Xarici təsir agenti” qanun layihəsi – Kvemo Kartlidə fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin qiymətləndirilməsi

Kvemo Kartli vətəndaş cəmiyyətinin bir hissəsi “xarici təhsil agenti” qanun layihəsini qiymətləndirir.

Bu qanun təşəbbüsü media təşkilatlarının və qeyri-hökumət təşkilatlarının “xarici təsir agenti” hesab edilməsini nəzərdə tutur, onu, anti qərb yönlü olması ilə tanınan “Xalqın Gücü” ictimai hərəkatı hazırlayıb.  “Xalqın Gücü” ictimai hərəkatı, “Gürcü Arzusu” partiyasından ayrılan parlament üzvləri tərəfindən yaradılıb. Birliyin liderlərindən biri keçmiş Ombudsman Sozar Subaridir. Sozar Subari və onun həyat yoldaşı Tamta Kubaneişvili illər ərzində qeyri-hökumət sektorunda işləyiblər, onları maliyyələşdirən donorlar qərb yönlü olub.

Qanun layihəsi təsdiqlənərsə, media vasitələri (KİV) və vətəndaş təşkilatlarını məcbur edəcək ki, “xarici təsir agenti” reestrində qeydiyyata düşsünlər.

Zaur Xəlilov

“Oxşar qanunun olması Rusiyada vətəndaş cəmiyyətini məhv edib. Əgər bizim ölkəmiz də  çalışırsa ki, vətəndaş sektorunu və beynəlxalq təşkilatların fəaliyyətini məhdudlaşdırsın, bu yolla sosial, hüquqi və iqtisadi layihələrin həyata keçirilməsinə imkan verməsin, bu ölkə üçün heçnə gətirməyəcək. Son 30 ildə beynəlxalq donor təşkilatlar, yerli vətəndəş cəmiyyətlərinin vasitəsi ilə ölkədə bir çox mühüm islahatlar həyata keçiriblər. Qanun lahiyəsinin sivil dünya ilə və bizim konstitusyada qeyd olunan Avropa ailəsinə üzvlük istəyimizlə heç bir əlaqəsi yoxdur.

Həmçinin, öz fəaliyyəti ilə illərdir ölkənin ehtiyyaclarına cavab verən şəxsə “agent” adı verilməsi düzgün deyil”- Zaur Xəlilov, Vətəndaş İnteqrasiyası Fondunun icraçı direktoru.

Samirə Bayramova

„Bir neçə ölkənin misalını bilirəm ki, oxşar qanunun qəbul edilməsi ilə ictimai iştirakçılıq, söz azadlığı və demokratiya, ölkənin sosial və siyasi inkişafı necə zəifləyib. Bu qanun ictimai sektora qarşı açıq mübarizədir, birbaşa hücumdur. Bu proses uzun müddətdir davam edirdi, ancaq indi bütün bunlar “qanuni” olaraq ediləcək. Insan hüquqları baxımından çox uyğunsuzdur, ancaq “agent” sözü mənim üçün ağlasığmazdır. Cəmiyyəti bölmək və nifrəti artırmaq. Ali qanunla bizim təmin edilmiş hüquqlarımız hara yoxa çıxır?!

Gürcüstan 1991-ci ildə azad ölkə olduqda, təbii ki, ölkənin qurulması lazım idi. Bu illər ərzində istər hökumət olsun, istər qeyri-hökumət təşkilatları vasitəsi ilə bizim strateji tərafdaşlarmız tərəfindən bir çox işlər görülüb. Iqtisadi rifah yüksəlib, ölkədə demokratiyanın keyfiyyəti yüksəlib və ümumilikdə ölkə dirçəlib. Minlərlə məktəb, baxça tikilib və bərpa edilib. Eyni zamanda, bir sıra islahatlar aparılıb və bunun nəticəsində aparıcı ölkələrın səviyyəsinə yüksəlmişik. Bu gün nazirlyin məlumatına əsasən, qurumların hamısında həyata keçirilən dəyişikliklər xarici qrantlarla olub. Ən mühüm olan odur ki, biz Gürcüstan vətəndaşları strateji dost olan ölkərənin yardımı ilə nail olduğumuz, ölkədə aparılan islahatlarla, dəyişikliklərlə fəxr edirdik. Indi isə, bizim ölkəmiz yavaş-yavaş parçalanır, hər gün parçalanır”, – hüquq müdafiəçisi Samirə Bayramova.

