Herald – qeyri-formal təhsil və media inkişaf mərkəzi

Müasir tədris metodlarının aşkar edilməsi, qeyri-formal təhsilin tətbiq edilməsi, media savadlılıq barəsində məlumatlandırma – maarifləndirici araşdırmalar mərkəzi ”Herald”-ın işlədiyi məsələlərin natamam sıralamasıdır. O, 2016-cı ildə yaradılıb və artıq yeddinci ildir ki, Rustavidə şagirdlər üçün arzu olunan  və maraqlı yerdir. Təsisçi Nino Sofromadze bizə bildirir ki, burada Rustavili gənclər və eyni zamanda Rustavili olmayan gənclər özlərinin müxtəlif bacarıqlarını inkişaf etdirə bilərlər, innovativ metodlar tətbiq edə və uğur əldə edə bilərlər.

Təsisçi Nino Sofromadze və həmtəsisçi Davit Tsintsadze, uzun illər televiziyada işləmə təcrübəsinə malikdirlər. Onlar televiziyada işlədikləri zaman əldə etdikləri biliyi yeni nəsillə paylaşmaq qərarına gəliblər. Bunun üçün isə təhsil mühitinə keçiblər və bu gün bu sahədə layihələr həyata keçirirlər.

“Heraldı tanı” – bu mərkəzin həyata keçirdiyi ilk layihələrdən biridir. Avropa Birliyi və Konrad Adenaur fondu ilə əməkdaşlıqla, şagirdlərlə görüşlər keçirilib, foto sərgi təşkil edilib, burada şagirdlər qeyri-formal təhsil mövzusunda öz əl işləri ilə ictimaiyyəti tanış ediblər.

“Herald”-da qürurla qeyd edirlər ki, Kvemo Kartlidə media savadlılıq mövzusunda ilk onlar danışmağa başlayıblar. Bu istiqamətdə Rustavi və Marneulidə şagirdlər, valideynlər, müəllimlər üçün bir neçə tədbir təşkil edildi.

Vətəndaşlar medianın rolunu, mediasavadlılığı olan şəxsin dəyərlərini fərqli yöndən gördülər. 2021-ci ildə bu mövzu üzrə “Media savadlılıq” adlı kitab çap ediblər. Məlumat resurslarını isə şagirdlər özləri hazırlayıblar.

Nino Sopromadze bizə bildirir ki, “Herald”-ın fəaliyyəti yeni nəsilin maraqlarına yönəlib. Bunun göstəricisi həyata keçirilən layihələrdən biridir, bu layihə çərçivəsində şagirdlər özləri istədikləri müəllimi seçirdilər və mərkəzə dəvət edirdilər. O, qeyd edir ki, Rustavi və Marneulinin Amerika Guşəsi ilə birlikdə keçirilən “süni intellekt və təhsil” adlı layihə də məhsuldar olub.

“Bu günkü texnologiyalar erasında çoxlu sayda ağıllı, yaradıcı və kritik düşünən gənclər yaşayır. Onlar üçün çoxlu sayda təhsil resursları əlçatandır, bu biliklərin gücləndirilməsi və özünü doğrultma bacarıqlarının örgədilməsinin əlçatan olması ilə bağlı bunu deyə bilmərik. Bizim məqsədlərmizdən biri də budur – istənilən şəxsə öz güclü tərəfini aşikar etməkdə və başqaları ilə bölüşməkdə kömək edək və bununla ümumi rifahın inkişaf etməsinə təkan verək,”- Nino Sopromadze belə qeyd edir.

“Herald”-ın həmtəsisçisi Davit Tsintsadze iki illik layihə barəsində danışır, bu layihə çərçivəsində şagirdlərə imkan yaradılıb ki, onlar özləri verilişlər hazırlasınlar. Bu proses zamanı onlar jurnalist, operator bacarıqlarına yiyələniblər. Yekun olaraq şagirdlər tərəfindən hazırlanan on üç veriliş region televiziyasının ekranlarında efirə verilib.

Davit Tsitsadze “İnterfild” layihəsini ayrıca qeyd edir, bu layihə çərçivəsində şagirdlər müxtəlif mövzular üzrə özləri leksiyalar keçiblər. Bu, onlar üçün yenilik idi, ancaq öhdəsindən gəldilər və auditoriya qarşısında çıxış etmə bacarıqlarına yiyələndilər.

“Herald” cəmiyyətə gürcü və ingilis dili kursları da təklif edir.

Qeyd etmək lazımdır ki, şagirdlər bu mərkəzdə əldə etmiş olduqları bacarıqlardan istifadə etməyi bacarıblar. Elələri var ki, onlar özləri layihələr hazırlayıblar və bu gün müstəqil olaraq işləyirlər.

Baxmayaraq ki, “Herald”-ın yaradılmasının üzərindən artıq illər keçib, Nino Sopromadze qeyd edir ki, bu müddət ərzində “layihələri təkrarlamayıblar, sadəcə olaraq məqsədləri təkrarlanıb”. İdeya və planları çoxdur, məqsədləri isə – yeni nəslin nümayəndələrinə realizasiya olunmaqda  kömək etməkdir.

“Heraldinin məqsədi gənclərin fərdi inkişaflarına nail olmadır, nədənsə bu məsələ təhsil prosesi zamanı arxa planda qalır. Biz heç vaxt unutmuruq ki, bu gün ki sivilizasiyanı, dünyaya fərqli gözlə baxan insanlar yaradıblar və fərdi güclülük olmadan buna heç kim nail ola bilməz” – Davit Tsintsadze qeyd edir.

Müəllif: Guranda Putkaraia

Azərbaycanca tərcüməsi: Çiçək Hüseynova

İngiliscə tərcüməsi: Tamar  Cherkezishvili

Məqalə,  Vətəndaş Cəmiyyəti İnstitunun dəstəyi ilə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində hazırlanıb. Onun məzmununa görə tam məsuliyyəti Kvemo Kartli mediası daşıyır və o, Avropa Birliyi və Konrad Adenauer Fondunun fikirlərini əks etdirməyə bilər.

Layihəni, Konrad Adenauer Fondunun (KAS) rəhbərlik etdiyi konsorsium, sonrakı qeyri-hökumət təşkilatları ilə birlikdə – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) həyata keçirir.

QvemoQartli.ge

Materialdan, sadəcə saytı göstərərək istifadə edə bilərsiniz.