Nəzərli İcma Mərkəzi
ardabani bələdiyyəsinin Nəzərli kəndində, 2018-ci ildən icma mərkəzi fəaliyyət göstərir. Onun yaradılması həmin kəndin məktəbinin müəlliməsi, Nübar Bayramovanın təşəbbüsüdür. Onun, məktəbdə kitabxana qurma arzusu daha böyük məqsədə çevrilib və ”Nəzərli İcma Mərkəzi” -ni yaradıb.
“Bir məqsədlə başladıq və digər məqsədlə davam etdik”- deyir Nübar. O, Nəzərli məktəbində gürcü dil və ədəbiyyat müəlliməsi olaraq işləməyə, 2015-ci ildə başlayıb. Kitabxana düzəltmək ideyası da, elə onda yaranıb, ancaq o vaxt bu, təhsil müəssisəsi daxilində bunu etmək mümkün olmayıb.
Nübar Bayramova, gənc vətəndaş fəallarının və tələbələrin köməyi ilə kəndin mərkəzində – keçmiş mağazanın binasında kitabxana açıb.
Kitabxana üçün kitab toplamaq, uzun bir proses oldu. Milli Kitabxananın, Azərbaycan səfirliyinin, gürcü və etnik azərbaycanlı tələbələrin köməyi ilə bu gün burada yüzlərlə kitab əlçatandır. Bunların müəyyən hissəsi, Nübar Bayramovanın öz ailə kitabxanasındandır. Artıq Nəzərlidə gürcü, azərbaycan və rus dilli kitabların oxucuları var.
Nübar Bayramova mərkəz fəaliyyətə başlamasıyla birlikdə yaranan çətinlikdən də danışır.
“Kəndin etibarını qazanmaq mənim üçün bir az çətin oldu. Bir il pərdən asmadıq ki, hamı bizim içəridə nə etdiyimizi görsün”, – deyir Nübar ”
“Nəzərli İcma Mərkəzi”-nin məqsədi getdikcə yerli sakinlər də başa düşdülər, və bəyəndilər və buranın fəaliyyətlər daha da rəngarəng olub.
“Bizim icma mərkəzinin missiyası qeyri-gürcüdilli gənclərə gürcü dilini, vətəndaş məsuliyyətini və vətən sevgisini öyrətməkdir. Həmçinin, icmanın Gürcüstanda yaşayan digər xalqla inteqrasiya edə bilməsi üçün icmaya xidmət etməkdir. Bizim məqsədimiz vətən sevgisi, inteqrasiya və birlikdir”- deyir mərkəzin rəhbəri Nübar Bayramova.
İcma Mərkəzində qeyri-formal təhsil istiqamətində fəal olaraq işləyirlər. Bununla birlikdə yerli çağırışlara da cavab verirlər.
Onlar bir layihə çərçivəsində, kənddə 300-dən çox ailənin iştirakı ilə sorğu keçiriblər və məlum olub ki, onları ən çox keyfiyyətsiz içməli su problemi narahat edir. Sonra merin kənd üzrə nümayəndəsi ilə birlikdə yığıncaq keçiriblər və Nübar Bayramovun dediyi kimi, bu məsələ ilə bağlı işlər artıq dövlət qurumları tərəfindən davam etdirilib. “kəndin etibarını” qazandıqları halı da vurğulayır.
Bizə bildirirlər ki, kəndə iki dəfə ginekoloq, nevropatoloq və oftalmoloqun gətirilməsi “Nəzərli İcma Mərkəzi”-nin xidmətidir. Bu təşəbbüs çərçivəsində yerli sakinlərə pulsuz məsləhətlər verilib. Onlara həmçinin, tibb müəssisəsinə 50 faizlik endirim kuponu da verilib.
Mərkəzin rəhbəri pandemiya dövründən də danışır və qeyd edir ki, həmin çətin zamanda belə fəallıqlarını dayandırmayıblar. Yerli sakinlərə müxtəlif ərizələrin, arayışların tərcüməsində və klinikada yerlərin tutulmasında kömək edirdilər.
Nübar Bayramova deyir ki, mərkəzin 50-yə qədər üzvü var. Onlar arasında məktəb şagirdləri və tələbələr də var. Onlar birlikdə müzakirələr aparır, müxtəlif məsələləri nəzərdən keçirirlər və layihələr yazırlar.
Həmçinin “Orbeliani Gürcüstan üçün”tərəfindən elan edilmiş “hərkəs üçün təhsil” layihəsində iştirak etdilər və qazanıblar. Yeni kitablar alıblar.
Şagirdləri, müəllimləri və valideynləri birləşdirən layihələrdən biri də ekologiya mövzusunda yazılmışdır. “Qafqaz evi” ilə birgə həyata keçirilən layihəyə bütün kənd qoşulub – məktəbi səliqəyə saldılar, ağaclar əkdilər.
Mərkəzdə tez-tez təlimlər keçirilir. Dəvət olunmuş spikerlər, yerli sakinlərə müxtəlif fəal mövzular haqqında danışırlar, diskussiyalar keçirirlər. Xüsusilə gənclər fəallıq edirlər.
Dezinformasiya, informasiya mənbələri ilə iş və internetdən səmərəli istifadə istiqamətində də oxşar görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin məzun şagirdlərə də qayğı göstərirlər. Nübar Bayramova abituriyentləri isə, oradakı mövcud mühitlə tanış etmək üçün, sentyabr ayında universitetlərə aparır. Bu, onlara seçim etməkdə kömək edir.
“Nəzərli İcma Mərkəzi” öz üzvlərinin gündəlik həyatlarına da müsbət təsir göstərmişdir. Bu barədə onlar özləri danışırlar:
“Bizim icma mərkəzimiz məndə hərşeyi dəyişdi. Mən başqa şəhər və kəndlərə həsəd aparırdım ki, onların mərkəzi var və bizim yoxdur. İndi mən də fəxr edirəm ki, bizim də mərkəzimiz var. Onun mövcudluğu gənclərin ümumi maraqlarının olması deməkdir. Bu maraqlar ətrafında toplaşıb nəsə edirlər. Bir müəllim kimi ümid edirəm ki, kəndimizin gəncləri fəal olacaq, gələcək nəslin yolunu dəyişəcək. Mərkəzdə çoxlu təlimlər keçirilir, pulsuz kurslar var, bəzən həkimlər gəlirlər ödənişsiz konsultasiyalar keçirilər”- Gülbahar Qasımova
“Mərkəzdə yeni bir şey öyrənirik və daha həvəsli oluruq. Təhsil alırıq, dostluğu, sosiallaşmağı öyrənirik və s. Bura, bizim indiki və gələcək həyatımız üçün çox mühüm yerdir. Bu, bizi gələcək qərarlarımız haqqında daha yaxşı düşünməyə məcbur edir” – Suraya İbrahimova.
Müəllif: Guranda Putkaraia
Azərbaycanca tərcüməsi: Çiçək Hüseynova
İngiliscə tərcüməsi: Tamar Cherkezishvili
Məqalə, Vətəndaş Cəmiyyəti İnstitunun dəstəyi ilə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində hazırlanıb. Onun məzmununa görə tam məsuliyyəti Kvemo Kartli mediası daşıyır və o, Avropa Birliyi və Konrad Adenauer Fondunun fikirlərini əks etdirməyə bilər.
Layihəni, Konrad Adenauer Fondunun (KAS) rəhbərlik etdiyi konsorsium, sonrakı qeyri-hökumət təşkilatları ilə birlikdə – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) həyata keçirir.
QvemoQartli.ge
Materialdan, sadəcə saytı göstərərək istifadə edə bilərsiniz.