SDG – Kvemo Kartlidə avropalı tərəfdaşların dəstəyi ilə həyata keçirilən layihələr
2015-ci ildə BMT-yə üzv olan 193 ölkə “Dünyamızın çevrilişi: Davamlı İnkişaf üçün 2030-cu ilin gündəliyi” adlı Davamlı İnkişaf Gündəliyi sənədi ilə bağlı razılığa gəlib. Bu gündəliyə 17 məqsəd və 169 vəzifə daxildir.
Məqsədlər bu gün üzləşdiyimiz müasir qlobal çağırışlar ilə bağlıdır: yoxsulluq, qeyri-bərabərlik, rifah, sülh, ədalət problemləri, eləcə də iqlim və ekoloji problemlər. Bu məqsədlər bir-biri ilə sıx bağlıdır və heç kimin kənarda qalmamasını təmin etmək üçün 2030-cu ilə qədər hər bir məqsədə nail olmaq vacibdir.
Gürcüstanın bu prosesdə fəal iştirak etməsi üçün CENN təşkilatı Almaniya hökumətinin maliyyə dəstəyi ilə “Gürcüstanda SDGs-in həyata keçirilməsinin təşviqi” layihəsini həyata keçirib.
Layihənin dörd əsas məqsədi var idi:
- Davamlı inkişaf məqsədlərinin milliləşdirilməsi prosesinin davam etdirilməsinə dəstək;
- Çoxsahəli tematik işçi qrupunun üzvlərinin imkanlarını artırmaq;
- Davamlı inkişaf məqsədlərinin lokallaşdırma üzrə tədbirlər planının həyata keçirilməsinə dəstək;
- Gürcüstanın regionlarında davamlı inkişaf məqsədləri haqqında məlumatlandırma;
Proqram Gürcüstan miqyasında 5 özünüidarə şəhərində, həmçinin, Rustavidə həyata keçirilirdi.
Regionlarda BMT-nin davamlı inkişaf məqsədlərinin tətbiqinin əhəmiyyəti ilə bağlı bir çox məlumatlandırıcı görüşlər keçirilib. Kampaniyalar gənclər üçün tematik vorkşoplardan və müxtəlif yerli aktorlar ilə (meriya, vətəndaş sektoru, media, akademik institutlar, biznes sektor) birgə görüşlərdən ibarət idi.
Layihə çərçivəsində CENN Rustavi bələdiyyəsinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə davamlı inkişaf məqsədlərinin (SDGs) yerli səviyyədə tətbiq edilməsi imkanları ilə bağlı müxtəlif aktivliklər həyata keçirib.
“Bu layihə 5 böyük özünüidarə şəhərində həyata keçirilib. Onlar arasında Rustavi də var idi. Əsas o idi ki, bu məlumatı özünüidarə şəhərlərinə qədər aparıb çıxaraq. Sonra onlar tətbiq edilmiş təcrübəni bələdiyyələr səviyyəsinə çıxara bilsinlər. Ölkənin bu istiqamətdə öz öhdəliklərini yerinə yetirməsi üçün büdcənin davamlı inkişaf məqsədləri kontekstində qəbul edilməsinin nə qədər vacib olduğunu göstərsinlər” – Mariko Tsikoridze, CENN-nin Şida Kartli və Kvemo Kartlidə layihə koordinatoru.
Layihə Gürcüstanda SDG Şurasının katiblik və işçi qruplarının, bələdiyyələr və qeyri-dövlət maraqlı tərəflərin potensialını gücləndirməyə, bununla da ölkənin davamlı inkişafına töhfə verməyə istiqamətlənmişdi.
“Layihə Gürcüstan hökumətinə və xüsusilə, Davamlı İnkişaf Məqsədləri Katibliyinə Gürcüstanda 2030-cu ilə qədər davamlı inkişaf məqsədlərinin (SDGs) həyata keçirilməsinə kömək etdi. Milli və yerli səviyyədə inkişaf prosesinin və mühüm çoxtərəfli dialoqun təmin edilməsi davamlı inkişaf məqsədinin həyata keçirilməsinə əsas yaratdı, SDG-nin lokallaşdırılması və yeni vəzifələrin milliləşdirilməsini davam etdirdi” – CENN.
“Gürcüstanda SDG-nın həyata keçirilməsinə dəstək” layihəsi 2021-ci ildə başlayıb və 2023-cü ildə başa çatıb. Maddi dəstəyi isə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin dəstəyi ilə göstərib.
QvemoQartli.ge