„Gürcüstanın kənd yerlərində yaşayan sosial cəhətdən həssas qadınlar və uşaqlar üçün WASH təşəbbüsü” – Bolnisi bələdiyyəsində CENN-nin fəaliyyəti

Qafqaz Ətraf Mühitin Mühafizəsi Qeyri-Hökumət Təşkilatları Şəbəkəsi (CENN) “Gürcüstanın kənd yerlərində yaşayan sosial cəhətdən həssas qadın və uşaqlar üçün WASH təşəbbüsü” adlı layihə həyata keçirib.

Global Water Challenge və Coca-Cola Fondunun (TCCF) maliyyə dəstəyi ilə Kvemo Kartli, Kaxeti və İmereti bölgələrində müxtəlif fəaliyyətlər planlaşdırılıb.

Layihənin həyata keçirildiyi yerlərdən biri Bolnisi bələdiyyəsi idi. Layihəyə WaSH Şurasının üzvləri fəal qoşulmuşdular.

Bolnisi WaSH Şurasının üzvləri Bolnisi kəndinin əsas içməli su tikilisini ziyarət ediblər və sonra layihə çərçivəsində həmin tikili bərpa edilib, kənd təmiz içməli su ilə təmin olunub.

“Gürcüstanın kənd yerlərində yaşayan sosial cəhətdən həssas qadın və uşaqlar üçün WASH təşəbbüsü” çərçivəsində Gürcüstanın 10 regionunda, o cümlədən Bolnisi bələdiyyəsində Kianeti, Muxrana, Farizi və Kvemo Arkevani məktəblərində su və sanitar-gigiyenanın (WASH) vəziyyəti qiymətləndirilib.

Layihənin məqsədi Gürcüstanın regionlarındakı ümumtəhsil məktəblərində və sosial cəhətdən əlverişsiz çoxmillətli icma ailələrində su təchizatı, kanalizasiya və gigiyena şəraitinin yaxşılaşdırılmasıdır.

“Bu layihələrin hədəfi olan Bolnisi, Kvemo Kartli bələdiyyələri üçün su və su hüququ haqqında məlumatlılığın artırılması vacib idi. Məktəblərdə, uşaq bağçalarında, sığınacaqlarda bir çox hallarda sanitar gigiyena norması pozulub, Avropa İttifaqının və xüsusilə YUNESKO-nun standartlarına uyğun gəlmirdi. Bundan əlavə, biz əhaliyə içməli su hüququnu və suvarma üçün içməli sudan səmərəsiz istifadə problemini göstərdik və onlar bunu bələdiyyələr səviyyəsində müzakirə etdilər. Bu layihə başa çatdıqdan sonra 2 il ərzində suvarma kanallarının 40%-nin bərpa edilməsinə və ya bərpa prosesində olmasına əsas olub” – Mariko Tsikoridze, Şida Kartli və Kvemo Kartlidə CENN-nin layihə koordinatoru.

 

QvemoQartli.ge