Tövsiyələrdən sanksiyalara – Amerikanın “rus qanunu”na cavabı

Amerika “rus qanunu”nun qəbul edilməsi və prosesə dəstək göstərilməsində məsul şəxslərə, onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edəcək. Bu prosesi yalnız qanunun Parlamentdən geri çəkilməsi dayandıra bilər.

ABŞ-ın dövlət katibi, Entoni Blinkenin paylaşımında oxuyuruq:

“Son bir neçə ay ərzində “Gürcü Arzusu” hakim partiyası “xarici təsir” haqqında qanun hazırlayıb və həmin qanunu qəbul etdi. Qanun toplanma və ifadə azadlığını qadağan edir, Gürcüstan vətəndaşlarına xidmət göstərən təşkilatlara damğa vuruacaq, müstəqil media təşkilatlarına mane olacaq, həmin media qurumlar Gürcüstan vətəndaşlarının yüksək keyfiyyətli məlumat alması üçün çalışırlar. Gürcüstan vətəndaşları qanuna qarşı səslərini çıxardıqdan sonra, fərqli, dinc fikrin sıxışdırılması üçün hədə və zorakılıq kampaniyasının açıq əlamətlərini gördük. “Milli Təhlükəsizlik qanunu” və represiya taktikası, bu taktikadan leqitim fikirlərin fərqliliyini pozmaq üçün istifadə edirlər, hansı ki, Gürcüstanın demokratiyasını, təməl azadlığını yerlə bir edir. Bu Gürcüstanın uzun müddətdir bəyan etdiyi, Konstitusiyada qeyd olunan Avro-Atlantik inteqrasiya və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq məqsədinə ziddir.

Bu hərəkətlərə cavab olaraq Dövlət Departamenti Gürcüstan üçün yeni viza məhdudiyyəti siyasətini qəbul edib. Bu Gürcüstan demokratiyasının bünövrəsinin yerə vurulmasında məsul və iştirakçı olan şəxslərə, eləcə də onların ailə üzvlərinə şamil ediləcək. Buraya zorakılıq və hədə-qorxu kampaniyası vasitəsilə Gürcüstanda vətəndaş cəmiyyətinin və dinc toplaşmaq azadlığının məhdudlaşdırılmasına görə məsuliyyət daşıyan şəxslər daxildir.

ABŞ-ın Gürcüstan demokratiyasına dəstəyi uzunmüttəlidir və bizim ikitərəfli münasibətlərimizin əsasını təşkil edir. Gürcüstanda demokratik prosesləri və ya institutları yerə vuran hər kəsə, bu siyasətə əsasən, Gürcüstanın 2024-cü ilin oktyabr seçkilərindən əvvəl, onun gedişatı zamanı və sonra,ola bilsin ABŞ vizalarını qəbul etmək, ABŞ-a səyahət etmək imkanı verilməsin. Qeyd olunan məhdudiyyətlər həmin şəxslərin ailə üzvlərinə də şamil edilə bilər.

Eləcə də bu gün, Amerika Birləşmiş Ştatları və Gürcüstan arasındakı ikitərəfli əməkdaşlığa hərtərəfli yenidən baxışa başlayıram. Ümid edirik ki, Gürcüstan liderləri qanun layihəsinə yenidən baxış keçirəcəklər və millətlərinin demokratik, Avro-Atlantik tələsməsinin inkişafı üçün addımlar atacaqlar. Ölkələrimiz arasında münasibətlərə yenidən baxacağıq, qərar qəbul edən zaman Gürcüstanın hərəkətlərini nəzərə alacağıq.

Bu viza məhdudiyyəti siyasəti İmmiqrasiya və Vətəndaşlıq Aktının 212 (a)(3)(C) maddəsinə  tabedir və Dövlət Departamentinə fiziki şəxslərə, eləcə də onların yaxın ailə üzvlərinə, istər cari, istərsə də viza məhdudiyyətləri tətbiq etməyə icazə verir, onların vətəndaş və ya siyasi hüquqların həyata keçirilməsinə mane olan və ya zorakılıq, güc, məcburetmə yolu ilə Gürcüstanda demokratiyanın sarsıdılmasında şərik olan keçmiş dövlət və ya qeyri-hökumət aktorları olmasının heç bir fərqi yoxdur” – ABŞ Dövlət Katibi Entoni Blinken.

