Kvemo Kartli majoritar deputatları qanun layihəsi haqqında: “xarici təsir agenti”
“Xarici təsir agenti” adlı qanun layihəsi media və qeyri-hökumət təşkilatlarının “xarici təsir agenti” hesab edilməsini nəzərdə tutur, onu anti-qərb yönlü olması ilə tanınan “Xalqın Gücü” ictimai hərəkatı hazırlayıb.
Kvemo Kartli majoritar deputatlarından məsələ ilə bağlı öz mövqeylərini bildirməsini istədik.
İrakli Şatakişvili – Rustavi və Qardabaninin majoritar deputatı: “Mən ümumilikdə öz komandamızın “Gürcü Arzusu”-nun mövqeyi ilə razılaşıram. Bizim liderlərmizin də qeyd etdiyi kimi, partiya yəni prinsip səviyyəsində razıyıq və onu dəstəkləyəcəyik. Prinsip isə sizində bildiyiniz kimi, əsas olan şəffaflıqdır. Birinci dinləmədə qəbul edildikdən sonra, qanun layihəsi partnyorlarımıza, Venesiya Komissiyasına göndəriləcək.
Venesiya Komissiyasından gələn nəticəyə əsasən sonrakı müzakirələrin davam etdirilməsi ilə bağlı əlavə müzakirələr aparılacaq.”
Qoqi Meşveliani – Bolnisi, Dmanisi, Tetritsğaro və Tsalkanın majoritar deputatı: ”İlk növbədə sizə bildirmək istəyirəm ki, bu qanun artıq təşəbbüs edilib. Maliyyə şəffaflığına gəldikdə isə, mən hesab edirəm ki, ehtiyyac var və qrant xərcləyən müəssisələr haqqında, maliyyələşdirən haqqında və s. bizim cəmiyyətimizdə malumatın olması çox yaxşı olardı
Bütün digər detalların və nüansların düşünürəm ki, detallı müzakirə olunmasına ehtiyyac var. Cəmiyyətimizi narahat edən bütün məsələlər üzrə, maddələrlə müzakirələr keçiriləcək. dərin müzakirələr keçiriləcək, bundan sonra qərar qəbul edəcəyik. Prinsip səviyyəsində şəffaflıqla bağlı mən bu təşəbbüsü dəstəkləyirəm, ancaq qeyd etmək istəyirəm ki, bu qanunun gətirəcəyi təcrübələrlə bağlı bütün nüanslar üzrə detallı müzakirələr olacaq.
Mən, yerli səviyyədə qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq edirəm, həmçinin qeyd etmək istəyirəm ki, bu əməkdaşlıq çox məhsuldardır. Bu insanlar bizim vətəndaşlarımız üçün yetərincə çox sayda layihələr həyata keçirirlər. Mən şəxsən düşünürəm ki, qanun elə forma almalıdır ki, onlar faəliyyətləri zamanı narahat vəziyyətə düşməsinlər. Mən buna görə də, qeyd edirəm ki, çox detallı müzakirələr aparılacaq. Vətəndaş sektoru və cəmiyyətimizdə artıq sualların yaranmaması üçün bütün nüansların üzərindən keçiləcək.
Mən hesab edirəm ki, bu təşəbbüs rus qanununun analoqu və kalkası deyil. Bu qanun buna görə də, vətəndaş sektorunun fəaliyyətini məhdudlaşdırmamalıdır. Buna görə də qanunun yeterincə intellektual səviyyədə müzakirələri aparılacaq. Həmçinin, vətəndaş sektorunun nümayəndələri də iştirak edəcəklər və açıq müzakirələrimiz olacaq”.
Qeyd olunan qanun layihəsi barəsində ölkəmizin strateji partnyorları və beynəlxalq təşkilatlar qiymətləndirmələrini ediblər.
“Bizim bu qanun layihəsi haqqında məlumatımız var və onun Gürcüstanda ifadə azadlığına və demokratiyaya edəcək təsiri haqqında narahatıq. Biz bu qiymətləndirməmizi Gürcüstan hökuməti qarşısında bir başa və bir neçə dəfə ifadə etdik. Təklif olunan qanun layihəsi damğalama (stiqmatizasiya) xarakteri daşıyır və Gürcüstan vətəndaşlarının azad sözünü susdurur, onlar öz ölkələrinin daha yaxşı gələcəyini qurmaq üçün çalışırlar. Bu cür qanun Gürcüstan əhalisinin son illər, bir neçə dəfə aydın formada qeyd etdikləri, Avro-Atlantik inteqariyasını və Avro-Atlantik istəklərini zəiflədir”, – ABŞ Dövlət Departamentinin sözcüsü Ned Price.
“Gürcüstan demokratiya yaratmaq üçün çox çalışıb. Bu qanun layihəsi Gürcüstanın illər ərzində yartmış olduğu prosesi zəiflədir. Buna görə də BMT-dən, Avropa Birliyindən və ABŞ-da, Gürcüstanın dostlarından narahtlıq eşidibsiniz. Suala cavab verilməlidir, qanunu nə üçün qəbul edirik”, – ABŞ-ın Gürcüstandakı səfiri Kelly Degnan.
“Qanun layihəsi toplaşma və ifadə azadlığı, ictimai fəaliyyətlərdə iştirak, konfidensiallıq və personal məlumatların qorunması və ayrı-seçkiliyin qadağan edilməsi kimi hüquqlara hörmət edilməsinə təhlükə yaradır”, – Birləşmiş Millətlər Təşkilatı.
Müəllif: Manon Bokuçava
QvemoQartli.ge
Materiyaldan sadəcə saytı göstərərək istifadə edə bilərsiniz