Tsalkada fəaliyyət göstərən sosial müəssisə “Qumbati”

Bu, üzərinə rəsm çəkilmiş bina illər əvvəl sadəcə yaşayış evi idi. Bu gün burada sosial müəssisə “Qumbati” fəaliyyət göstərir.

Tsalka bələdiyyəsinin Qumbati kəndində eyni adda sosial müəssisənin yaradılması dəyişikliklərə səbəb olub. Onun qapıları Tsalkalılar üçün 2016-cı ildən açılıb.

Gənc müəllim İra Dzirkvadze “Qumbati”-nin fəal nümayəndələrindən biridir. Onun sözlərinə görə: “sosial müəssisə Tsalka əhalisi üçün formal və qeyri-formal təhsil ocağıdır.

Müəllimlərin peşəkar inkişaf təlimləri, abituryentlərin vahid milli imtahanlara hazırlaşması – Qumbatililər üçün ənənəvi fəaliyyətə çevrilib.

Tsalka bələdiyyəsinin özü kimi, “Qumbati”-nin həyata keçirdiyi layihələri də rəngarəngdir.

“Öz kəndini kəşf et” onların ilk layihələrindən biridir. Bu layihə çərçivəsində müəssisənin nümayəndələri 5 kəndi gəziblər. Yerli sakinlərin tarixçələrini yazıblar, şəkillər çəkiblər və şəkil tarixçələri sərgisi təşkil ediblər.

“Qumbati”-nin gənclərinin inkişaf yönlü olmasından irəli gələrək, bu layihə də, onlara uyğunlaşdırılıb və ikinci hissə məhz gənclərin layihə təkliflərinin formalaşdırılmasına, müzakirəsinə ayırılıb. Nəticədə, Tsalkalı gənclər öz ideyalarının bir hissəsini reallığa çevirə biliblər.

Pandemiya dövründə müəssisənin fəaliyyəti fərqli olub. “Elmli çiçəkçi” ideyası bu zaman səsləndirilib.

“Qumbatililər” yeddi kənddən 120-dək şagirdə kitablar, dəftərxana ləvazimatları və çiçək tingləri göndərirdilər, onlayn platformalardan istifadəni öyrədirdilər. Eyni zamanda internet ödənişinə ehtiyyacı olan şagirdlərin 2 aylıq internetinin ödənişini ediblər.

Virus barəsində düzgün və vaxtında məlumat almaq üçün etnik azlıqlara kömək ediblər.

Həmçinin, “Qumbatililərin” məktəbə su çəkməsi məsələsini Talkada hamı bilir. Əvvəl əhali su gətirmək üçün kəndin sonuna getməli olurdular, indi isə, sadəcə kəndin mərkəzinə gəlməli olurlar.

Tetritsğaro Gənclər Mərkəzi ilə birlikdə həyata keçirilən “Kinonun lütfü” adlı layihə maraqlı olub.

Bu layihə çərçivəsində gənclər aktyorlarla, rejissorlarla görüşüblər və kino dünyası ilə yaxından tanış olublar.

İra Dzirkvadze, bələdiyyədə müəssisənin fəaliyyətinin hansı nəticələrə nail olması haqqında danışır.

“Qumbati onu dəyişdi ki, sosial sahibkarlıq haqqında danışmağa başladıq və bu təcrübəmizi başqaları ilə bölüşürük. Avropa ölkələrindən tez-tez müxtəlif könüllüləri qonaq olaraq qəbul edir və müxtəlif layihələr çərçivəsində Tsalkalı gəncləri Avropaya göndəririk. Həmçinin, tez-tez qonaqlarımız olur, biz onları qəbul edirik və öz təcrübələrmizi onlarla bölüşürük. Düşünürəm ki, bu altı il ərzində qeyri-formal təhsil sahəsində Qumbatinin mövcud olması Tsalkada çox vacib nəticələrə səbəb olub” – İra Dzirkvadze.

“Qumbati”-nin fəaliyyətinə onun təsisçisi Tsitsno Qobadze də fəal olaraq qoşulur. İra kimi, o da müəllimliklə fəal vətəndaşlığı bir-biri ilə uyğunlaşdırır .