Amerikanın dövlət qurumları məsələ üzərində işləməyə sanksiyalar ilə başlamayıblar, prosesdən əvvəl dəfələrlə xəbərdarlıq, tövsiyə və bəyanatlar edilib.

Amerikadan “rus qanunu”na ilk münasibət bildirənlərdən biri də Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin spikeri Metyu Miller idi.

“Gürcüstan Parlamentinə təqdim edilən qanun layihəsinin Gürcüstanı Avropa yolundan yayındıracağından və Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdıran vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcəyindən çox narahatıq. Biz Gürcüstan hökumətini Avropa İttifaqının çağırışlarına əməl etməyə çağırırıq” – Metyu Miller, 5 aprel.

Gürcüstanın dəstək qrupunun həmsədrləri Ceri Konoli və Ostin Skot da həmin ayda hakim komandaya  müraciət ediblər.

“Biz gürcü xalqını Avro-Atlantik birliyə doğru irəliləyişdə dəstəkləməyə davam edirik və liderləri vətəndaş cəmiyyətinin təşviqi və düzgün işləməsi, müstəqil məhkəmə sistemi , hökumətin qanunun aliliyinə hörmətlə yanaşması ilə bağlı çağırışlarına qulaq asmağa və korrupsiyada əli olanları məsuliyyətə cəlb etməyə çağırırıq. Təəssüf ki, “Xarici agentlər haqqında qanun” Vladimir Putinə bənzərdir və Gürcüstanı öz yolundan kənara çıxarır”.

Məsələ ilə bağlı eləcə də Amerikalı Senatlar, Cim Rişi və Cin Şahinin mesajları da kəskin idi:

“Gürcü xalqı 2023-cü ilin martında kütləvi nümayişlərlə təklif olunan bu qanunu rədd etdi. Bu qanun layihəsi nəinki siyasi prosesləri yanlış istiqamətə aparacaq, həm də Gürcüstanın transatlantik inteqrasiyasına və Avropa İttifaqındakı gələcəyinə xələl gətirəcək. Oktyabrda keçirilməsi planlaşdırılan seçkilər Gürcüstanın demokratik gələcəyi üçün həlledici göstərici olacaq. Biz Gürcüstan Parlamentini bu qanunvericilik təklifini rədd etməyə çağırırıq” – ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin yüksək rütbəli nümayəndəsi Cim Rişi və Avropa ilə Əməkdaşlıq və Regional Təhlükəsizlik üzrə Komitənin sədri Cin Şahinin birgə bəyanatında deyilir.

Amerikalı Senatlar Gürcüstan Parlamentini “rus stilli” qanundan imtina etməyə çağırırdılar.

Müraciətlər və bəyanatlar xüsusilə bu ay fəal olaraq edilib. Mayın 11-də 29 nəfər Amerikalı konqresmen baş nazir İrakli Kobaxidzeyə birgə açıq məktub göndərərək qanunu geri götürməyə çağırıb:

“Bu qanun layihəsi hökumətinizin transatlantik birliyə daha çox inteqrasiya etmək istəyinə və Rusiya qüvvələrinin ölkənizə hücumundan bir neçə ay sonra ölkələrimizin imzaladığı 2009-cu il ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Sazişinə əsaslı şəkildə ziddir. Bir daha hökumətinizi bu zərərli qanun layihəsini geri götürməyə çağırırıq” – açıq məktubda deyilir.

Mayın 19-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının spikeri Adrienne Watson Parlament üzvlərini Prezidentin “Agentlər qanununa” qoyduğu vetonu ləğv etməməyə çağırıb:

“Mən şadam ki, Prezident Zurabişvili “xarici agentlər haqqında qanuna” veto qoymaqla Gürcüstanın Avro-Atlantik gələcəyini qoruyur. Biz Parlament üzvlərini də eyni cəsarət göstərməyə və onun vetosunu ləğv etməməyə çağırırıq” – Adrienne Watson.

QvemoQartli.ge