“Boğulduq” Rustavidə təmiz hava üçün mübarizəni davam etdirir
Rustavidə bir neçə böyük və kiçik müəssisə fəaliyyət göstərir. Sənaye istehsalına paralel olaraq havanın çirklənməsi göstəricisi yüksəkdir. Rustavi əhalisinin bir hissəsi müəssisələrdə işləyir. Havanın çirklənməsi onların özlərinin, həmçinin yerli əhalinin sağlamlığına problem yaradır.
Qaqarin və Qareci küçələri istehsal zonasına ən yaxın olan yerlərdir. İstehsalat müəssisələrindən gələn tüstü və pis qoxu bir neçə dəfə yerli əhalinin etirazına səbəb olub. Həmçinin, karxanaların işləməsindən yaranan səs-küy də.
Ancaq həmin şəxslər qeyd edirlər ki, hal hazırda illər əvvəl olduğu qədər acınacaqlı vəziyyət mövcud deyil. Vəziyyətin dəyişməsinin əsas səbəblərindən biri – vətəndaş hərəkəti “Boğulduq”-un fəaliyyətidir.
“İstehsal müəssisələrinin yaxınlığında yaşayırıq, təxminən 200-300 metr məsafədə, çirklənmə yönündə acınacaqlı vəziyyət var, ancaq əvvəlki vəziyyətlə müqayisədə “Boğulduq”-un apardığı mübarizə nəticəsində cüzi dəyişiklik var. Pəncərələri aça bilmirdik, demək olar ki, hər uşaqda allergiya olurdu. Bu qoxuya şəxsən mənim də allergiyam var. Bu çirkli hava uşaqlar üçün çox pisdir. Hal hazırda o qədər də çətin vəziyyətdə deyilik, ancaq yaxşı olardı ki, bu problem tamamilə həll edilsin”, – istehsal müəssisələrinin yaxınlığında yaşayan Ekaterine Çixladze.
“Boğulduq” 2018-ci ildə könüllülük əsasında yaradılıb. Vətəndaş hərəkatının əsas missiyası Rustavidə havanın vətəndaşlar üçün maksimum dərəcədə təhlükəsiz olmasına nail olmaqdır. Bunun üçün hərəkat bir çox layihələr həyata keçirir.
“Hava portalında keçən ilin 260 günü ərzində Rustavidə hava pis və ya çox pis vəziyyətdə olub. Bu çox faciyyəvi göstəricidir. Keçən illərdə belə günlərin sayı daha çox olub.
Rustavidə əsas problem ölü toz hissəcikləri və istehsal çirkləndirməsidir. Bunu biz özümüzdən çıxarmırıq, Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı Nazirliyi də qeyd edir ki, bərk hissəciklərlə çirklənmə yönündə məhz istehsal sektoru böyük rola malikdir və buna görə də, istehsal sektoru qaydasında olmalıdır, həmçinin filtrasiya sistemi də. Müxtəlif istehsal zamanı müvafiq qaydalar qorunmalı və qanuna tabe edilməlidir.
Rustavidə vəziyyət həqiqətən də belə deyildi və 2021-ci ildə bizim iştirakımızla havanın qorunması qanununda dəyişiklik edilib, cərimələr sərtləşdirilib, özünnəzarət sistemi məcburi olub.
Vacib olan odur ki, əksər hallarda elə bu müəssisələrdə işləyən işçilərin ən çox özləri çirklənmiş hava ilə nəfəs alırlar və bu qanunu icra edərlərsə ilk növbədə öz iş şəraitlərini yaxşılaşdırmış olacaqlar.
2022-ci ilin sonunda hərəkat planı cəmləşdirilib, bu plan da bizim iştirakımızla hazırlanıb. Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı Nazirliyi bizə bildirir ki, şəhərimizdə havanın keyfiyyəti 13-16 % yaxşılaşıb və istehsal müəssisələri tərəfindən yayılan bərk hissəciklərin kütləsi təxminən 40% azalıb. Ancaq bu çox minimal irəliləmədir, hələ çox işlər görülməlidir və bütün bunlarda əlbəttə ki, cəmiyyətin iştirakı çox vacibdir.
Cəmiyyətin iştirakı olmadan gördük ki, 2018-ci ilədək, “Boğulduq” bu məsələlər haqqında advokatlaşdırma başladanadək, faktiki olaraq bu məsələlərə heç kim diqqət ayırmırdı”,- vətəndaş hərəkatı “Boğulduq”-un fəalı, Tinatin Mağedan.
