Qardabani meriyası bir kənd üçün lövhə hazırlamaq üçün 46,300 lari xərcləyəcək

Qardabani meriyası Lemşveniera kəndinin girişində lövhənin quraşdırılmasına görə 46 300 lariyə qədər pul ödəyəcək. Müvafiq elektron tender sentyabrın 17-də elan edilib. Təkliflərin qəbulu sentyabrın 28-də başlayacaq və oktyabrın 1-də başa çatacaq.

Lövhənin layihə sənədində oxumuşduq ki, yerində armatur plitələr, bordürlər və plitələr, bazalt plitələr dayağı, epoksi əsaslı elastik panel, işıqlar və kəndin adının yazısı – 4,8 metr uzunluğunda düzüləcək.