Qanun niyə rus qanunudur?
Hakim komanda “Xarici təsirin şəffaflığı haqqında” qanunu Amerika qanununun analoqu kimi təqdim edib. Beynəlxalq ictimaiyyət və yerli vətəndaş sektoru isə bu qanunda Rusiya Federasiyasında qüvvədə olan qanunun analoqunu görürlər. Məhz buna görə, onuA “agentlər qanunu” eləcə də “rus qanunu” adlandırırlar.
Mühüm hallar:
Rusiya 2012-ci ilin iyulunda “siyasi fəaliyyətdə” iştirak edən xaricdən maliyyələşən təşkilatların “xarici agent” kimi qeydiyyatdan keçməsini tələb edən qanun qəbul edib.
Qanun tədricən sərtləşdi və “xarici agent” anlayışı daha geniş məna kəsb etdi. Hazırda Rusiyada təkcə təşkilatlar deyil, həm də xaricdən istənilən yolla gəlir əldə edən şəxslər agent hesab olunur.
Məlumat Azadlığı İnkişaf İnstitutunun (IDFI) yayımladığı paylaşımda deyilir:
“Rus qanununun 10 illik fəaliyyəti hakimiyyətin siyasi rəqiblərinə qarşı “şəffaflığı” necə vasitə etdiyinin və bunun ölkənin demokratik inkişafına hansı təsirini göstərdiyinin bariz nümunəsidir” – “უცხოეთის გავლენის აგენტების” კანონი: ევროპული პრაქტიკა და საქართველო (idfi.ge)
Amerika qanunu FARA (foreign agents registration act) 1938-ci ildə ABŞ-da qəbul edilib. İkinci Dünya Müharibəsindən əvvəl qəbul edilən qanunun əsas məqsədi Amerika əhalisini nasist təbliğatının təsirindən qorumaq idi.
“Mən həmin qanunun (FARA) islahatı üzərində işləmişəm. O ilk dəfə 1930-cu illərdə Hitlerə cavab olaraq, ABŞ-da digər ölkələri təmsil edən lobbiçiləri və ya başqalarını müəyyən etmək , onlardan qeydiyyatdan keçmələrini tələb etmək cəhdi kimi qəbul edilib” – ABŞ senatoru Cin Şahin.
Müvafiq olaraq, FARA Gürcüstanda qəbul edilən qanundan fərqli olaraq müstəqil təşkilatlara qarşı deyil, düşmən ölkələrin lobbiçilərinə qarşı yönəlib.
Avropa Araşdırmalar Mərkəzinin direktoru Kaxa Qoqolaşvili izah edir ki, bizim qəbul etdiyimiz qanun niyə Amerika deyil, rus qanunudur.
Xarici gücün təsiri ilə bağlı qanunlar iki qrupa bölünür. Amerika FARA və Rusiya Закон об иностранных агентах (ЗИА). Əsas fərq: FARA faktiki maraq agenti olan və xarici dövlətin maraqlarını təmin etmək üçün çalışan hər hansı bir təşkilatı xarici ölkənin agenti kimi tanıyır. ЗИА az miqdarda xarici maliyyə vəsaitindən istifadə edən hər kəsi xarici gücün agenti kimi tanıyır. FARA-da “agentlər” reyestrinə əslində xarici dövlətin maraq agentləri düşür, ЗИА -da isə əsasən heç bir xarici dövlət qarşısında öhdəliyi olmayan təşkilatlar qeydiyyata alınır.
Gürcüstan hüququ ЗИА (yəni rus) hüquq növünə aiddir və bu hüquq növləri arasında ən əhatəlisidir, çünki o ümumiyyətlə, fəaliyyət profilini nəzərə almır və buna görə də praktiki olaraq bütün qeyri-hökumət təşkilatlarını qeydiyyatdan keçirir” – Kaxa Qoqolaşvili, Avropa Araşdırmalar Mərkəzinin direktoru.
რატომ არის კანონი რუსული ტიპის? – კახა გოგოლაშვილის განმარტება (bm.ge)
Civil.ge-dı yayımlanmış nəşrdə aşağıdakı mühüm məlumatlar qeyd olunub:
FARA çərçivəsində humanitar yardım təşkilatları xarici agentlər kimi təyin edilmir. Həmçinin dini, təhsil, akademik, elmi, bədii fəaliyyətlə məşğul olan şəxslər və təşkilatlar.
Həmçinin, siyasəti xarici ölkə tərəfindən idarə olunmayan xaricilərə məxsus media qurumları, ABŞ-ın müttəfiqləri.
Əhəmiyyətli odur ki, FARA xarici təşkilata məxsus olmayan və ya ona nəzarət olunmayan xəbər və ya mətbuat təşkilatlarına şamil edilmir və xarici qurum ilə agent arasında çox yüksək səviyyədə nəzarət tələb edir. Ümumiyyətlə, o ilk növbədə xarici hökumətlər adından fəaliyyət göstərən lobbiçilərin və reklam agentlərinin fəaliyyətinə diqqət yetirir. ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kelli Deqnan da bunu təsdiqləyir:
“Bu qanun layihəsi Amerika qanunvericiliyinə əsaslanmayıb. ABŞ-da [Xarici Agentlərin Qeydiyyatı Aktı, həmçinin FARA kimi tanınır]qüvvədə olan qanun xarici ölkələrin siyasi maraqlarını təmsil etmək üçün xarici hökumətlər tərəfindən işə götürülən lobbiçilərə, hüquq firmalarına şamil edilir. Müvafiq olaraq, bu Amerikanın deyil, Rus qanunudur, məqsədi vətəndaş təşkilatlarını ləkələmək, fərqli fikirləri, baxışları susdurmaq və eyni zamanda öz vətəndaşlarına kömək etməyə çalışan Gürcüstan vətəndaşlarına mane olmaqdır “- Kelli Deqnan.
İnformasiya Azadlığının İnkişafı İnstitutunun (IDFI)“rus qanunu”nun əsl məqsədi və nəticəsi haqqında qiymətləndirməsi belədir:
Bu Avropa İttifaqının 10-cu prioritetinin müəyyən etdiyi öhdəliyə (vətəndaş cəmiyyətinin bütün qərarların qəbulu proseslərinə cəlb edilməsi) birbaşa ziddir və qeyri-hökumət sektorunu gücləndirmək əvəzinə, ona ziyan vurmağa yönəlib. Son aylarda inkişaf edən bu tendensiya narahatlıq doğurur və Gürcüstanın Avropaya inteqrasiyası üçün ciddi təhlükə yaradır”.