“Bərabərlik üçün tərəfdaşlıq” autizm spektr pozuntusu olan uşaqlar üçün

“Oğlumun 7 yaşı var. Demetrenin autizm spektr pozuntusu var. Uzun müddətli müalicəyə ehtiyacı var. Hazırda psixiki-bərpa mərkəzində davranış və nitq müalicəsi xidmətindən yararlanır. Artıq üç ildir ki bu mərkəzin xidmətindən yararlanırıq və yetəri qədər razıyıq. Əvvəllər Tiflisə aparmalı olurdum və indiki vəziyyəti, o vaxtla heç müzakirə belə edə bilmərik. Davranışları yetəri qədər qaydaya düşüb, həmçinin nitqi də” – Tamar Xidaşeli, valideyn.

Davranış müalicəsi, ünsiyyət dili və nitq müalicəsi, ilkin inkişaf intervensiyası, peşə (sensor, qidalanma) və akademik bacarıqların öyrədilməsi müalicəsi – bu “Bərbarəlik üçün Tərəfdaşlıq” təşkilatı tərəfindən autizm spektr pozuntusu olan uşaqlara təklif olunan xidmətlərin tam olmayan siyahısıdır.

Təşkilat artıq bir neçə ildir ki, məhdud imkanlı uşaqlarla və yeniyetmələrlə işləyir. Təşkilatın əsas məqsədi xüsusi ehtiyaclı uşaqlar üçün olan xidmətləri inkişaf etdirmək, uşaqların hüquqlarını qorumaq, inklüziv təhsilə dəstək olmaq, cəmiyyəti maarifləndirmək və gənclər siyasətinə dəstək olmaqdır.

“Bərbarəlik üçün Tərəfdaşlıq”  təşkilatının psixiki bərpa mərkəzi Rustavidə yerləşir. Burada 1-18 yaş arası autizm spektr pozuntusu olan uşaqlara xidmət edilir. Hal-hazırda mərkəzdə qeydiyyatda 111 uşaq var.

“Biz Rustavidə autizm spektr pozuntusu olan uşaqların və valideynlərin ehtiyaclarını qabardan birinci təşkilatıq. 2016-cı ildən meriyanın nümayəndələri ilə fəal münasibətimiz var idi. Məhz bizim təşkilatın fəallığı və təşəbbüsləri nəticəsində, Rustavidə bu xidmətin təklif olunmasına başlanılıb. Bu gün, artıq müxtəlif inkişaf pozuntusu olan uşaqlara, autizm spektr pozuntusu olan uşaqlara, həmçinin, davranış və emosional pozuntusu olan yeniyetmələrə psixiki-müalicə və davranış xidmətləri təklif edirik.

Bundan əlavə, yerli özünüidarəetməyə təşəbbüslərlə tez-tez müraciyyət edirik. Belə müraciyyətlərdən biri inkişaf etapı gecikən uşaqlarla bağlı idi, hansı ki, ildə bir dəfə 600 lari maliyyələşdirilirdi, burada böyük problemlər yaranırdı, çünki maliyyələşmədən sadəcə iki ay istifadə etmək mümkün idi. Buna görə də seansları sonrakı ilədək dayandırmalı olurduq. Hazırda həftədə iki müalicə maliyyələşdirilir. Təbii ki, buda yetərli və optimal deyil, ancaq nisbətən yaxşıdır.

Bizim komandamız daimi olaraq keyfiyyətli xidmət üçün çalışır və nəticəyə yönümlüdür. Bu günə olan məlumatlara əsasən 111 uşağa xidmət edirik. Bizim xidmətimizə qarşı tələbin yüksək olmasının səbəbi, yüksək ixtisaslı komandanın olmasıdır, bu komanda rəftar analitiklərinin sertifikatlaşdırma şurasının tələblərinə və Gürcüstan Autizm İdarəsinin minimal standartlarına cavab verir”- Nino Nanulaşvili “Bərbarəlik üçün Tərəfdaşlıq”  təşkilatının rəhbəri.

Nanulaşvili qeyd edir ki, təşkilatda işləyən mütəxəssislər (20-yə dək şəxs) fəal olaraq müxtəlif ixtisaslaşdırma kurslarında iştirak edirlər.

Nanulaşvili bildirir ki, şagirdlərlə bağlı əldə etdikləri nəticələr, məhz xarici təlimçilərin və mütəxəssislərin əməyinin nəticəsidir. Onların yararlandıqları xidmətin dayandırılarması, bu sahənin inkişafına ciddi ziyan vuracaq. Xatırladır ki, xidmətin dayandırılmasına “rus qanunun” qəbul edilməsi səbəb olacaqdı.

“Beynəlxalq maliyyə və dəstək mühümdür. Çünki dövlət səviyyəsində təşkilatlara dəstək yoxdur, dövlətin özünün yaratdığı qeyri-kommersiv təşkilatlardan başqa. Faktiki olaraq bizim heç vaxt belə bir dəstəyimiz olmayıb. Gürcüstanda bu peşə tam ayaq üzərində duranadək – Amerika və Avropa Şurası ilə əməkdaşlıq edirik. Bu təşkilatlar bizə ona görə kömək edirlər ki, bizim mütəxəssislərin ixtisası yüksəlsin. Uşaqlarla bağlı əldə etdiymiz nəticələr onların əməyinin nəticəsidir”.

Şəxsən mənim  Dunya Bankı və müxtəlif Avropa fondları ilə əməkdaşlıq etmə təcrübəm var – həmin vaxt mən bu təşkilatın rəhbəri deyildim. Onların iştirakı ilə həddən artıq çox yaxşı işlər görülüb”. Nino Nanulaşvili qeyd edir.

Autizm diaqnozu hər il artır. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərin ən son araşdırmalarına əsasən, autizm diaqnozu keçən ilə nisbətən  artıb. Məlumatlara əsasən, Amerikada 2020-ci ildə hər 54 uşaqdan birində, 2021-ci ildə hər 44 uşaqdan birində, 2022-ci ildə isə hər 36 uşaqdan birində autizm olub.

 

Müəllif: Nino Beridze

Məqalə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabtlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində Vətəndaş Cəmiyyəti İnstitutunun dəstəyi ilə hazırlanıb.

Layihəni Konrad Adenauer Fondunun (KAS) rəhbərliyi ilə, sonrakı qeyri-hökumət təşkilatları – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) birlikdə konsorsium icra edir.