Kazretipress-Kazreti qəsəbəsində şagirdlər tərəfindən yaradılmış media
Bolnisi bələdiyyəsinin Kazreti qəsəbəsində şagirdlər tərəfindən yaradılmış veb-səhifə “Kazretipress” fəaliyyət göstərir. Jurnalistlər, operatorlar və veb-səhifənin dizaynerləri elə onlar özlədirlər. Kazretinin N1 saylı məktəbinin 11 şagirdi öz auditoriyalarına məktəb, qəsəbə, region xəbərlərini, bu ilin yanvar ayından bəridir ki çatdırılar.
Onların ofisi məktəbdə ayrılmış bir otaqdadır. Komanda üzvləri buranı da öz resursları ilə qurublar və media mühitinə çox böyük entuziazmla daxil olublar.
“Kazretipressin” yaradılması ideyası, bu məktəbin şagirdi, jurnalist Nino Melikişviliyə aiddir. Nino haqqında fəxrlə qeyd etmək istəyirik ki, o, həm də bizim jurnalistimiz olub.
O, qeyd edir ki, şagirdlərin fəallığını, marağını, nə isə dəyərli bir şey etmə istəyini gördükdən sonra media yaratmaq ehtiyacını görüb. Media təşkilatının fəaliyyətində bu gün onun rolu minimaldır. Nino məşvərət şurasının üzvüdür və “Kazretipressin” jurnalistləri ona, sadəcə məsləhət almaq üçün müraciət edirlər.
13-17 yaşlı şagirdlər multimedia bacarıqlarına malikdirlər. Veb-səhifənin missiyasını, baxışını özləri formalaşdırıblar və auditoriyanı böyütməyə də çalışırlar.
“Əsas missiya Kvemo Kartli auditoriyasına balanslaşdırılmış məlumat çatdırmaqdır” – deyir Nino Melikişvili.
Kazretipressin 11 jurnalistindən 5-i redaktorluq funksiyasını da yerinə yetirir. Materiallar ingilis dilində də qoyulur. Veb-səhifə vasitəsi ilə Kazreti məktəbində keçirilən tədbirlər, eləcə də bələdiyyə miqyasında planlaşdırılan və həyata keçirilmiş layihələr barəsində xəbərdar ola bilərsiniz. Məsələn, xəbərlərdən biri Kazretidə uşaq bağçasının tikilməsi ilə bağlı elan edilmiş tenderlə bağlıdır. Onlar eyni zamanda, Bolnisi meri ilə görüşü və Bolnisidə beynəlxalq uşaq gününü işıqlandırıblar. Öz həmyaşıdları ilə müsahibələr yazırlar, müxtəlif mövzular barəsində yazırlar və videolar çəkirlər.
Nino Melikişvili xüsusi ilə qeyd edir ki, şagirdlər öz qəsəbələrinin, həmçinin regionun fəaliyyətində fəal olaraq iştirak etmək və cəmiyyət üçün faydalı olmaq istəyirlər. Müxtəlif məktəblərlə memorandum imzalamağa çalışırlar və frilanser jurnalistlər tapmağa çalışırlar.
“Böyüklər bəzən uşaqların sözlərinə biganə yanaşırıq, qeyri-ciddi hesab edirik. Kazretipress-də uşaqlar sadəcə öz sözlərini demirlər, eyni zamanda digər uşaqlara da öz fikirlərini ifadə etmə imkanı verirlər”-Nino Melikişvili.
“Kazretipressin” jurnalistləri artıq bəzi problemlərlə üzləşiblər. Resursların az olması bunlardan biridir, ancaq, buna baxmayaraq öz güclərindən istifadə edərək maksimuma nail olmağa çalışırlar.
Nino Melikişvili gündəlik olaraq aşmalı olduqları çətinliklər barəsində danışır:
“Kazretipress” ilk növbədə öz ideyan üçün mübarizənin göstəricisidir. Hələ balacayıq və uşaqlar artıq, təsirlərdən azad olmaq, resurslar üçün mübarizə, demokratik idarəçilik formalaşdırmaq kimi çətinliklərlə üzləşiblər. Bizim hər birimiz könüllüyük (volontyoruq) və uşaqlar dərk edirlər ki, dünya məhz könüllük üzərində dayanıb, iştirakçılıq icmanın inkişaf prosesinin mühüm aspektidir.”
Şagirdlərin müstəqil jurnalistlik fəaliyyəti Kazreti qəsəbəsində və Bolnisi bələdiyyəsində yaşayan insanlar üçün məlumdur. Onların media məhsulları məktəb yaşlarında olanlar və böyüklər üçün maraqlıdır. Verilişlər hazırlamağı bacarmaq üçün fəal olaraq çalışırlar. Eyni zamanda xaricdə yaşayan öz həmyaşıdları ilə əlaqə saxlamaq istəyirlər.
Müəllif: Guranda Putkaraia
Azərbaycanca tərcüməsi: Çiçək Hüseynova
İngiliscə tərcüməsi: Tamar Cherkezishvili
Məqalə, Vətəndaş Cəmiyyəti İnstitunun dəstəyi ilə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində hazırlanıb. Onun məzmununa görə tam məsuliyyəti Kvemo Kartli mediası daşıyır və o, Avropa Birliyi və Konrad Adenauer Fondunun fikirlərini əks etdirməyə bilər.
Layihəni, Konrad Adenauer Fondunun (KAS) rəhbərlik etdiyi konsorsium, sonrakı qeyri-hökumət təşkilatları ilə birlikdə – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) həyata keçirir.
QvemoQartli.ge
Materialdan, sadəcə saytı göstərərək istifadə edə bilərsiniz.