“Şəfafflıq tələb edən” mer ictimai məlumat verməmək üçün məhkəməyə müraciət edib
Marneuli meri Kənan Ömərov sosial şəbəkələrdəki fəaliyyəti ilə tez-tez hakim komandanın “rus qanunu” ilə bağlı dezinformasiya xarakterli mesajlarını yayır. Mer də “Gürcü Arzusu”nun liderləri kimi qanun layihəsini ölkədə demokratik təşkilatların fəaliyyətinin məhdudlaşdırılması berketi olaraq deyil, “şəffaflıq” mexanizmi kimi göstərməyə çalışır.
Mer mütəmadi olaraq bu məsələni vurğulayır, özü isə artıq iki ildir redaksiyamıza ictimai məlumatı vermir.
Kvemo Kartli mediası 2022-ci ildən, Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının Rustavi ofisinin dəstəyi ilə Rustavi, Qardabani və Marneuli meriyalarına qarşı məhkəmə iddiası qaldırıb. Meriyanın daxili audit hesabatlarının ictimailəşdirilməsini tələb edirik. Ötən il təşkilat hər üç bələdiyyəyə qarşı iddianı qazandı. Onlardan Rustavi və Qardabani meriyaları birinci instansiyanın qərarı ilə razılaşdırlar və daxili auditin hesabatlarını ictimailəşdirdilər. Burada qeyd etmək lazımdır ki, aktuallıq nöqteyi-nəzərindən bu sənədlər onsuz da daha az dəyərə malik idi, lakin məlumatlar onlar tərəfindən gec təqdim olunsa da, yenə də bu baş verdi.
Marneuli meriyası istisna idi. Qurum birinci instansiya məhkəməsinin (Bolnisi Rayon Məhkəməsi) qərarını şikayət edib və qərarın tam ləğv edilməsi tələbi ilə Apellyasiya Məhkəməsinə müraciət edib.
Marneuli meriyası şikayətdə yazır:
“Bolnisi Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərarına diqqətəlayiqdir və əsassızdır”. Həmin sənəddə oxuyuruq: “Oxşar məlumatların verilməsi bələdiyyə başçısının/merin səlahiyyətidir”. Ona görə də onlar hesab edirlər ki, bu tip məlumatların verilib verilməməsinə mer qərar verir.
Meriyanın Daxili Audit Xidmətinin fəaliyyəti niyə vacibdir?
Meriyanın Daxili Audit Xidməti, o cümlədən dövlət qurumunda fəaliyyət göstərən digər xidmətlər vətəndaşların ödədiyi vergilərlə fəaliyyət göstərən struktur bölməsidirlər. Buna görə də vətəndaşlar qarşısında cavabdehdir. Onun vəzifələrinə aşağıdakı kimi mühüm vəzifələr daxildir:
- a) Maliyyə idarəetməsi, nəzarət sisteminin adekvatlığının və effektivliyinin qiymətləndirilməsi;
- b) Qurum sistemində aktivlərin, digər resursların və məlumatların adekvat mühafizəsinin qiymətləndirilməsi;
- q) Qurum sisteminin fəaliyyətinin Gürcüstan qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsi/monitorinqi;
- d) Qurum sisteminin qənaətcilliyini, səmərəliliyini və məhsuldarlığını artırmaq məqsədi ilə tövsiyələr hazırlamaq, icrası məcburi olan təlimatların layihələrini hazırlayıb təsdiq üçün merə təqdim etmək;
- e) Qurum sistemində “Dövlət daxili maliyyə nəzarəti haqqında” Gürcüstan qanununa və digər qanunvericilik və qanuna tabe olan aktlara uyğun olaraq, müəyyən edilmiş səlahiyyətlər daxilində, daxili audit aparmaq, daxili auditin nəticələrini, tövsiyələri merə təqdim etmək;
- v) Müəyyən edilmiş qaydada daxili audit obyektinə tövsiyələr vermək və onların icrasına nəzarət etmək;
- z) Meriyanın məqsəd və vəzifələrinin həyata keçirilməsinə kömək etmək, meriyanın strategiyasının, tətbiq olunan prosedurların həyata keçirilməsinin təhlili, qiymətləndirilməsi, qanunvericilik tələblərinə, standartlara uyğunluğu, resurslardan səmərəli, qənaətlə istifadə edilməsi, habelə tapşırıqların səmərəli icrası;
- t) Meriya sistemində maliyyə idarəçiliyi və nəzarət mexanizmlərinin adekvatlığı, qənaətcilliyi, səmərəliliyi, mövcud standartlara və Gürcüstan qanunvericiliyinə uyğunluğu barədə meri məlumatlarla təmin etmək;
- i) Daxili auditin aşağıdakı mərhələlərinin həyata keçirilməsinin təmin edilməsi – auditin planlaşdırılması, auditin həyata keçirilməsi, hesabatların verilməsi, verilmiş tövsiyələrin sonrakı icrasına nəzarət;
- k) Fərdi audit planının müəyyən edilməsi – daxili auditin sahəsi, məqsəd və vəzifələri, auditin növü, daxili audit obyektinin adı, daxili auditin üsulları/miqyasları, auditorlar qrupunun kadr tərkibi, yoxlanılacaq müddət, auditin müddəti və digər mühüm komponentlər;
- l) Daxili auditdən sonra daxili auditin nəticələrini əks etdirən və daxili audit prosesini, müəyyən edilmiş faktları, onların təhlilini, onların əsasında hazırlanmış tövsiyələri özündə əks etdirən daxili audit hesabatının layihəsini tərtib etmək;
- m) 3 (üç) iş günündən az olmamaq şərtilə, xidmət tərəfindən müəyyən edilmiş məntiqi müddətdə daxili audit obyektinin daxili audit hesabatının layihəsinə və tövsiyələrin icrası üçün tədbirlər planına öz rəyini təqdim etməsini təmin etmək, bundan sonra xidmət daxili audit hesabatını yekunlaşdırır və tövsiyələrin icrası tədbirlər planı ilə birlikdə merə təqdim edir;
- n) Meriya sistemi qarşısında risklərin idarə edilməsi keyfiyyətinin qiymətləndirilməsi;
- o) Meriya sistemində maliyyə və digər məlumatların etibarlılığının, düzgünlüyünün, tamlığının qiymətləndirilməsi;
- p) Meriya sistemində arxivlərin, digər resursların və məlumatların adekvat mühafizəsinin qiymətləndirilməsi;
- j) “Gürcüstanın “Dövlət Daxili Maliyyə Nəzarəti haqqında” qanununda nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi” – Marneuli meriyasının Daxili Audit Xidmətinin əsasnaməsində oxuyuruq.
Müvafiq olaraq, Marneuli meriyasının maliyyə şəffaflığı məsələsində həlledici yerlərdən birini bu xidmət və onun hazırladığı hesabatlar tutur. Məhz buna görə, medianın və geniş ictimaiyyətin onların işinə əlçatanlıq imkanının olması vacibdir.
“Kvemo Kartli Mediası” artıq Apellyasiya Məhkəməsində iddianı davam etdirir. Təşkilatın maraqlarını GGHA-nın Rustavi ofisinin hüquqşünası Nana Tğabladze qoruyur.