“Rus qanununun qaydaları ilə yaşamayacağıq” – QHT-nin Konstitusiya Məhkəməsinə şikayəti
Qeyri-hökumət təşkilatları “rus qanunu”na qarşı Konstitusiya Məhkəməsinə şikayət veriblər. Hüquqi mübarizəyə Gürcüstandakı 121 qeyri-hökumət və media təşkilatı qoşulub.
“Gürcüstandakı 121 qeyri-hökumət və media təşkilatı “rus qanunu”na qarşı mübarizəni davam etdiririk. Bunun üçün Konstitusiya Məhkəməsinə şikayət ilə müraciət etmişik. Şikayət ilə yanaşı, müvəqqəti tədbir olaraq məhkəmə tərəfindən yekun qərar qəbul olunana qədər qanunun qeyri-konstitutsional normalarının dayandırılmasını tələb edirik.
Konstitusiya iddiası bir daha aydın göstərir ki, bu qanun hər bir şəxsin ümumi mənafeyə görə həmfikirlərlə birləşmək və başqa insanlara kömək etmək hüququnu pozur. “Rus qanununu qəbul etməklə hökumət düşmən və alçaldıcı mühit yaradır. Bununla da birləşmək, ifadə, digər hüquq və azadlıqlardan istifadəni təhlükə altına alır” – Qeyri-hökumət təşkilatları bildirirlər.
Qeyri-hökumət və media təşkilatları tərəfindən sonrkı normalar şikayət olunub:
- İddiaçı təşkilatları “xarici qüvvə maraqlarını daşıyan təşkilatlar” kimi müəyyən edən normalar;
- Bu təşkilatların ayrı-seçkilik reyestrində qeydiyyatdan keçmək və bu məqsəd ilə müvafiq arayış, ərizə/maliyyə bəyannaməsi təqdim etmək öhdəliyini müəyyən edən normalar;
- Təşkilatın monitorinqinin mümkünlüyünü nəzərdə tutan və bu prosesdə Gürcüstan Ədliyyə Nazirliyinə şəxsi məlumatları, o cümlədən xüsusi kateqoriyalı şəxsi məlumatları istənilən qurumdan axtarmaq, tələb etmək hüququnu, bu qurumların onları təmin etmək üzrə müvafiq öhdəliyini verən normalar;
- Qeyd olunan reyestrin və təşkilata aid əsas sənədlərin, eləcə də təqdim edilmiş ərizənin/maliyyə bəyannaməsinin ictimaiyyətə açıqlığının müəyyən edilməsinə yönəlmiş normalar;
- Yuxarıda qeyd olunan müxtəlif öhdəliklərin pozulmasına görə müvafiq inzibati məsuliyyəti, xüsusilə yüksək pul cəriməsini nəzərdə tutan normalar;
- Qanunun vaxtında qüvvədə olması məsələsini tənzimləyən və qanunun qüvvəyə minməsindən əvvəlki dövrdə həyata keçirilən fəaliyyətlər əsasında həyata keçirilməsini təmin edən normalar.
Konstitusiya Məhkəməsində qaldırılan iddiada “xarici qüvvə maraqlarını daşıyan təşkilat” ifadəsinin neqativ konnotasiyasından bəhs edilir:
“Xarici qüvvə maraqlarını daşıyan təşkilat” ifadəsi şərəf və işgüzar nüfuza xələl gətirir. Qeyd olunanların sübutu kimi yalnız verilmiş terminin qrammatik təhlili də kifayətdir. Xüsusən, hərfi mənada onun altında nəzərdə tutulan şəxsin/təşkilatın müstəqilliyini, fərdiliyini, şəxsi baxşlarını və ümumiyyətlə, müxtəlif idealist məqsədlərə nail olmaq üçün azad şəxslər birliyinin mövcudluğunu demək olar ki, istisna edir (ən azı mahiyyətcə gözdən salır/mənasını itirir). Faktiki olaraq, mübahisəli terminin tərifi dairəsinə düşən gürcü təşkilatı “xarici qüvvə maraqlarını” daşıyan kimi müəyyən edildiyi halda mövcud ola və fəaliyyət göstərə biləcək “- iddiada oxuyuruq.
Qeyri-hökumət və media qurumları hesab edirlər ki, onlara tapşırılan reyestrdə qeydiyyatdan keçmək “ləyaqətə və işgüzar nüfuza xələl gətirir:
“Şərəf və işgüzar nüfuza xələl gətirən reyestrdə qeydiyyatdan keçməkdən imtina edən təşkilat 25 000 lari (mübahisəli qanunun 9-cu maddəsinin 1-ci bəndi) cərimələnəcək və məcburi qeydiyyatdan keçiriləcək. Məcburi qeydiyyatdan sonra təşkilat “könüllü olaraq” “xarici qüvvə maraqlarını daşıyan təşkilat kimi qeydiyyata alınması üçün ərizə” təqdim etmədikdə, əlavə olaraq 10 000 lari (8-ci maddənin 5-ci bəndi və 9-cu maddənin 2-ci bəndi) cərimələnəcək. İşgüzar nüfuza xələl gətirən bu cür ərizənin könüllü olaraq təqdim edilməməsi hər ay 20 000 lari məbləğində əlavə cərimə ilə nəticələnəcək.
Qeyd edək ki, iddiaçı media (təşkilatlar) xarici yardımı layihələr şəklində alırlar. Onlar alınan resurslardan yalnız əvvəlcədən təsdiq edilmiş büdcə ilə layihə məqsədlərinə çatmaq üçün istifadə edə bilərlər. Əks halda, iddiaçı təşkilatın hesabında cəriməni ödəmək üçün kifayət qədər pul olsa belə, ondan cəriməni ödəmək üçün istifadə edə bilməyəcək. Üstəlik, layihə müqaviləsi əldə edilən maliyyə vəsaitinin ictimai hüquqi məsuliyyətin ölçüsünə – cərimənin ödənilməsinə sərf edilməsini qadağan edir” – iddiada deyilir.
Həmin iddianın iddiaçıları sırasına digər media və ictimai qurumlarla birlikdə “Kvemo Kartli Mediası” da daxildir.
QvemoQartli.ge