Quliko Şoşitaşvili

“Agentlər qanun layihəsi” adlandırılan qanun layihəsi, artıq illərdir ki, dövlət tərəfindən (bütün idarəçilər zamanında) ictimai təşkilatlara qarşı aparılan, onu zəiflətmək və marqinalizə etmək məqsədi ilə aparılan təbliğatın məntiqi davamıdır və onların fəaliyyətinin qadağan edilməsi üçün real zəmin yaradır. Bu qanun, əgər bu formada qəbul edilərsə, bu gün kritik fikir bildirmə bacarığına, biliyinə və imkanına malik olan bütün qeyri-hökumət və media təşkilatlarının mövcud olma imkanını əlindən alacaq. Çünki, maliyyə müstəqilliyi bunun üçün əsas şərtdir, bu günkü Gürcüstanda sadəcə beynəlxalq təşkilatların yardımı ilə buna nail olmaq mümkündür”-Quliko Şoşitaşvili “Gürcüstan Vətəndaş Cəmiyyəti İnkişafı Asossiasiyası” (ACSDG).

Qvantsa Şişinaşvili

“Qeyri-hökümət və media təşkilatlarının maliyyəsinin və məzmununun şəffaflığı barəsində dəfələrlə qeyd edilib. Ancaq hakimiyyətdə olan qanun layihəsini dəstəkləyənlər qəstən maliyyə şəffaflığının vacib olmasına diqqət yönəldirlər və bununla ictimaiyyəti səhf yönləndirməyə cəhd edirlər.

Ictimaiyyət bilməlidir ki, qeyri-hökümət/media sektorunun fəaliyyətinin çərçivəyə salınması üçün ölkədə bünün qanunverici mexanizmlər mövcuddur:

Hələ 1996-cı ildə “qrantlar haqqında” qanun qəbul edilib, bu qanunla Gürcüstan qərb donorlarının maliyyəsinin mühüm olduğunu qəbul edib;

“Çirkli pulların yuyulması və terorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında” qanuna əsasən, banklar məsuliyyət daşıyırlar ki, qrant qəbul edən təşkilatlar tərəfindən pulun məqsədyönlü xərclənməsinin monitorinqini və nəzarətini aparsınlar.

Qərb donorları tərəfindən maliyyələşdirilən layihələrin əksəriyyəti (xüsusi ilə də böyük layihələr) müqavilə ilə qrantı qəbul edən təşkilat tərəfindən audit və/və ya yoxlayış aparılması ilə bağlı öhdəlik nəzərdə tutur.

Qəbul edilən maliyyə barəsində məlumat qrant götürən təşkilatın veb-səhifəsində ictimayidir və əlçatandır. Təşkilatlar maliyyə uçotu aparırlar və onları deklarasiya edirlər.

Bunlardan irəli gələrək, bu qanun qəbul edilməsinin vacibliyini sübut edəcək arqument yoxdur. Vətəndaş sektoru nümayəndələrini xarici təsir agenti adlandırmaq, dinləmə siyəsətinin tətbiq edilməsi və qanun layihəsi ilə nəzərdə tutulan cərimə (25000 lari və beş illik həbs) cəmiyyətin bu sektorunun cəzalandırılmasına, respresiya edilməsinə,  damğalanmasına (stiqmatizasiya edilməsinə), ayrı-seçkiliyə məruz qalmasına, azad və kritik düşüncənin bastırılmasına, susdurulmasına xidmət edir.

