Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının (GGHA) Rustavi ofisi yalnız anaya uşaqları üçün aliment almaqda və onların hüquqlarını qorumaqda kömək edib

Bizim respondentimiz yalnız anadır. O, münaqişə nəticəsində ərindən ayrılıb və evladları ilə birlikdə gözləmədiyi reallıqla qarşılaşıb.

“Ailəm dağılıb və məlum oldu ki, keçmiş ərim mənimlə boşananadək, əmlakını başqa şəxsin adına keçirib, məndən xəbərsiz bəzi şeyləri hədiyyə edib. Hüquqşünas köməyinə ehtiyacım oldu, həm uşaqlara  aliment almağım üçün, həm də uşaqların yaşayış yerinin müəyyən edilməsi üçün. Bu məsələlərlə bağlı hüquqi təcrübəm yox idi və bu istiqamətdə GGHA-nın (SAİA) komandası mənə çox kömək etdi, onların hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Həqiqətən də dəyəri ölçülməz bir işlə məşğuldurlar. Heç onu da bilmirdim ki, bütün bunları nə dərəcədə tələb edə bilərəm, qanun mənə nə dərəcədə kömək edir. Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası həyatımızda böyük rol oynadı”- respondentin kimliyini redaksiyanın qərarı ilə açıqlamırıq.

Yalnız ana qeyd edir ki, oxşar təşkilatların vətəndaşlara təklif etdiyi pulsuz xidmətlər barəsində çox vətəndaşın məlumatı yoxdur.

“Adi vətəndaşlar, belə təşkilatların fəaliyyətləri haqqında məlumatlı deyillər. Mənim üçün bu komandanın gördüyü iş çox qiymətlidir. Aylıqlar baxımından, Gürcüstan elə bir vəziyyətdə deyil ki, hər şeyə pul ayıra bilməyimiz mümkün olsun. Bu baxımdan da, çox böyük güzəştdir ki, ödənişsiz olaraq həvəslə işləyirlər və bütün komanda olaraq həmişə yanınızda olurlar.”

„Gənc Hüquqşünaslar Assosiasiyası” 1995-ci ildə yaradılıb. Təşkilatın səkkiz regional ofisi var. Onlardan biri isə Rustavidədir və Kvemo Kartli müstəvisində insan hüquqlarının qorunmasına xidmət edir.

Rustavi ofisinin rəhbəri Natia Kokiaşvili təşkilatın fəliyyətinin region üçün nə dərəcədə mühüm olmasını bizə izah edir. Donor təşkilatların maliyyəsi nəticəsində müxtəlif dövrlərdə həyata keçirilən layihələri xatırladır.

“Bizim çox layihələrmiz var idi. Səyyar (ofisdən kənarda) hüquqi məsləhətlərin verilməsi, həmçinin avto-turlarmız var idi və bu bizə imkan yaradırdı ki, vətəndaşlarla rahat görüşək və onları hüquqları barəsində məlumatlandıraq. Həmçinin, advokatlaşdırma həyata keçirirdik.

Bu gün də müxtəlif qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq edərək bu fəaliyyətimizə davam edirik. Buna misal  “Amerikan Guşəsidir”, onlarla əməkdaşlıq edirik. Mən şəxsən maarifləndirmə yönündə işləyirəm, bu qeyri-gürcü dilli məktəblərə daxil olmağı nəzərdə tutur, mövzu erkən yaşda nikah problemidir, həmçinin uşaqları hansı hüquqlarının olması barəsində maarifləndirmə. Bu, son üç-dörd ildir ki həyata keçirilir. Bu gün qeyri-gürcü dilli icmanın fəal olması qeyri-hökumət sektorunun əməyinin nəticəsidir. Çox sayda təşəbbüs qrupları yaranır, bu çox xoşdur, həmçinin icma mərkəzləri yaranır və uşaqlar özləri fəal olaraq bu prosesə qoşulurlar.

Düşünürəm ki, bu gün qızların kütləvi şəkildə məktəbi tərk etməməsi məhz bizim, vətəndaş sektorunun əməyinin nəticəsidir. Beş il bunan əvvəl olan vəziyyət dəhşət verici idi, doqquzuncu sinifdən yuxarı siniflərdə qızlar yox idi. Bizim əməyimizin nəticəsidir ki, bu ağır statistika fonunda mülki məcəllədə 18 yaşadək evlilik qadağan edilib. Əlbətdə evliliyə məcbur etmə halları bu gün də olur və bu problem qalmağa davam edir, ancaq kütləvi xarakter daşımır”, – Natia Kokiaşvili GGHA-nın Rustavi ofisinin rəhbəri.

Rustavinin Gənc Hüquqşunaslar Assosiyasının hüquqşunasları hal hazırda səkkiz işin gedişatı ilə məşğuldurlar. Onlardan 5-i cinayət işidir, 3-ü isə mülki işdir.

Rustavi ofisin rəhbəri qeyd edir ki, hüquqi məsləhət almaq üçün ofisə vətəndaşlar hər gün gəlirlər.

2021-ci ildən bu günədək, sadəcə rustavi ofisi  4 300 hüquqi məsləhət verib və 400 hüquqi sənəd hazırlayıb. Qeyd etmək lazımdır ki, GGHA-nın araşdırdığı işlərin  90%-i zərərçəkən şəxslərin qalibiyyəti ilə yekunlaşır.

“ Vətəndaşlar hər gün müxtəlif problemlərlə gəlirlər, müraciyyətlərin çoxu inzibati mülki işlərə aid olur. Bizim bank kreditləri olan həddən artıq vətəndaşlarla əlaqəmiz var. Həmçinin aliment məsələləri üzrə çoxlu sayda iddialarımız (məhkəməyə müraciət) var.

