Algeti İcma Mərkəzi

Marneulidə, Alget icması gənclərinin inkişafına, gündəlik həyatlarının yaxşılaşdırılmasına, artıq bir neçə ildir ki, ”Algeti İcma Mərkəzi” qayğı göstərir.

Gənc müəllim Ayşən Qızbəsova, 2018-ci ildə Algeti kəndinin 2 nömrəli məktəbində işləməyə başlayıb və icma daxilində şagirdləri narahat edən problemləri görüb. O, öz üzərinə düşən rolu dərk edib və qərara gəlib ki, şagirdlər üçün rəngarəng və maraqlı mühit yaratsın.

Ayşən “Algeti İcma Mərkəzinin” təsisçisi və rəhbəri olub.

“Şagirdlər, məktəbdən başqa heç bir yerdə öz vaxtlarınıdan effektli yararlana bilmirdilər. Onların gündəlik həyatlarında baş verən yeganə fərqlilik məktəbə gedib-gəlmək idi. Kənddə inkişaf etmək və əylənmək üçün heçnə yoxdur”- deyir Ayşən.

Bu vəziyyəti düzəltmək üçün iş, ilk dəfə məktəb divarlarında  bir otaqda, başlayıb. Müəllim burada şagirdlərlə birlikdə müxtəlif məsələləri müzakirə edirdi. Məktəbdən kənar fəallıqlar da həyata keçirirdilər və yavaş-yavaş qeyri-formal təhsilə keçiblər.

Algeti mərkəzinin təsisçisinin də dediyi kimi, bütün bunlar  gənclərin motivasiyasını yüksəltmək üçün edilirdi.

2019-cu ildən fəaliyyət yeni ünvanda davam etdirilib. Məktəb əvəzinə Algeti mərkəzində, Ayşənin ailəsinə məxsus olan məkanda. Layihələr, tədbirlər, daha miqyaslı və effektiv olub.

Bugün, gənclər mərkəzin işlərində könüllü olaraq iştirak edirlər. Ətraf mühitin qorunması tədbirləri, gürcü dili öyrətmə kursları, abituriyentlərin hazırlanması (Algeti Məscidinin  maliyyələşdirməsi ilə), yerli əhalinin müxtəlif istiqamətlərdə maarifləndirilməsi – bunlar Algeti İcma Mərkəzinin işlərinin bir hissəsidir.

Mərkəz üçün, bir zaman kənddən gedib – təhsil alıb, işləyən  gəncləri dəvət etmək maraqlı olub. Onlar, bugün isə onlar öz təcrübələrini həmyaşıdlarıyla bölüşürdülər. Bu, onların həmkəndliləri üçün ən yaxşı motivasiya olub.

“Kənddə yaşayan gənclər üçün formal və qeyri-formal təhsilin populyarlaşdırılması önəmlidir. Həyata keçirilən layihələrin 80 faizi bu məqsədə xidmət edir”- deyir Ayşən.

“Algeti İcma Mərkəzi” fəaliyyəti nəticəsində konkret nəticələr əldə edilib. Ayşən xatırladır ki, onların kənd parkı ərazisində, tədbirlər keçirmək üçün çardaq qurmaq istəyi olub.

Indi onlar “Orbeliani Fondundan” dəstək alıblar və Algetdə tez bir zamanda çardaq qurulacaq.

Mərkəz bununla yanaşı, yaşıllaşdırma layihəsi də həyata keçirib və kənd parkını yaşıllaşdırıblar. “Meriyadan maliyyə dəstəyi qazanıblar, bununla bitkilər, ağaclar alıblar və Algetinin mərkəzi parkına əkiblər.

Ayşən Qızbəsova qeyd edir ki, Algetidə idmanın populyarlaşması üzrə də işləyiblər. Kənddə, stolüstü tennis artıq bütün yerli əhali üçün əlçatandır. İdman və sağlam həyatın populyarlaşması layihəsi, ”Sosial Ədalət Mərkəzi”-nin maliyyə dəstəyi ilə həyata keçirilib.

“Algeti İcma Mərkəzi” Novruz bayramı ilə bağlı tədbir də keçirib. Bu layihəyə, Algeti icmasının dörd kəndi qoşulub – rəsm və şəkillərdən ibarət sərgi təşkil olunub.

Algeti İcma Mərkəzi, yeddi icma mərkəzi ilə birgə həyata keçirilən, USAID-in      layihəsində iştirak edir. Bu layihə çərçivəsində, pandemiya dövründə əhaliyə müxtəlif xidmətlər göstərilib. Ərizə yazmaqda, tərcümədə və lazımi məlumatların əldə edilməsində kömək edirdilər.

Qızbəsova bildirir ki, Mərkəz fəaliyyətini genişləndirməyi planlaşdırır. Yerli əhalinin ehtiyaclarından irəli gələrək, gündəmdə daha geniş miqyaslı layihələrin həyata keçirilməsi məsələsi durur.

“Uzunmüddətli kurslar və maarifləndirici fəaliyyətlər üçün maliyyə dəstəyinə və müxtəlif imkanlara ehtiyacımız olduğu üçün, İcma Mərkəzi sentyabr ayından təhsil mərkəzinə çevriləcək. Biznes layihəsindən əldə olunan gəlirin 10%-i sosial fəaliyyətə xərclənəcək”.

“Algeti İcma Mərkəzi”nin üzvlərindən biri, Kəklik Aslanova mərkəzin ona göstərdiyi təsirdən danışır.

“Mərkəzə qoşulduqdan sonra, istənilən sahəyə və mövzuya qarşı münasibətim dəyişdi – başa düşdüm ki, özümü dəyişməyə başlamalıyam, burada bir çox bacarıqlarımı inkişaf etdirdim”.

Müəllif: Guranda Putkaraia

Azərbaycanca tərcüməsi: Çiçək Hüseynova

İngiliscə tərcüməsi: Tamar  Cherkezishvili

Məqalə,  Vətəndaş Cəmiyyəti İnstitunun dəstəyi ilə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində hazırlanıb. Onun məzmununa görə tam məsuliyyəti Kvemo Kartli mediası daşıyır və o, Avropa Birliyi və Konrad Adenauer Fondunun fikirlərini əks etdirməyə bilər.

Layihəni, Konrad Adenauer Fondunun (KAS) rəhbərlik etdiyi konsorsium, sonrakı qeyri-hökumət təşkilatları ilə birlikdə – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) həyata keçirir.

QvemoQartli.ge

Materialdan, sadəcə saytı göstərərək istifadə edə bilərsiniz.