Şaumiani İcma Təhsil Mərkəzi

80 yaşlı şəxs xalça toxumağı necə öyrənir – bunu “Şaumian İcma Təhsil Mərkəzində” görə bilərsiniz. 2010-cu ildə yaranan mərkəz, qadınlara və eyni zamanda digər şəxslərə, müxtəlif kurslar, fəallıqlar və tədbirlər təklif edir.

Icma mərkəzi, Marneulidə Şaumianinin məcburi köçkünlərin məsgunlaşdığı yerdə fəaliyyət göstərir.

Onun direktoru Natia Okropiridze, mərkəz yaratmaq ideyasının nə vaxt və niyə yarandığı barəsində bizə danışır.

“2008-ci il müharibəsi nəticəsində, Şaumiana, Kodaya kiçik Liaxvi dərəsindən məcburi köçkünlər köçürülüb. Şaumiani İcma Təhsil Mərkəzini, onlar yerlilərlə inteqrasiya məqsədi ilə açıblar.

Bizim məqsədimiz təhsil səviyyəsini yüksəldilməsi və inkişaf etdirilməsi yolu ilə – məcburi köçkünlərin, milli azlıqların, ekomiqrantların inteqrasiyası və yaşam keyfiyyətini yaxşılaşdırmaqdır” – Natia Okropiridze.

İcma mərkəzinin cəmiyyətə təklif etdiyi layihələr rəngarəngdir. Turlar, yarışmalar, təlim kursları- icmanın həyatını  maraqlı edir.

Natia Okropiridzenin qeyd etdiyi kimi: “Mərkəz imkan verir ki, şəxslər müxtəlif peşələr öyrənsinlər və ya başqa yerdə işləmək, həmçinin öz işinə başlamaq üçün, bacarıqlarını inkişaf etdirsinlər”.

Mərkəz, icmanın müxtəlif istiqamətlərdə inkişaf etməsi üçün fəal olaraq işləyir.  Iki illik layihə bunun bir nümunəsidir, bu layihə çərçivəsində, vətəndaşlar mövcud olan problemləri aşkar ediblər, araşdırıblar və advokatlaşdırmasını aparıblar. Burdakı idman avadanlığı da məhz bu layihənin nəticəsində qurulub.

Icma mərkəzi pandemiya müddətində də fəal olub. Qadınlar Fondunun maliyyə dəstəyi ilə qadın əmək hüquqları haqqında onlayn təlimlər keçirilib. Bu təlimlərdə yerlilər, Xixanda yaşayan ekomiqrantlar və Şaumianidə yaşayan məcburi köçkün qadınlar iştirak edirdilər.

Xixan kəndində həmçinin,  ingilis dili, əl işi və maliyyə təhsilinin öyrənilməsi kursları həyata keçirilib. Tsitelsopelidə isə, gürcü dili, kulinariya və psixologiya kursları keçirilib.

İcma mərkəzinin direktoru qeyd edir ki, “fəal olaraq tədbirlərin keçirilmədiyi yerlərə  getməyə çalışırlar”.

“Şaumiani İcma Təhsil Mərkəzi, həmçinin “qadının gücü, qadının gələcəyi” layihəsini həyata keçirib. Layihənin əsas məqsədi, yerli qadınların sahibkarlıq bacarıqlarının və biliklərinin artmasına imkan yaratmaq olub.

Mərkəz GİZ tərəfindən maliyyələşən “Qafqazda məcburi köçkün şəxslərin iqtisadi və sosial iştirakı” adlı layihədə iştirak edir.

Layihə, yerli və məcburi köçkün əhalinin, sosial iştirakının artmasını və fəallaşmasını nəzərdə tutur. Qeyd olunan təşəbbüs çərçivəsində, Şaumiani gənclər klubu yaradılıb.

Gənclər klubunun üzvləri, ətrafın qorunması tədbirlərində də fəal iştirak edirlər.  ətrafın qorunması günü ilə əlaqəli, Şaumiani məcburi köçkünlərin yaşayış məntəqəsində  bir neçə dəfə təmizlik aksiyası keçiriblər.

Icma layihəsi “məni dinlə” yerlilərin maraqlarına yönəlmişdi. Layihəni, “Gürcüstanda məcburi köçkünlərin və yerli icmaların gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması və cəmiyyətin həyatına dəstək” layihəsi çərçivəsində, DVV International, GIZ-in maliyyə dəstəyi ilə həyata keçirib.

Bu ilin aprelində isə layihə çərçivəsində “Gürcüstan icmaları, ölkənin davamlı inkişafı”, “gender diqqət mərkəzində” adlı festival keçirib. Tədbir çərçivəsində sərgi-satış keçirilib – yerli rəssamların əsərləri sərgilənib və media müsabiqəsi keçirilib.

“Şaumiani İcma Təhsil Mərkəzi” həmçinin, Maradisi kəndinin əhalisinin və “Mia” eko klubu tərəfindən təşkil olunan xeyriyyə festivalında iştirak edib.

Mərkəzin direktorunun sözlərinə görə, sentyabrdan fəal olaraq, yeni layihələrin həyata keçirilməsinə başlayacaqlar.

“Şaumiani İcma Təhsil Mərkəzi”-nin önəmliliyi barəsində bizimlə mərkəzin layihə kordinatoru Lili Melanaşvili də söhbət edir: “Mərkəz həm yaşlılar, həmdə gəclər üçün yeni dostluqlar – inkişaf, fikir mübadiləsi və münasibətlər imkanı yeridir”.

Müəllif: Guranda Putkaraia

Azərbaycanca tərcüməsi: Çiçək Hüseynova

İngiliscə tərcüməsi: Tamar  Cherkezishvili

Məqalə,  Vətəndaş Cəmiyyəti İnstitunun dəstəyi ilə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində hazırlanıb. Onun məzmununa görə tam məsuliyyəti Kvemo Kartli mediası daşıyır və o, Avropa Birliyi və Konrad Adenauer Fondunun fikirlərini əks etdirməyə bilər.

Layihəni, Konrad Adenauer Fondunun (KAS) rəhbərlik etdiyi konsorsium, sonrakı qeyri-hökumət təşkilatları ilə birlikdə – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) həyata keçirir.

QvemoQartli.ge

Materialdan, sadəcə saytı göstərərək istifadə edə bilərsiniz.