Baxmayaraq ki, havanın qorunması qanununa dəyişiklik edildikdən sonra müəssisələrin bir hissəsi filtrasiya sistemi alıb, Rustavidə havanın çirklənməsi göstəricisi yenə də yüksəkdir. Mağedan qeyd edir ki, qanunun icra olunması problemi var və əksər hallarda müəssisələr vicdanla işləmirlər. O, qeyd edir ki, özünnəzəarət sistemi şəhərdə havanın çirklənməsini kəskin dərəcədə azaldacaq mexanizmdir.
“Rustavidə qanunvericiliyin icra olunması böyük problemdir və müəssisələrin bir hissəsi bu günədək filtrasiya və özünnəzəarət sistemini qaydasına salmayıb. Müəssisənin filtrasiya sistemindən nə dərəcədə istifadə etdiyini ən yaxşı yoxlama yolu özünnəzəarətdir, yəni püskürmə mənbəyində, boruya sensor yerləşdirilir və bu sensor avtomatlaşdırılmış olaraq arakəsmə olmadan nazirliyə püskürmə haqqında məlumat ötürür. Buna görə də, filtrlər haqqında danışmaq əvəzinə, bu özünnəzarət sisteminin olması haqqında danışmaq vacibdir, çünki müəssisənin filtri ola bilər, ancaq gecə, biz görmədikdə işlətməyə və ya tam yüklə işlətməyə bilər.
Hal hazırkı etapda Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata əsasən, bu yeni tənzimləmənin aid olduğu 17 müəssisədən doqquzunda artıq özünnəzəarət sistemi quraşdırılıb, səkkizi isə quraşdırılma prosesindədir və ya alıblar və gəlməsini gözləyirlər. Yəni bu istiqamətdə yaxşı proqressimiz var. Şəhəri əsas çirkləndirən məhz bu 17 müəssisədir”, – Tinatin Mağedani, mülki fəal.
“Boğulduq” hərəkatının nümayəndəsi Tinatin Mağedani “rus qanunu” haqqında da danışır. Bizə izah edir ki, qanun qəbul olunsaydı hərəkatın fəaliyyəti mümkünsüz olacaqdı.
“Beynəlxalq fondlar bizim fəaliyyətimizin davam etməsi yönündə böyük rola malik olublar. Bu kömək çox vacib idi, bizim köməyə ehtiyyacımız var idi, ekspert, hüquqşünas kimi, bir yerə toplaşmağımız üçün yerə, ofisə ehtiyyacımız var idi, bilirsiniz, Gürcüstanda belə yerlərin qiyməti ucuz deyil. Bir yandan baxıldığı zaman bu maliyyə, qrant kiməsə böyük görsənə bilər, ancaq, bunları inzibati xərclərə böldüyünüz zaman görərsiniz ki, bu maliyyələşdirməyə həqiqətən ehtiyac var və vacibdir.
Qanun qəbul edildiyi halda ola bilsin maliyyələşdirmə dayanmayacaqdı, ancaq, vətəndaş sektorundan çox nümayəndə, öz ölkəmiz və şəhərimiz üçün etdiyi faydalı işlərə görə agent olaraq qeydiyyatdan keçməyi düşünmürdü. Avropa Birliyinin nümayəndələri və Amerika səfirliyinin nümayəndələrinin özləri də qeyd edirdilər ki, bu, ölkəyə müəyyən maliyyələşdirmələrin gəlməsinə maneçilik törədəcək və ola bilər ki, bu bizim fəaliyyətimizə də təsir etsin.
Vacib olan məsələlərdən biri də odur ki, sizə müəyyən damğa vurulduqda, Rustavi kimi icmada və şəhərdə insanları fəallığa qoşmaq onsuz da çətindir və vurulan damğa əgər sizi təhlükəli iş görən şəxs və ya təşkilat kimi göstərərsə, vətəndaşları bütün bu proseslərə qoşmaq daha da çətin olacaqdı, bu isə öz növbəsində aktivizmi və oxşar məsələlər üzrə fəaliyyəti məhv edəcəkdi”, – Tinatin Mağedani, vətəndaş hərəkatı “Boğulduq”.
Müəllif: Nino Beridze
Məqalə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabtlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində Vətəndaş Cəmiyyəti İnstitutunun dəstəyi ilə hazırlanıb.
Layihəni Konrad Adenauer Fondunun (KAS) rəhbərliyi ilə, sonrakı qeyri-hökumət təşkilatları – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) birlikdə konsorsium icra edir.