Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası (TTGA) cəmiyyət üçün qeyri-formal təhsili davam etdirir

Mariam Siqua Rustavilidir, 27 yaşı var. Məktəbi bir neçə il əvvəl bitirib, amma məktəbdə oxuduğu müddətdə bir çox maraqlı layihələrdə iştirak etdiyini yenə də xatırlayır. Ona və dostlarına qeyri formal təhsil imkanlarını ictimai təşkilat Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası (TTGA) verib.

Bizə bildirir ki, fəallıqlar müxtəlif sahələrə aid idi. Onların köməyi ilə əldə etmiş olduğu bilik isə bu gün də onun həyatında böyük rola malikdir.

“Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyasının (TTGA) layihələri mənə çox kömək edib. Əsasən də məktəbdə oxuduğum  müddətdə çox layihələrə qoşulurdum. Təşkil etdikləri bütün fəallılarda iştirak edirdim. Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası (TTGA) ilə vətəndaş təhsili fənni çərçivəsində əlaqə qurmuşam. Vətəndaş klubumuz var idi, bir çox maraqlı tədbirlər təşkil edirdik. Öz müəllimlərimizlə və Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası (TTGA) ilə birlikdə fəallıqlar planlaşdırırdıq. Düşərgələr olurdu, müxtəlif maraqlı təlimlər keçmişəm.

Mənim üçün  mühüm olan və yadda qalan təlimlərdən biri sosial media təlimi idi, bu təlim çərçivəsində öyrəndim və məktəb üçün blok yaratdım, bu bloka vətəndaş klubu tərəfindən həyata keçirilən tədbirlər və yeniliklər barəsində yazırdım.

Bu illər ərzində bir çox faydalı şeylər öyrəndim. Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyasının köməyi ilə mənim məktəbdəki təhsil müddətim çox maraqlı və rəngarəng olub.

Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası olmasaydı, yəqin ki bu cür Mariam olmayacaqdım, belə sərbəst danışa bilməyəcəkdim. Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası bizə münasibətlər və ən əsas da fikirini ifadə etməyi öyrətdi və dostlara hörmət və  açıq olmağı. Çox dost əldə etdim və həmin uşaqlarla bu günədək əlaqəm var.

Bu gün digər işimə paralel olaraq həm də Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyasının əməkdaşıyam, robotika öyrədirik və mən qrupun administrasiyasıyam. Çox maraqlı və xoş işdir” – Mariam Siqua, Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyasının əməkdaşı.

“Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası (TTGA)” 1999-cu ildən fəaliyyət göstərir. Onun əsas məqsədi qeyri-formal təhsilə dəstək olmaq və fəal vətəndaş cəmiyyəti yaratmaqdır. Uzun müddətlik fəaliyyəti dövründə təşkilat  bir çox mühüm layihələr həyata keçirib və bu gün də bir neçə maraqlı istiqamətlər üzrə öz fəaliyyətini davam etdirir.

„Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası qeyri-formal təhsil mərkəzidir. Missiyası çox böyükdür, ümumiyyətlə cəmiyyətin inkişafına dəstək olur. Bu illər ərzində çox istiqamətdə proqramlarımız var idi.

Ehtiyaclı ailələrin uşaqları üçün 14 yaşdan ingilis dilinin əlçatan olması proqramımız var. 30-a dək gəncə çox intensiv kurs keçirilir. Hal hazırda iki belə paralel qrupumuz var. Iki illik proqramdır, uşaqlar çox intensiv şəkildə dil öyrənirlər və yaxşı müəllimləri var. Kitablar və digər tədris resurslarını tamamı ilə proqram qarşılayır.

Digər bir cari layihəmiz  də var, USAID-in vətəndaş təhsili proqramı. Bu proqram 2010-cu ildən etibarən həyata keçirilir. Biz Kvemo Kartlidə partnior təşkilatıq və bu illər ərzində 185 məktəbi əhatə etmişik.

Hal hazırda, regionun yeddi bələdiyyəsinin yeddisində də , cəmi  75 məktəblə işləyirik. Bu proqram 2027-ci ilədək davam edəcək. Proqramda 7-ci sinifdən yuxarı vətəndaş təhsili dərsini keçən şagirdlər iştirak edirlər. Çox istiqamətlər var, həmçinin, sahibkarlıq və texnologiyalar istiqamətləri də var. Bu proqrama düşən şagirdlər şanslıdırlar, Rustavidən hal-hazırda 12 məktəb qoşulub. Məktəblərin seçilməsi nazirliklə birlikdə, məktəblərin özünün razılığı ilə olub. Bir neçə məktəb hətta iştirak etməkdən imtina da edib, çünki onlar hesab edirlər ki, fəallıqlar çoxdur və onlar onsuz da çox şeylə məşğuldurlar və ehtiyacları yoxdur. Bununla uşaqlar çox zərər görürlər”, – İnqa Paiçadze “Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyasının” (TTGA) icraçı direktoru.