Qeyri-hökümət təşkilatlarının və qərb donorlarının birlikdə işləməsi bizim bölgədə, Kvemo Kartlidə, böyük imkanlar yaratdı və üzücüdür ki, cəmiyyətin geniş bir hissəsi üçün bu qanunun zərərləri qeyri-hökümət sektorundan yan keçmir. Əslində isə, rus qanunu qəbul edildiyi halda müdafiəsiz qruplar (məhdud imkanlı şəxslər, qadınlar, yaşlılar, xüsusi ehtiyaclı şəxslər, azlıqlar və s) onların ehtiyaclarına yönəlmiş xidmətlərdən və müvafiq fəallıqlardan kanarda qalırlar; Gənclərdə imkanlardan kənarda qalırlar (həmçinin məktəb yaşlı olanlar) və onlarla birgə peşəkar qruplar, bu şəxslər üçün qərb donorları çox  sayda könüllülük və mübadilə proqramları yaradıb; Marifləndirici görüşlər və kampanyalar barəsində heçnə demirəm, bunlar nəticəsində vətəndaşların bir çox istiqamətlər barəsində məlumat alma və yerli və mərkəzi hakimiyyət səviyyəsində advokatlaşdırma proseslərinə qoşulma imkanları olurdu; Bizim vergilərmizlə dolan büdcənin necə və nəyə xərcəndiyini və yerli əhalinin ehtiyaclarına cavab verib vermədiyini bilməyimiz, dövlət tenderlərinin nə dərəcədə ədalətli aparıldığını öyrənmilməsi, korrupsiya  faktlarının ifşa edilməsi, yerli səviyyədə mövcud olan sosial-iqtisadi proqramları tərəfsiz olaraq bizə göstərməsi və onları müvafiq qurumlar qarşısında advokatlaşdırması üçün qeyri-hökümət təşkilatlarının və medianın mövcud olması, xüsusi ilə də regional səviyyədə həyati əhəmiyyətə malikdir. Gender, siyasi və digər istənilən əlamətə görə qanunsuz olaraq işdən azad edilmə halları olduqda isə bizi məhkəmə qoruyacaq; Bütün bunlar bu sektorunun regiondə yaratdığı faydalı işlərin natamam sıyahısıdır və hökümət onları agent adlandırmaq istəyir.

Son iki il ərzində Kvemo Kartli regionunda sonrakı istiqamətlər üzrə fəal çalışırdıq: qadınların iqtisadi cəhətdən gücləndirilməsi, qadınlara qarşı istənilən şiddətin qarşısının alınması, gender mövzusu ilə bağlı araşdırmalar aparmaq və nəticələri yerli özünüidarəetmə orqanı səviyyəsində advokatlaşdırmaq, etnik azlıqların inteqrasiyasının təşviqi, gəncləri yerli səviyyədə fəal olmağa həvəsləndirmək, müxtəlif  məqsədyönlü qruplarla region səviyyəsində aparılan marifləndirmə/məlumatlandırma görüşləri barəsində heçnə demirəm. Bu hərakat və fəallıq olmadan sadəcə bir konkret qeyri-hökümət təşkilatı və ya media öz mövcudluğunu dayandırmayacaq, bölgə əhalisi bu imkanlardan kanarda qalacaq, çünki bu imkanları dövlət onlara vermir və ya verə bilmir. Rus qanununun qəbul edilməsi cəmiyyətin Avroatlantik strukturlara üzv olmaq istəklərini dayandıracaq”- Qvantsa Şişinaşvili “Vətəndaş Fəallığı və Regional İnkişaf Mərkəzi”.

Qvantsa Tvaliaşvili

Qanun layihəsi təsdiqlənərsə, kütləvi informasiya vasitələrini (KİV) və vətəndaş təşkilatlarını məcbur edəcək ki, “xarici təsir agenti” reestrinə qeydiyyata düşsünlər.

Məsələ ilə bağlı öz qiymətləndirməsini gənclər işçisi Qvantsa Tvaliaşvili bizimlə bölüşür.

„Bu qanun layihəsi diktaturanın möhkəmlənməsi, ölkənin reqressiysı və demokratiyadan imtina etmək deməkdir. Həmçinin, bizi inkişaf etmiş dünya ilə yaxınlaşdıran bütün faydaların və imkanların qadağan ediməsidir”- Qvantsa Tvaliaşvili gənclər işçisi.