Xalq Müdafiəçisinin Kvemo Kartli üzrə nümayəndəsi hər gün bizimlə əlaqə saxlayır və qeyri-gürcü dilli vətəndaşları bizə göndərir, boşanma, aliment məsələləri ilə bağlı. Əlbəttə biz o vətəndaşlara fəal olaraq kömək edirik. Inzibati qaydada, əsasən inzibati qaydaların pozulması faktları ilə bağlı müraciyyət edirlər.

Həmçinin məhdud imkanlı şəxslərə kömək edirik. Otistik spektri olan yetkinlik yaşına çatmamış şəxsin məhdud imkanlı statusu ləğv edilib, hal hazırda bu  işimiz var və işlə tanış olduqdan sonra biz hesab edirik ki, qəbul edilən qərar qeyri-qanunidir. Hal hazırda məlumat tələb etmə etapındayıq və işə müvafiq istiqamət verəcəyik. Həmçinin əmək hüquqlarının pozulması ilə bağlı çox iş daxil olur, əsasən də özəl sektordan, burdan, tamamı ilə qanunsuz olaraq insanları işdən çıxarırlar.

Biz bir çox əmək hüquqları ilə bağlı olan işləri müvəffəqiyyətlə yekunlaşdırmışıq. Həmçinin muzey işlərimiz də var, “GGHA” Mədəniyyət Nazirliyindən azad olunan üç benefisiyarın işini araşdırırıq. Düşünürük ki, bu iş də uğurla yekunlaşmalıdır”, –  Natia Kokiaşvili.

Gənc Hüquqşünaslar Assosiasiyasının Rustavi ofisinin rəhbərindən, hökumətin qəbul etmək istədiyi “rus qanunu” haqqında nə düşündüyünü soruşduq.

“Bu qanun layihəsinin irəli sürülməsi həqiqətən də ayıb idi. Heç bir halda ona dəstək olmayacaqdıq. Biz məzmun olaraq heç maraqlanmırıq da, çünki hökumət qeyd edir ki, şəffaflıq məqsədi ilə bunu edir, vətəndaş sektoru və azad media öz fəaliyyət sahəsində tamamiylə şəffafdır.

O, doqquz maddəlik qanun layihəsinin təqdim edilməsini tələb etdiyi məlumatlar, onsuz da müxtəlif qanunvericilik normalarında var. Məsələn qeyri-sahibkar qeyri-kommersiyal şəxsin qeydiyyatı öz məzmununa görə nizamnaməyə əsasən olmalıdır, həmçinin, gəlirlər xidməti, kim nə gəlir əldə edir və bu gəlir haradan gəlir çox asan formada görə bilir.

Biz gördük ki, gənclər çox hazırlıqlı idilər və onlar artıq məlumatlıdırlar. Bu qanunun ilkin dinlənməsi olan zaman, mən məktəbdə uşaq hüquqları barəsində görüş keçirirdim və baxmayaraq ki, görüş uşaq məcəlləsinin məzmununun müzakirəsi üçün idi, onlar mənə  sual verdilər, bu qanun layihəsi ilə bağlı hansı reaksiyamın olması ilə maraqlandılar, onlar 9-cu, 10-cu sinif şagidləri idilər və mən hədsiz sevindim ki, onlar ölkədə baş verən siyasi kursla maraqlanırlar.

Beləliklə bu qarşıdurmalara paralel olaraq biz böyüdük və gələcək nəsil idarəçi komandaya imkan verməyəcək ki, sadəcə öz fikirləri həlledici olsun. Burada ən vacib olan, odur ki, – deyirlər ki, xalqla ünsiyyətə başlayacağıq və qanunun müsbət tərəfləri ilə onları tanış edəcəyik, əslində isə xalq onu bağışlamayacaq ki, hökumət heç vaxt xalqla münasibət qurmaq istəmir. Ən çox ağır olan budur. Əgər onlar əvvəlcə xalqla münasibət qurmuş olsalar idi, yəqin ki, bu qanun təşəbbüsü heç edilməzdi. Çünki xalqın nə istədiyini biləcəkdilər.

Qanun layihəsinin geri çəkilməsi xalqın və vətəndaş sektorunun reaksiyası nəticəsində oldu. Təəssüf ki, bizim parlament üzvlərimiz sloqan olaraq qeyd edirdilər ki, Avropa Birliyi bizim məqsədimiz deyil. Bizim məqsədimiz həqiqətən də Avropa Birliyidir. Biz inkişaf etmək istəyirik və biz Avropa məqsədlərini qəbul edən gələcək nasil istəyirik. Mənimdə yetkinlik yaşına çatmamış evladlarım var16 və 17 yaşlarında, onlar bir neçə layihədə iştirak edirlər və xoşbəxtdirlər ki, onlar bu işlə məsxuldurlar bu layihələr çərçivəsində təhsil alırlar, maariflənmiş olurlar. Daha çox inkişaf etmiş ölkələrlə münasibət qurmaq istəkləri var “, – Natia Kokiaşvili, GGHA-nın Rustavi ofisi.

 

Müəllif: Nino Beridze

Məqalə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabtlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində Vətəndaş Cəmiyyəti İnstitutunun dəstəyi ilə hazırlanıb.

Layihəni Konrad Adenauer Fondunun (KAS) rəhbərliyi ilə, sonrakı qeyri-hökumət təşkilatları – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) birlikdə konsorsium icra edir.