Qeyd etmək lazımdır ki, Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası (TTGA) təşkilatı Təhsil Nazirliyinə yeni tədris metodlarının tətbiq olunmasında kömək edir. Bu barədə bizə Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyasının (TTGA) icraçı direktoru məlumat verir. Paiçadze qeyd edir ki, dövlətin daxilində vətəndaş təşkilatlarının olması inkişaf üçün daha çox imkanlar yaradır.

“Bəzi bacarıqlar var, hansıların ki, inkişafı məktəbdə olmur. Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası (TTGA) Təhsil Nazirliyinə bir çox beynəlxalq proqram təklif edib, onlar sonradan bir çox istiqamətdə məktəb proqramlarına inteqrasiya olunub. Əsasən də 2008-2009-cu illərdə rəqəmsal təhsil başlayan zaman. Həmin vaxt biz bir çox beynəlxalq, onlayn proqramlar gətirdik. Uşaqlar artıq bu texnologiyalardan istifadə edərək təhsil istiqamətləri üzrə oxuyurdular.

Ölkə üçün innovativ olan bir çox tədris metodları gətiririk. Pilot olaraq yoxlayırıq və əgər işləyirsə, Təhsil Nazirliyi çox vaxt bunu qəbul edir və  əsas proqrama daxil edir. Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası (TTGA) həmişə məktəb təhsilindən öndə olur.

Ümumiyyətlə məktəbə daxil olan bütün proqramlar Təhsil Nazirliyi ilə razılaşdırılmış olur,  memorandumumuz var,  başqa cür bu böyüklükdə proqramlar Təhsil Nazirliyinin iştirakı olmadan işləyə bilməz”, – İnqa Paiçadze.

Təşkilat rəqəmsal təhsil istiqamətində də işləyir. “Robolab” – Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyasının (TTGA) robotika və texnologiyalar mərkəzidir. İnqa Paiçadze bizə izah edir ki, bu sosial müəssisədir, onun məqsədi rəqəmsal təhsilə dəstək olmaqdır.

“Robolab Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyasının (TTGA) sosial müəssisəsidir. Avropa Fondu tərəfindən yaradılıb. Bu, məktəbəqədər yaşdan başlayaraq rəqəmsal təhsilə dəstək olmaqdır. Balacalar asan kodlaşdırmaları öyrənirlər, proqram yazırlar. Bəzən konkret tapşırıqları da olur, uşaqlar üçün əyləncəli və maraqlı olur. Dəvət edilmiş mütəxəssislərimiz var. Yerli təlimçilər də hazırlıq keçiblər. Çox böyük maraq var və bu sosial müəssisə kimi işləyir. Bizim həyata keçirdiymiz qrant proqramından bir az fərqlənir”- İnqa Paiçadze deyir.

Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası (TTGA) gələcəkdə yeni ideyalar həyata keçirməyi planlaşdırır.

“Hazırda media savadlılıq barəsində yeni layihəyə başlayırıq. 30-dək iştirakçımız olacaq. Həmçinin, “Tranzisiada itmişlər” adlı yeni layihəyə başlayırıq – çox maraqlı layihədir. Tranzisiya deyildikdə, keçid dövrü nəzərdə tutulur, sovet dövründən dövlətin başqa sistemə keçməsi. Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası (TTGA) Gürcüstan üzrə işləyir, partnior təşkilatlarımız var. Artıq 35-dək müəllim bu layihəyə qoşulub”- Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası (TTGA).

Təşkilatın icraçı direktorundan “rus qanunu” barəsində də soruşduq.

“Qanun qəbul olunması ona gətirib çıxaracaqdı ki, təşkilatlar beynəlxalq maliyyə ala bilməyəcəkdilər. Bizim təşkilatın verdiyi təhsil məhdudlaşacaqdı. Müvafiq olaraq bütün öz profilinə uyğun olaraq bütün təşkilatların işinə maneəçilik törədəcəkdi. Yekun nəticədə isə cəmiyyətin inkişafına maneçilik törədəcəkdi”, – İnqa Paiçadze, ictimai təşkilat Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası (TTGA).

Müəllif: Nino Beridze

Məqalə, Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabtlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində Vətəndaş Cəmiyyəti İnstitutunun dəstəyi ilə hazırlanıb.

Layihəni Konrad Adenauer Fondunun (KAS) rəhbərliyi ilə, sonrakı qeyri-hökumət təşkilatları – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) birlikdə konsorsium icra edir.