“Yoxsulluğun aradan qaldırılması üçün su” – Avropa İttifaqı tərəfindən dəstəklənən genişmiqyaslı layihə

CENN Avropa İttifaqının dəstəyi ilə “Yoxsulluğun aradan qaldırılması üçün su” adlı layihə həyata keçirib. Layihənin əsas məqsədi hədəf bələdiyyələrdə içməli su əlçatanlığını təmin etmək, sosial cəhətdən həssas etnik icmaların sağlamlıq və həyat şəraitinin yaxşılaşdırılmasına kömək etmək, ayrı-seçkiliyi azaltmaq, su, kanalizasiya , gigiyena standartlarını artırmaqla yerli əhalinin, digər maraqlı tərəflərin məlumatlandırılması, kiçik infrastruktur , igiyenik davranış standartlarını təmin etməklə müsbət dəyişikliyə nail olmaqdır.

Təşkilat yerli əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına kömək etmək və onları su ilə təmin etmək məqsədilə Kvemo Kartlinin 4 bələdiyyəsində, eləcə də Tetritskaroda müxtəlif tədbirlər həyata keçirib.

Bu layihə nəticəsində, 2019-2020-ci illərdə Tetritskaro bələdiyyəsində 5 ambulatoriyada bərpa işləri aparılıb.  5 uşaq bağçasında və 3 dövlət məktəbində filtr avadanlığı ilə birlikdə içməli su çəni quraşdırılmışdır.

“Avropa İttifaqının dəstəyi ilə “Yoxsulluğun aradan qaldırılması üçün su” layihəsi artıq 4 ildir ki, davam edirdi, bu layihə çərçivəsində bütün Gürcüstanda təhsil mərkəzlərində ayaqoyulunun vəziyyəti öyrənilib, eləcə də Kvemo Kartlidə və Kaxetidə ambulatoriyaların vəziyyəti araşdırılıb. Ehtiyac araşdırması aparılıb. Sonra isə Dmanisi və Tsalkada 2 ambulatoriya düzəldilib. Dmanisi və Tetritskaro məktəbləri və uşaq bağçalarında, eləcə də mədəniyyət mərkəzində, su və kanalizasiya sistemləri bərpa olunub. Tetritskaro bələdiyyəsinin Dzindzğaro kəndində bağça və məktəbdə içməli su, kanalizasiya sistemi qurulub” – Mariko Dzikoridze Şida Kartli və Kvemo Kartlidə CENN-in layihələr üzrə koordinatoru.

Qafqaz Ətraf Mühitin Mühafizəsi Qeyri-Hökumət Təşkilatları Şəbəkəsinin (CENN) veb-səhifəsində yayılan məlumatda qeyd olunur ki, WaSH (su, kanalizasiya, gigiyena) problemləri mürəkkəbdir və təhsil, sosial-iqtisadi, siyasi (sovet irsi, məcburi köçkünlər) və ətraf mühitin mühafizəsi ( iqlim dəyişikliyi, su hövzəsinin deqradasiyası) məsələləri ilə bağlıdır.

Avropa İttifaqının maliyyə dəstəyi ilə 2017-2021-ci illərdə “Yoxsulluğun aradan qaldırılması üçün su” layihəsi həyata keçirilib. Layihə çərçivəsində 8 irimiqyaslı infrastruktur pilot layihəsi və 11 qrant maliyyələşdirilib. Ümumilikdə, layihədən 10, 000 benefisiar faydalanmışdır.

Yerli icmaları məlumatlandırmaq və gücləndirmək məqsədilə 7 yerli WASH Şurası və 2 regional WASH Məsləhət Komitəsi yaradılmışdır.

Layihədən sonra Gürcüstanın kəndlərində yaşayan 3500-dən çox insanın suya əlçatanlığı mümkün olub. WaSH (su, kanalizasiya, gigiyena) şuraları (İmereti, Kaxeti və Kvemo Kartli bölgələrində 8 WaSH şurası yaradılmışdır), bütün Gürcüstanda dəyişiklikləri təşviq edən proseslərə başlamışdır. Onlar bir sıra potensialın gücləndirilməsi tədbirləri vasitəsilə suyun bərpası sistemləri, insan hüquqları, büdcə və digər məsələlər haqqında biliklərini dərinləşdiriblər.