Bələdiyyələr seçkilərdən bir neçə ay əvvəl gənclərə təcrübə keçmək təklif edirlər
Seçkilərin ədalətli keçirilməsi müxtəlif faktorlar ilə yanaşı inzibati resursdan istifadə məsələsi ilə də bağlıdır. Müvafiq olaraq, seçkiqabağı və seçkilərə yaxın aylarda keçirilən bütün büdcə prosesləri diqqəti çəkir.
Bu dəfə ödənişli, 4 aylıq hökumət proqramı ilə maraqlanırıq. Proqram cari ilin sentyabrından başlayır və məzunların 4 aylıq ödənişli təcrübə keçməsini nəzərdə tutur. Layihə Gürcüstan hökumətinin təşəbbüsü ilə həyata keçirilir.
Kvemo Kartlinin bütün bələdiyyələri prosesə qoşulub. Müvafiq məlumat onların rəsmi veb-səhifələrində yayımlanıb.
“Yeni hökumət proqramı çərçivəsində Rustavi meriyasında 19 müxtəlif vəzifəyə təcrübə müsabiqəsi elan edilib” – Rustavi meriyası. Proqrama Bolnisi özünüidarəsi də qoşulub. Bolnisidə təcrübə keçmək üçün 9 nəfər gözləyirlər.
“Gürcüstan hökumətinin təşəbbüsü ilə 2024-cü ilin sentyabrından aşağıdakı şərtləri qane edən tələbə və ya məzunlar Bolnisi meriyasında 4 aylıq ödənişli (399 lari) təcrübə keçəcəklər: Ali təhsil müəssisəsinin birinci pilləsində (Son tədris ili olan halda) və ya ikinci pillədə təhsil almalı, yaxud 2023-2024-cü tədris ilinin yaz rübündə ali təhsilin birinci, yaxud ikinci pilləsini bitirməlidir” – Bolnisi meriyası.
Təcrübə keçmək üçün Marneuli bələdiyyəsində 13, Tetritskaroda 10, Tsalka meriyasında isə 7 nəfər gözləyirlər.
Ümumilikdə, hökumətin yayımladığı məlumata görə, ölkə miqyasında 3000-ə yaxın məzun dövlət qurumlarında ödənişli təcrübə keçəcək.