Hökumət “rus qanunu”nun icrasına başlayır

Gürcüstanda və onun hüdudlarından kənar “rus qanunu” adlandırılan qanun rəsmi olaraq qüvvəyə minib. Qanunun icrası üçün lazımı, müvafiq texniki bazanın hazırlanması haqqında ədliyyə naziri Rati Breqadze bildirib:

“Əgər təşkilat qanunla nəzərdə tutulmuş tələbləri yerinə yetirməzsə, yəni Gürcüstan qanunvericiliyinə tabe olmazsa, eləcə də qanunda yazılıb, siz 25 min lari dəyərində cəriməni nəzərdə tutan müvafiq cavabdehliyi yaxşı bilirsiniz” – Rati Breqadze, ədliyyə naziri.

Artıq Milli Dövlət Reyestri Agentliyində Maliyyə Bəyannaməsi Departamenti yaradılıb. Onun vəzifəsi “xarici qüvvə maraqlarını daşıyan” təşkilatların reyestrini yaratmaq və ictimailiyi təmin etmək, həmçinin,  “xarici təsirin şəffaflığı haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyətdə nazirlik tərəfindən səlahiyyət verilmiş şəxsə dəstək olmaqdır.

Reyestrdə qeydiyyatdan keçmək gəlirinin 20%-dən artığı xaricdən əldə olunan təşkilatlar üçün məcburidir.

Qanun Gürcüstan qanunvericilik səhifəsində artıq yayımlanıb. Qanuna Parlamentin sədri Şalva Papuaşvili imza atıb.

Qanun “Xarici qüvvə maraqlarını daşıyan təşkilatın aşkar edilməsi üçün” Ədliyyə Nazirliyinə istənilən vaxt məsələnin araşdırılması və öyrənilməsi-nəzarətini həyata keçirmək səlahiyyəti verir.

Monitorinqin başlanmasına əsas ola bilər:

– Nazirlik tərəfindən səlahiyyət verilmiş şəxsin qərarı;

– Xarici qüvvə maraqlarını daşıyan konkret təşkilatla bağlı müvafiq məlumatları özündə əks etdirən Ədliyyə Evi vasitəsilə Nazirliyə təqdim edilən yazılı bəyanat.

Qeydiyyatdan yayınmaq və ya bəyannaməni doldurmamaq təşkilatın 25 min lari məbləğində cərimələnməsi ilə nəticələnəcək. Həmçinin qanun aşağıdakı cərimə növlərini nəzərdə tutur: – Ədliyyə Nazirliyinin veb-səhifəsinə yerləşdirilən gündən 10 iş günü ərzində təşkilat ərizə formasını doldurmadıqda 10 min lari; Göstərilən müddətdə sənədlərdəki çatışmazlıqlar aradan qaldırılmadıqda – 10 min lari; Bir aydan sonra qanun pozuntusuna yol vermək – 20 min lari.

“Agentlər” qanun layihəsi beynəlxalq tərəfdaşların çoxsaylı etirazı və tənqidinə baxmayaraq Parlament tərəfindən qəbul edilib.

 Prezident, müxalifət və qeyri-hökumət təşkilatları “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı  Konstitusiya Məhkəməsinə şikayət təqdim ediblər.

 

QvemoQartli.ge