Tetritskaro LAG, müxtəlif sektorların effektli əməkdaşlığının nümunəsi
“Tetritskaro Yerli İnkişaf Qrupu” (LAG) 2017-ci ildə yaradılıb. Təşkilat çoxsektorlu platformadır, burada mülki, dövlət və özəl sektorlar cəmləşib. Onun 65-dək üzvü var və onların əksəriyyəti mülki sektoru təmsil edirlər.
Təşkilatın əsas missiyası yerli səviyyədə mühüm olan məsələlərlə bağlı qərarlar qəbul etmək və onları icra etməkdir.
Yerli İnkişaf Qrupu strategiyaya əsasən işləyir. Cari strateji sənəd 2023-2027-ci illər hərəkət planını əhatə edir və o, təşkilatın bir növ rəhbər kitabçası sayılır.
“Bizim təşkilatın strategiyası çox şaxəlidir. Yetərincə geniş miqyaslı layihələrimiz var.
Biz öz xidmətlərimizi müxtəlif fondların köməyi ilə həyata keçiririk, bu sosial, iqtisadi, kənd təsərrüfatı, qeyri-kənd təsərrüfatı və ya infrastruktur ola bilər. Hal hazırda 2023-2027-ci illər strategiyamız var, o bizim üçün rəhbər sənəd hesab edilir, müxtəlif layihələri ona əsaslanaraq həyata keçiririk.
Regional səviyyədə həqiqətən də presedent yaratdıq, burada hər üç sektor bir masa arxasında oturub və işləməyə, birlikdə müzakirə və qərarlar qəbul etməyə başlayıb. Bu, biraz çətin təsəvvür olunan bir şey idi. Bu yanaşma çox yaxşı işləyir, bir çox birgə layihə həyata keçirdik.
Bu gün tam olaraq deyə bilərəm ki, Tetritskaro bələdiyyəsinin meriyası ilə dostluq və işgüzar münasibətlərimiz var. Həmçinin öz strategiyamızın həyata keçirilməsinə müvafiq olaraq memorandumumuz var”- Nino Tikurişvili Tetritskaro Yerli İnkişaf Qrupunun icraçı direktoru.
“Tetritskaro İnkişaf Qrupu” bələdiyyədə illər ərzində müxtəlif mühüm layihələr həyata keçirib.
Ən geniş miqyaslı, son layihələrdən biri 3 meqavatlıq günəş enerjisi stansiyasının montajı olub. Bu layihə çərçivəsində bələdiyyə ərazisində yaşayan 17 ailəyə günəş panelləri verilib.
“Bu günə qədər belə presedentimiz olmamışdı. Layihəyə nümayiş adı verdik və artıq 6 aydır ki, onun dinamikada necə işlədiyini müşahidə edirik, ən əsas isə qış aylarına təsadüf etdi. Nəticələr çox yaxşıdır – kənddən xalq zəng edib, onlar özləri də bu panelləri öz xərcləri ilə qoymağı bizdən xahiş edirlər. Cəmiyyət effektliliyi gördükdən sonra maraqlanmağa başlayıb. Bu iqtisadi olaraq çox yaxşı güzəştdir – həm də elə ailələr seçdik ki, onlar eyni zamanda sosial təminatsız və ya çoxuşaqlı ailələr idilər və s.
Tetritskaroda, bizim təşkilat tərəfindən cəmi 67 layihə maliyyələşdirilib. Maliyyə 1 000-60 000 avro olub. Bu sadəcə 2017-2020-ci illər arasında maliyyələşən layihələrin sayıdır”- Nino Tikurişvili.
“Tetritskaro İnkişaf Qrupu” dörd ildir ki, Gürcüstan LAG-lar assosiyasiyasının sədr təşkilatıdır, burada ölkə üzrə cəmi 14 LAG birləşib.