Rozi Devnozaşvili “Nekeri – Kvemo Kartli icma təşkilatı”

“Özünüməhv prosesindəyik. Bu qanun layihəsi ilə faktiki olaraq hakimiyyət tərəfindən ictimai qrupların, media vasitələrinin fəalliyyətinə nəzarəti qanununu qəbul etmək istəyirlər. Bu addımla bilirsiz nəyə nail olmaq istəyirlər? Bizim xalqın, millət olaraq inkişafını birdəfəlik dayandırmaq istəyirlər. Dövlət institutlarının fəaliyyətsizliyi fonunda, ictimai qrupların effektli, sağlam dəyərlərə əsaslan, ictimai rifaha yönələn fəaliyyəti çox aşkardır. Məhs buna son qoymaq istəyirlər.

Inkişaf etmiş, formalaşmış, kritik düşünən,düzgün dəyərlərə sadiq, yaradıcı insanlara təsir etmək mümkün deyil. Bunu çox yaxşı bilirlər. Müvafiq olaraq, cəmiyyətin mühüm hissəsinin məhs belə vətəndaşlardan ibarət olmasını istəmirlər. Güclərini (hakimiyyəti) itirəcəklər və buna görədə qorxurlar. Asandır.

Həmfikir olduğum insanlarla birlikdə uşaqların rifahı üçün çalışdığımız üçünmü xarici təsir agentləriyik?! Bağçalarda və məktəblərdə uşaqların ehtiyaclarına və maraqlarına uyğun mühitin yaradılması üçün planlı faəllıqlar həyata keçiririk, bunun üçünmü?! Sullarımız var və problemləri identifikasiya (təyin etməyə) etməyə çalışırıq ki, xərclədiyimiz resursları onların həllinə yönəldək, bunun üçünmü?! Bütün bunları xarici təsir üçünmü etdiyimizi düşünürlər? Bir dəfəlik və daimi olaraq formalaşmış ölkədə yaşamağımız xarici ölkələrin marağındadır, bunun üçün maliyyə ayırırlar və Gürcüstanın marağında deyil?! Valideynlər assosiasiyası “Valideynlər Təhsil üçün”-nün üzvüyəm, həmçinin “Nekeri – Kvemo Kartli icma təşkilatı”-nın həmtəsisçisiyəm. Həş şeydən öncə valideynəm, istəyirəm ki, bizim övladlarımız azad, bərabər, ədalətli, inkişafa yönəlmiş mühitdə böyüsünlər və avtoritarizm, qorxu və xaos içində böyümələrini istəmirəm.

5 illik mövcudluğu dövründə “Valideynlər Təhsil üçün” bir neçə, sadəcə uşaqların ən düzgün maraqlarına istiqamətlənən layihə həyata keçirib. Çalışırıq ki, məktəb həyatında valideynlərin iştirakına dəstək olaq; Valideynlər arasında pozitiv valideyin ideyası yayırıq və onları həyata keçiririk müvafiq olaraq, zorakılıq ilə tərbiyə metodlarına qarşıyıq.

“Nekeri – Kvemo Kartli icma təşkilatı” 6 aydır yaradılıb. Xalq məaliyələşdirməsi kampaniyası “uşaqlar üçün daha çox oyuncaq və kitab” bizim ilk layihəmizdir, bu layihə çərçivəsində mart ayında 2 uşaq baxçası üçün inkişaf etdirici oyuncaq və müasir illüstrasiyalı uşaq kitabları verəcəyik” – Rozi Devnozaşvili.

QvemoQartli.ge

Materiyaldan sadəcə saytı göstərərək istifadə edə bilərsiniz

Tərcümə: Çiçək Hüseynova

 

Donasiya

Biz fəxr edirik ki, müstəqil medyayıq. Sosial ədalətə və insan hüquqlarının qorunmasına dəstək oluruq.

Sizin tərəfinizdən göstərilən, istənilən pul dəstəyi bizə imkan verəcək ki, bu işi gücləndirək.