“Salam” – ictimai təşkilatının uğur formulu
Tbilisidə, Oniaşvili 25/27 ünvanında yerləşən “Salam”-ın ofisi, etnik azlıqların ehtiyyacları üçün çalışılan yerdir. Bu fəaliyyət artıq illərdir ki, təşkilatın 59 üzvünü birləşdirir.
Təşkilatın həmtəsisçilərindən biri, Rabil İsmayıl qeyd edir ki, təşkilat 2019-cu ildə yaradılıb və sonra Kvemo Kartlidə yaşayan etnik azlıqların dayağına çevrilib.
“Salam”-ın üzvləri ilə vətəndaşlar özləri də əlaqə saxlayırlar, problemlər haqqında danışırlar və çıxış yolunu birlikdə axtarırlar.
Rabil bildirir ki, təşkilatın əsas missiyası “mərkəzi və yerli səviyyədə, etnik azlıqların ehtiyyaclarını advokatlaşdırmaqdır”.
Regionda yaşayan etnik azlıqların, hansı problemlər, maneələr, çağırışlar qarşısında durduğunu yaxşı bilir. Bunlardan biri keyfiyyətli təhsilə əlçatanlığdır.
“Salam” illərdir ki, bu məsələ üzrə işləyir. Bir çox məlumat xarakterli görüş, kompaniya, dövlət strukturları ilə kommunikasiya nəticəsində – Bolnisi bələdiyyəsində artıq iki uşaq bağçası tikilir. Rabil qeyd edir ki, Dmanisidə və Bolnisidə məktəbəqədər təhsil müəssisələri olmadığı üçün, etnik azlıqların bir çox problemləri var.
Həmçinin, dil baryeri olmasına görə müxtəlif xidmətlər onlar üçün əlçatan deyil .
2020-ci ildə COVİD-19 pandemiyası zamanı təşkilatın nümayəndələri şəxsən kəndlərə gediblər və dövlətin özü işlə təmin olunmuş vətəndaşlara təklif etdiyi 300 larilik yardım paketi barəsində məlumat yayıblar. Nəticədə 400-ə yaxın şəxs, haqqı olan məbləği ala bilib.
“Soyadımı qaytar” təşkilatın təsisçilərinin bizimlə danışdıqları kompaniyalardan biridir. Azərbaycan soy adlarından rus sonluğu “ov” götürülməsi üçün, onlar 27 min imza toplayıblar və Parlamentə təqdim ediblər. Baxmayaraq ki, parlament bu imzaların 3 800-nü ləğv edib, xərclənən əmək boşa getməyib. Rabil İsmayıl artıq iki ildir ölkədə tarixi soy adın qaytarılması layihəsinin həyata keçirilməsinin, bu işim davamı olduğunu hesab edir.
“Salam” imzaların bir hissəsinin ləğv edilməsi ilə bağlı, Parlamentə qarşı çıxan məhkəməyə müraciət edib.
“Salam”-ın fəal nümayəndələrindən biri Aytac Xəlildir. O, bizə özünün iştirakı ilə həyata keçirilən layihələr barəsində danışır.
Məhdud imkanlı şəxslər və onların ailələri ilə birbaşa ünsiyyət, onların problemlərini dinləmək və təşkilatın imkanları ilə bunları həll etmək – Aytac üçün tanış işlərdir.
2021-ci ildə Qardabanidə, Marneulidə, Bolnisidə, Dmanisidə və Saqarecoda “Salam” məhdud imkanlı şəxslər alyansı yaradıb. Aytac öz komanda yoldaşları ilə birlikdə məhdud imkanlı şəxslərə müxtəlif xidmətlər barəsində məlumat almaqda, onlara kömək edir. Bu işdə təşkilatın digər bir nümayəndəsi Benyamin Qasımoğlu da iştirak edir. Bir nəfər məhdud imkanlı şəxsə ehtiyacı olan dərmanları illərdir Tbilisidən çatdırır ki, o, yola vaxt və resurs xərcləməsin.
“Salam” mövcud olduğu 4 il ərzində bir çox layihə və kompaniya həyata keçirib.
Kitab hədiyyə et”, “Gürcü dilini pulsuz öyrət”, 1 il ərzində 25 kəndin ehtiyyaclarını meriya qarşısında qaldırmaq, Dmanisi bələdiyyəsinin Səfərli kəndində məktəbin tikintisinin başlanması, Kirovka kəndinin tarixi adının “Mamey”-in geri qaytarılması – bu salamın etdiklərinin tam olmayan siyahısıdır.
Qeyri-hökumət təşkilatının Kvemo Kartli regionunda artıq öz yeri var. Həmtəsisçi Rabil “Salamı” rəqibsiz adlandırır.
Müsahibəni yekunlaşdırdıqdan sonra, çıxışda durduğum zaman mənə bildirirlər ki, qapının yanına qoyulmuş bir neçə dolu çantanı gördüyüm zaman təəccüblənməyim – bunlar humanitar yardımdır, “Salam” Türkiyədə zəlzələ nəticəsində zərərçəkən şəxslər üçün toplayıb. Zarafatla “Salamı” qlobal təşkilat adlandırır və yeni problemlərin həlli üçün hazırlaşırlar.
Müəllif: Miranda Putkaraia
Məqalə, Avropa Birliyi və Kornad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində Vətəndaş Cəmiyyəti İnstitutunun dəstəyi ilə hazırlanıb.
Layihəni Kornad Adenauer Fondunun (KAS) rəhbərliyi ilə, sonrakı qeyri-hökumət təşkilatları – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) birlikdə konsorsium icra edir.