Bu qanun əsas insan hüquqlarını pozur – Tsalka LAG

Gürcüstan Parlamenti vətəndaşların fəal etirazlarına və Qərb tərəfdaşlarının müraciətlərinə baxmayaraq, “Agentlər qanunu” kimi tanınan – “Xarici təsirin şəffaflığı” qanunvericilik təşəbbüsünü dəstəkləyib.

Qanunun qüvvəyə minməsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək? Bu barədə Kvemo Kartlinin vətəndaş sektoru nümayəndələri danışırlar. QvemoQartli.ge həmin məqalələr silsiləsini bu ay ərzində sizə təqdim edəcək.

Bu qanunun qəbulu Tsalka LAG-ın nümayəndəsi üçün qəbuledilməzdir. Nino Ruxaia gözlənilən problemlərdən danışır:

“Hesab edirəm ki, bizə çətin və ağır təsir göstərəcək, çünki sözügedən qanun tamamilə şəffaflığa  xidmət etmir. Vəziyyətə bir qədər də baxsaq, bir tərəfdən maliyyə imkanlarının kəskin şəkildə azalacağı (tamamilə dayandırılmadığı təqdirdə) riskləri görürəm, digər tərəfdən isə texniki əməliyyat və cərimə riskləri fəaliyyəti qeyri-mümkün edəcək.

Qanun vətəndaş sektorunun və tənqidi media orqanlarının damğalanmasına, onların məkandan “yox edilməsinə” aiddir ki, bu da öz növbəsində ifadə azadlığına ziddir və əsas hüquqları pozur” – Nino Ruxaia, Layihə Meneceri, Tsalka LAG

Tsalka LAG “Bu Tsalkaadır” layihəsi çərçivəsində yaradılıb. Onun adı bələdiyyədə yerli əhalinin inkişafına yönəlmiş bir sıra mühüm layihələrin həyata keçirilməsi ilə bağlıdır.

Qeydiyyatla bağlı təşkilatın cavabı belədir:

“Hazırda buna birmənalı cavabımız yoxdur. Düşünürəm,  qeydiyyat müddəti başa çatana qədər, müxtəlif faktlar daha da aydınlaşacaq. Biz ölkənin rifahı və Avropalı gələcəyi naminə fəaliyyətimizi davam etdiririk” – Nino Ruxaia, layihə meneceri, Tslaka LAG