“Təşkilatımız Kənd Təsərrüfatı Nazirliyində LAG olaraq akkreditasiyadan keçəcək, yəni, akkreditasiyalı olacaq, onun digər bütün tipik qeyri-hökumət təşkilatlarından fərqlənən funksiyası olacaq. Belə ki, yerli səviyyədə müxtəlif qrant proqramları üzrə ötürücü və qərar qəbuledici olacağıq.
Yeni Kənd Təsərrüfatının İnkişafı Agentliyinə Tetritskarodan göndərilən müraciətlər bizə göndəriləcək. Hər qrant müraciəti üzrə fərdi olaraq 7-8 üzvdən ibarət olan komissiya işləyəcək. Bu komissiya tərəfindən müraciətlər seçiləcək. Komissiya üzvləri arasında proporsiya, biz LAG üzvləri arasında olan kimidir. Əgər hansısa müraciət maliyyələşdiriləsidirsə, bu şəxslər qərar qəbul edəcəklər.
Qeyd etmək lazımdır ki, bu fəaliyyət könüllüyə əsaslanır. Məhz Avropada da belə işləyirlər və Gürcüstan kontekstində də belə olacaq. Rahatlıqla deyə bilərik ki, bu bizim uzun illərdir gördüyümüz işlərin nəticəsidir”- Nino Tikurişvili Tetritskaro Yerli İnkişaf Qrupunun icraçı direktoru.
Digər bir çox mühüm layihələrlə birlikdə, Tetritskaro bələdiyyəsində müasir standartlara uyğun soyuducu təsərrüfatının qurulması “Tetritskaro İnkişaf Qrupunun” əməyinin nəticəsidir.
Sağraşeni kəndində qurulan soyuducu təsərrüfatının ölçüsü 100 kvadrat metrdir. Bu iş MMC “Eco-life Consulting”-ə tapşırılıb.
“Biz yerli fermerlərlə görüşürdük. Onlara, kənd təsərrüfatı və ətraf mühitin qorunması barəsində məsləhətlər verirdik. Kənd təsərrüfatı məsullarının yetişdirilməsində kimyavi maddələrdən istifadə olunması ilə bağlı problemlər var idi. Məsləhətçı qrup, kənd təsərrüfatı məsullarının yetişdirilməsində az kimyavi maddələrin istifadə edilməsi barəsində ictimaiyyəti maarifləndirməyə çalışırdı. Onlara deyirdik ki, əgər sizin məhsulunuz ekoloji olaraq təmiz olarsa, onun öz müştərisi mütləq olacaq.
Həmin vaxt bizə, soyuduculuq təsərrüfatı istəyi ilə ideya daxil oldu. Yerli İnkişaf Qrupu önümüzə bu vaxt çıxdı. Avropa Birliyinin layihələri barəsində o vaxt eşitmişdim. Getdim, layihələrlə tanış oldum, təşkilat həmin vaxt əhalini öz layihələri ilə tanış edirdi, çünki qrant müsabiqəsi (konkursu) elan edəcəkdilər.
Soyuduculuq təsərrüfatının yaradılması ilə icma və bələdiyyə daxilində olan biznes sektoru bizi tanıdı. Bu sahədə işləyən şəxslər üçün çox yaxşı logistik vasitəyə çevrildik və bu sadəcə bizim bölgə üçün deyildi. Axaltsixedən və Tsalkadan gələn meyvə-tərəvəz bizdə saxlanılır. Ancaq hələ ki, böyük yüklə işləmirik. əsasən yerli meyvələr saxlanılır. Gilənar, zoğal belə məhsulları daha çox istifadə edirik, çünki hələ ki, fermer təsərrüfatı davamlı biznes sektor olaraq inkişaf etməyib” – Xatuna Axalaia MMC “Eco-life Consulting”-nin rəhbəri.
Müəllif: Nino Beridze
Məqalə, Avropa Birliyi və Kornad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində Vətəndaş Cəmiyyəti İnstitutunun dəstəyi ilə hazırlanıb.
Layihəni Kornad Adenauer Fondunun (KAS) rəhbərliyi ilə, sonrakı qeyri-hökumət təşkilatları – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) birlikdə konsorsium icra edir.