

Azərbaycanca tərcüməsi: Çiçək Hüseynova

İngiliscə tərcüməsi: Tamar  Cherkezishvili

Məqalə,  Vətəndaş Cəmiyyəti İnstitunun dəstəyi ilə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində hazırlanıb. Onun məzmununa görə tam məsuliyyəti Kvemo Kartli mediası daşıyır və o, Avropa Birliyi və Konrad Adenauer Fondunun fikirlərini əks etdirməyə bilər.

Layihəni, Konrad Adenauer Fondunun (KAS) rəhbərlik etdiyi konsorsium, sonrakı qeyri-hökumət təşkilatları ilə birlikdə – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) həyata keçirir.

QvemoQartli.ge

Materialdan, sadəcə saytı göstərərək istifadə edə bilərsiniz.