Rustavi sakinlərinin ən əsas problemlərindən biri seçkiqabağı həll olunur

Seçkilərin ədalətli keçirilməsi müxtəlif faktorlar ilə yanaşı, inzibati resursdan istifadə etmək məsələsinə də aiddir. Müvafiq olaraq, seçkiqabağı baş tutan hər bir büdcə prosesi diqqət çəkir.

Bu dəfə Rustavidə baş verən hadisələri diqqətə yetiririk.

Şəhər sakinlərini illərdir nəqliyyat ilə əlaqədar məsələ narahat edir. Sakinlər Tbilisiyə getmək üçün  əsasən marşrutdan istifadə etməli olurlar. Günün ən fəal hissəsində Yeni Rustavidə bu marşrutlar artıq əlçatan olmur. Eləcə də indiyə qədər Rustavi meriyasının təyin etdiyi avtobuslar da sakinlərin tələbini tam qarşılamır.

Rustavi üçün yeni avtobuslar

Bu problemin həlli barədə bir neçə gün əvvəl, Rustavi meri Nino Latsabidze danışıb:

“Baş nazir İrakli Kobaxidzenin böyük dəstəyi və bizim Parlament komandamızın üzvləri Aleksandr Dalakişvili və İrakli Şatakişvilinin dəstəyi ilə Rustavinin büdcəsi 20 milyon lari artırılır. Bu isə bizim şəhərimiz üçün çox mühüm məsələnin həllinə, Rustavi-Tbilisi istiqamətində nəqliyyat vasitəsi almağa imkan yaradır. Gürcüstan hökuməti və Parlamenti ilə birlikdə Rustavi meriya komandasının üzərində uzun zaman ərzində işlədiyi məsələ uğurla başa çatdı. Rustavi sakinlərinin payızdan paytaxt istiqamətində rahat və problemsiz səfər etmək imkanı olacaq” – Rustavi meri Nino Latsabidze.

Gürcüstan hökumətinin 2024-cü ilin 10 iyula olan fərmanında isə oxuyuruq:

“Rustavi şəhər merinə avtoparkın M2 və/və ya M3 avtobuslarının alınması üçün Gürcüstan hökuməti qarşısında 20 000 000 (iyirmi milyon) lari məbləğində kreditin götürülməsi məsələsini qaldırmağa icazə verilib”.

Rustavi meriyası 70 ədəd nəqliyyat vasitəsinin alınması məsələsi ilə bağlı müvafiq tenderi cari ilin 12 iyul tarixində elan edib.  Tender təkliflərinin qəbulu avqustun 14-də başa çatacaq.

Seçkilər və inzibati resurs

TI-ın “İnzibati resursun seçkiqabağı dövrdə istifadə olunması ilə bağlı tez-tez verilən suallar” adlı materialı diqqətə layiqdir. Materialda oxuyuruq:

“Xərclərin/proqramın həyata keçirilmə vaxtı seçkilərə yaxındırsa,  siyasi fayda, yəni seçicinin tərəfsaxlama imkanı aydındır. Maliyyələşdirilən layihənin benefisiarlarının sayı seçkilərin nəticələrinə təsir edə biləcək qədər böyükdürsə, hesab edə bilərik ki, maddi inzibati resursların istifadəsi məsələsi var.

QvemoQartli.ge