Onunla da sosial müəssisənin təcrübələri barəsində danışırıq. Bizə bildirir ki, “Qumbati” qumbatoba bayramını ənənəvi bayrama çevirib.

“Mənim üçün “Qumbatoba” bayramı xüsusidir, biz onu ənənəvi bayrama çevirdik. Tsalkada ekomiqrantlar, hələ də məskunlaşma prosesindəyik, əhalinin burada kök salmasına, bu regionu sevməsinə və yerli əhali ilə inteqrasiya etməsinə təşviq edən tədbirlərin keçirilməsi vacibdir. “Qumbatoba” məhz bu məqsədə xidmət edir, o, hər il sentyabr ayında keçirilir. Qumbatidə yaşayan əhali toplaşırıq. Burada əvvəl yaşamış və sonra getmiş olan insanları, həmçinin qonşu kəndlərin əhalisini dəvət edirik – sərgilər təşkil edirik, musiqili nömrələrimiz və idman fəallıqlarımız olur” – Tsitsino Qobadze.

“Qumbatililərin” bu gün yeni təşəbbüsləri də var. Bunlardan biri gürcü dili və ədəbiyyatı tədris olunan zaman, şagirdlər arasında sosial-iqtisadi bacarıqları inkişaf etdirməkdir. Layihəyə müxtəlif kəndlərdən şagirdlər qoşulublar.

Təsisçi, Tsitsino Qobadze qeyd edir ki, müəssisə Tsalkalı gənclərə peşə bacarıqlarını inkişaf etdirməkdə kömək etmək istəyir.

“Regionda yaşayan gənclər üçün, peşə bacarıqlarının inkişaf etdirilməsi üçün müasir dünyada sahibkarlıq bacarıqları əlçatan deyil və düşüncə inkişafı, fəal və inkişaf yönlü həyatın olması deməkdir. Burada müxtəlif peşə bacarığı olan çox gənc var və əgər, onu inkişaf etdirərsə, bu ona, həyatda öz yerini tapmaqda və möhkəmləşdirməkdə kömək edəcək. Sosial müəssisəyi bu istiqamətdə inkişaf etdirmək istəyirəm, qadınların və gənclərin peşə bacarıqlarını inkişaf etdirəcək peşəkar kurslar açmaq istəyirəm. Həmçinin yeri genişləndirmək istəyirəm, binanın daxilində və həyətində təlim yeri qurmaq istəyirəm” – Tsitsino Qobadze.

İra Dzirkvadze onu qeyd edir ki, şəhər mərkəzindən uzaq olan yüksək dağ kəndlərində işlə təmin olmaq çətinliklərlə əlaqəlidir. Onun sözlərinə görə:

“İnsan resursu azlığı var və bir nəfər şəxs məsələn, mühasibat uçotu aparmalı, layihə təşkil etməli və sonradan onu həyata keçirməli olur”.

Çətinliklərin olmasına baxmayaraq, “Qumbati”  çoxmillətli və çoxdinli Tsalkada, öz rolunu və təyinatını tam dərk edir.

 

Müəllif: Guranda Putkaraia

Azərbaycanca tərcüməsi: Çiçək Hüseynova

İngiliscə tərcüməsi: Tamar  Cherkezishvili

Məqalə, Avropa Birliyi və Kornad Adenauer Fondu tərəfindən maliyyələşdirilən “vətəndaş cəmiyyətinin təşəbbüsü: davamlı, açıq və hesabatlı vətəndaş cəmiyyəti təşkilatları Gürcüstanın inkişafı üçün” layihəsi çərçivəsində Vətəndaş Cəmiyyəti İnstitutunun dəstəyi ilə hazırlanıb.

Layihəni Kornad Adenauer Fondunun (KAS) rəhbərliyi ilə, sonrakı qeyri-hökumət təşkilatları – Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Vətəndaş Cəmiyyəti İnstitutu (CSI), Məsləhət və Təlim Mərkəzi (CTC), Təhsilin İnkişafı və İşlə Təmin Olunma Mərkəzi (EDEC) və Avropa Siyasəti İnstitutu (IEP) birlikdə konsorsium icra edir.